Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bu günlərdə təqdimatı baş tutan “Zuk Z2” potensial alıcılar arasında olduqca böyük populyarlığa malikdir. Cihazın rəsmi satışlarına iyunun 7-də başlanmalı olsa da, hərraclarda iştirak etmək üçün 6 milyondan artıq iddiaçı müraciət edib. Smartfonun özü “SoC Snapdragon 820” çipsetində çalışacaq. Onun 4 Gb əməliyyat yaddaşı və 64 Gb əlavə yaddaşı olacaq. Smartfonun ekranı 5 düym ölçüdə və 1920 x 1080 piksel olacaq. Smartfonun qiyməti də olduqca cəlbedicidir – 273 dollar.

“Siri” ilə danışmağa utanırlar bu sistem Appledə mövcudu. Demək olar ki, bütün “Apple” cihazlarının istifadəçiləri “Siri” səsli köməkçinin ictimai yerlərdə istifadə edilməsindən utanırlar. Bu barədə “Creative Strategies” şirkətinin apardığı tədqiqatların nəticələri sübut edir. Şirkət bəzən kömək məqsədilə “Siri”yə müraciət edən insanlar arasında sorğu keçirib və məlum olub ki, respondentlərin təxminən 97 faizi bunu ictimaiyyət arasında etməkdən çəkinirlər və utanırlar. Bir çox hallarda səsli köməkçi avtomobildə (62 faiz) və ya evdə (39 faiz) aktiv edilir. Bundan başqa, sorğu iştirakçıları etiraf edib ki, işdə həmkarlarının gözləri qarşısında “Siri” ilə danışmaqdan utanırlar. Sorğuda 500 amerikalı iştirak edib. Tədqiqatda həmçinin vurğulanıb ki, ABŞ cəmiyyətinin timsalında növbəti tendensiya da açıq şəkildə görünür: ölkə sakinləri ictimai yerlərdə telefonla yüksək səslə danışmağa vərdiş etsələr də, orada elektron müsahib hələ də qeyri-adi qəbul edilir.

Kompüterlə qarşılıqlı əlaqə üçün innovativ texnologiya insanların kompüter arxasında fəallığını artırmağa kömək edə bilər. Tədqiqatçılar kompüter arxasında hərəkətsiz işi daha şən və aktiv etmək məqsədilə kompüter sistemini ayaqla idarə etmək üçün xüsusi üsul təklif edirlər. Yeni kəşf haqqında informasiya “ACM SIGCHI” interaktiv sistemlərin layihələndirilməsi konfransında təqdim olunub. Tədqiqatçılar ayaq hərəkətlərinin masa üzərində yerləşən və onun arxasında ayaq üstündə iş üçün uyğunlaşdırılan kompüterlə qarşılıqlı əlaqəsinin köməyi ilə işləyən “Tap-Kick-Click” sistemini nümayiş etdiriblər. İstifadəçinin ayaqqabısında yerləşən ötürücülər ayağın hərəkətini qeydə alaraq komanda siqnallarını kompüterə ötürür. Bunun sayəsində kompüterdə bu və ya digər proqramla əlaqə yaradılır. Mütəxəssislər “Tap-Kick-Click” sisteminin sənədlərlə işləməsini nümayiş etdiriblər, lakin onu iş üçün kompüterin, demək olar, bütün proqramlarına uyğunlaşdırmaq olar. Məsələn, sosial şəbəkəyə daxil olan zaman insan bədənini irəli verməli olur ki, bu da duruş vəziyyətinin narahat olmasına görə faktiki saytdan istifadə müddətini azaldır. Kompüter ekranında olan bələdçi istifadəçiyə quraşdırılan bu və ya digər funksiyalarla əlaqəni xatırlamağa kömək edir. Alimlər ümid edirlər ki, onların kəşf etdiyi sistem kompüterlə işi daha aktiv və əyləncəli edəcək.

“İnstagram” fotoların dərcini sadələşdirib. Sosial şəbəkə üçün edilən son yeniləmədə təsvir prosesləri sürətləndirilib. “İnstgram”  proqramın ən təzə versiyası İOS istifadəçiləri üçün nəzərdə tutulub. Bu o deməkdir ki, indi hər kəs öz şəxsi səhifəsinə rahat şəkildə fotolar yükləyə biləcək. Bunun üçün istifadəçilər birbaşa “gallery” və ya “fotoredaktor” proqramına girərək istənilən şəkli “İnstagram”a qoya bilər. Bu versiya artıq tam hazırdır. Sadəcə, hər kəs indi “İnstagram”ın son versiyasını yükləməlidir. Bundan sonra istədiyi şəkili seçərək, “paylaşmaq” düyməsini basmaqla, onu səhifəsində yerləşdirə bilər. Təəssüf ki, bunu hazırlayanlar mühüm detalı nəzərdə tutmayıblar. Belə cəld yerləşdirmə ilə istifadəçilər şəkilləri redaktə etmək üçün quraşdırılmış filtr və digər alətlərdən istifadə edə bilməyəcəklər. Bu ilin mayından “İnstagram” 6 ildir fəaliyyət göstərən loqosunu dəyişib. iOS və Android platformalarındakı yenilənmə isə “İnstagram”ın yeni görkəmə bürünüb. Əslində, yeni loqo formasına görə köhnəyə oxşayır. Lakin kamera işarəsində bu dəfə daha dolğun rənglərdən istifadə edilib. Dəyişiklik ancaq görünüşdə olub. Şəbəkənin daxili xüsusiyyətlərindən heç birində fərq olmayıb.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register