Kürtlər kənd ictimai məktəbində “Əlifba Bayramı” qeyd olundu

17 may tarixində Marneuli munisipolitetinin Kürtlər Kəndində Əlifba Bayramı qeyd olundu. “Əlifba” bayramına hazırlaşan birinci sinif şagirdləri hamıya sevinc bəxş etdilər.
İbtidai sinif müəlliməsi Dilşad Şərəfovanın rəhbərliyi ilə şagirdlər bu əziz günə yüksək səviyyədə hazırlaşmışdılar. Həmin gün məktəb divarları arasında həyatda ilk kövrək addımlarını atmağı öyrənən körpələrin və onların müəllimlərinin bir növ hesabatıdır. Sinif müəlliməsi Dilşad Şərəfova öz sevincini bizimlə bölüşdü.
Bayram şənliyində valideynlər və kənd sakinləri də iştirak edirdilər. Yuxarı sinif şagirdləri də maraqlı proqramları ilə balacalara sevinc və gülüş bəxş etdilər.
Müəllif:Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments