Marneulidə “Canlı Kitablar” layihəsinin görüşü baş tutub

13087002_1679198609009795_1942675056740732784_o

26 aprel tarixində  Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi nazirliyinin dəstəyi ilə Marneuli Bələdiyyəsinin İcra Hakimiyyətində “Canlı Kitablar” adlı ədəbi-təhsil layihəsi çərçivəsində Marneulili gənclər ilə görüş təşkil olundu.
Görüşdə gənc, müassir şairlər, yazıçılar, Marneuli Bələdiyyəsinin rəhbər şəxsləri, əməkdaşlar və yerli gənclər iştirak edirdilər.
Baş tutan tədbirdə  müassir poeziyadan, ədəbiyyatdan, ədəbiyyat ətrafında aktual mələlərdən və gənclər arasında ədəbiyyatın təbliğatindan danışıldı.
Görüşü keçirmək də məqsəd ədəbiyyata maraqı olan şəxsləri müassir şairlər və yazıçılarla tanış etmək, onların əsərləri və ümumən müassir ədəbiyyatın təbliğatı idi.
13086779_1679199415676381_3208587379676046227_o“Canlı Kitablar” Gürcüstanın Mədəniyyət və Abidələrin Mühafizəsi nazirliyinin ədəbi-təhsil yönlü layihəsidir. Layihə ölkənin müxtəlif kəndlərində, bölgələrində və şəhərlərində ictimai məktəblərdə, kitabxanalarda, muzeylərdə, mədəniyyət evlərində və digər ictimai müəssisələrdə müassir yazıçıların görüşünü təşkil etmək və oxucular ilə görüşdürməyi nəzərdə tutur.
Bölgələrə səfər zamanı yazıçılar qeydiyyatlar aparır, gündəlik yazırlar. Belə ki, layihə sona çatdıqdan sonra “Yazıçının Gündəliyi” adlı kitab nəşr ediləcək.

Mənbə:marneuli.ge

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register