Kəpənəkçi kəndində uşaq bağçası istifadəyə verildi
26 aprel tarixində Kəpənəkçi ərazi vahidliyinə daxil olan Kəpənəkçi kəndində 90 körpə üçün nəzərdə tutulmuş uşaq bağçası rəsmi şəkildə açıldı.
Layihə Yaponiya və Polşa hökumətləri tərəfindən göstərilən maliyyə dəstəyi hesabına inşaa olundu. Binanın təmiri, avadanlıqlarla təmini Polşa və Yaponiya tərəfindən maliyyələşdirilib. Uşaq bağçasının həyətinin abadlıq işləri isə Yerli Hakimiyyətin hesabına başa gəldi.
Bağça da üç qrup fəaliyyət göstərir və 15 nəfər yerli sakin işlə təmin olunub.
Polşa və Yaponiya tərəflərindən 126 981 min lari ayırıb; Yerli büdcədən isə 22 857 min lari ayrılıb, buradan həyətin abadlıq işlərinə 10 543 lari xərclənib.
Uşaq bağçası açıldıqdan sonra onun fəaliyyəti üçün lazımi xərcləri yerli hakimiyyət qarşılayır.
Layihə “Demokrat Qadınlar İttifaqı”-nın təşəbbüsü ilə həyata keçirildi.
Uşaq bağçasının rəsmi açılış mərasimində Polşa və Yaponiya səfirləri, Yerli Hakimiyyətin rəhbər şəxslərindən Nəbi Abdullayev və Merab Topçişvili, Kvemo Kartli Qubernatoru Paata Xizanaşvili, özünüidarənin digər əməkdaşları iştirak etdilər.
Tədbirə dəvvət olunmuş qonaqlar tədris prosesində iştirak etdilər, binanın infrastrukturası ilə tanış oldular, binanın inşaa prosesini əks etdirən fotoları gözdən keçirərək auditoriya qarşısında çıxış etdilər.
Şəlalə Əmircanova516 Posts
0 Comments