İmir kəndi ərazisində muzey inşaa edilməsi ilə bağlı tədbir keçirildi

1

   Marneulinin Bələdiyyəsinin kiçik konfrans zalında Yerli Özünüidarəetməsinin təşəbbüsü ilə böyük iş güzar görüş təşkil olundu. 

Görüşü keçirməkdə məqsəd İmir kəndində b.e.ə. VI onilliyə aid edilən arxeoloji qəsəbədə aşkarlanan tapıntıların saxlanılması üçün muzey yaratmaqdır. Muzeyin yaradılması üçün müvafiq arxeoloji sənədlərin hazırlanması və lazımi tədbirlərin planlaşdırılması məsələlərini ətraflı müzakirəyə qoymaq idi.

İşgüzar görüşdə Kənd Təsərrüfatı Nazirliyinin, “Gürcü Arzusu” asossiasiyası, Milli Şərab Agentliyinin, Kvemo Kartli Quberniyasının, Yerli Hakimiyyətin, Mədəni Abidələr Agentliyinin, Milli Muzeyin, Kənd Təsərrüfatı Nazirliyinin Araşdırma Mərkəzinin və Arxeoloji Ekspedisiyanın rəhbərləri iştirak edirdilər.

Görüşdə, ekspedisiyanın rəhbəri, tarix elmləri doktoru Mindia Calabadze, abidənin mühümlüyündən danışdı. O, son illər ərzində abidə üzərində aparılan araşdırmaların analizini təqdim etdi. Eyni zamanda bələdiyyə ərazisində mövcud olan digər abidələr barədə Marneuli Bələdiyyəsinin, İcra Hakimiyyətinin, Təhsil, Mədəniyyət, İdman və Gənclər Üzrə İş şöbəsinin Baş Mütəxəssisi Elquca Kupatadze məlumat verdi.

Muzeyin yaradılması konsepsiyası barədə isə Mədəni Abidələr Xidmətinin nümayəndəsi İrma Dolidze danışdı.

Çıxışlardan sonra, görüşdə müxtəlif müəssisələrin nümayəndələrindən ibarət işçi qrupu yarandı. Bu qrup gələcək də muzeyin yaranması məsələləri üzrə işləyəcək.
İmir kəndində Gürcüstan hakimiyyətinin dəstəyi ilə Gürcüstan milli muzeyi və milli çaxır agentliyinin birgə apardığı beynəlxalq “Gürcü tənəyi və şərab  mədəniyyətinin araşdırılması”- layihəsi çərçivəsində b.e.ə. VI onilliyə aid edilən arxeoloji qəsəbənin üzərində aparılan qoruma tədbirləri sona çatıb.
Xatırladaq ki, arxeoloji qazıntılar nəticəsində Kvemo Kartlidə b.e.ə. VI onminilliyə aid edilən qədim üzüm tənəklərinin qalıqları tapılıb. Qazıntılar nəticəsində təsdiqləndi ki, çöl üzümünü ilk dəfə insanlar Gürcüstan da mənimsəyiblər. Sonradan zaman keçdikcə üzüm və çaxır mədəniyyəti yaranıb. Saxsı qabdan tapılan üzüm çiyidi həmin qabda çaxırın olmasından xəbər verir
Qeyd etmək lazımdır ki, İmir kəndində ekspedisiyaya milli muzeyin arxeoloqu, kolleksiyaların baş kuratoru Mindia Çalabadze rəhbərlik edirdi.

Marneuli bələdiyyəsinin İmir kəndində “Gənc arxeoloqlar cəmiyyəti”-nin təşəbbüsü və Marneuli bələdiyyəsinin yerli özünüidarəsinin dəstəyi ilə eksperimental arxeoloqiya  çərçivəsində qədim keramika qaydası ilə hazırlıq masterklasları keçirildi.

Sözü gedən işlərdə İvane Cavaxişvili adına Tiflis dövlət universitetinin, İlya Cavaxişvili adına dövlət universitetinin və Gürcüstan universitetinin arxeologiya, tarix və etnologiya fakultəsinin tələbələri iştirak edirdilər.

Eksperimental arxeologiya masterklasını keçirməkdə məqsəd neolit dövründəki, qədim keramikanın neolit dövründə olduğu kimi qaydalara riayət edərək hazırlanmasını canlı nümayiş etmək idi.

Xatırladaq ki, İmir kəndində XX əsrin 60-cı illərdə ilk arxeoloji qazıntılar aparıldı.

İllər əvvəl arxeoloji işlər 7000 il əvvəl mövcud məskəndə ilk insan tarixinə çaxır yazıldı.İmir dərəsində aşkarlanan üzüm toxumları buna nümunədir. Morfoloji və ampeloqrafik nöqteyi nəzərən sözü gedən üzüm növünə ,,vitis vinisfera sativa“ adı verildi.

1 2 3

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register