Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Elektronika istehsalçısı olan “MediaTek” şirkəti smartfonlar üçün dünyada ən qısa müddətdə enerji ilə doldurulan cihazı təqdim edib. Yeni avadanlıq “Pump Express 3.0” adlandırılıb və bazarda “Qualcomm” şirkətinin istehsalı olan “QuickCharge” cihazı ilə rəqabət aparır.  “MediaTek” mütəxəssisləri qeyd edib ki, yeni cihaz cəmi 20 dəqiqə ərzində tam olaraq enerjisi bitən akkumulyatoru 70 faizə qədər doldurmaq imkanına malikdir. Bundan başqa, bu ilin sonuna qədər “MediaTek” rəhbərliyi “Pump Express” cihazının ABŞ bazarında yayılması məsələsini tam həll edəcək.

Facebook sosial şəbəkəsinə məxsus  məşhur mesajlaşma proqramı olan “Whatsapp” tədbiq eədəcəyi daha bir yeniliklə istifadəçilərini sevindirəcək. GİF dəstəyi nəhayət “Whatsapp”a gəlir. Yenilik çərçivəsində”iPhone” və “iOS” istifadəçiləri GİF fayllarını mesajlaşmalarda istifadə edə biləcək. “Whatsapp”ın tədbiq edəcəyi bu yeniliyi qısa müddət ərzində bütün istifadəçilər istifadə edə biləcək.

Dünyanın ən populyar sosial şəbəkəsi olan Facebook-un rəhbərliyi istifadəçilərə statuslarına görə pul qazanmaq imkanı yaradacaq. “Gizmodo” bildirir ki, Facebook-un texniki xidməti istifadəçilər arasında sorğu apararaq, statuslara görə pul verilməsi sistemini konkretləşdirməyə çalışıblar. Hələlik üç variant nəzərdən keçirilir: statusa görə pul “mükafat”ı, brendləşdirilmiş kontent və ya Facebook-un reklamlardan əldə etdiyi gəlirlərin bir hissəsi. Bundan başqa, istifadəçilərə “Hərəkətə çağırış” adlı yeni düymədən istifadə variantı da təklif olunub. Bu düymə ianə toplamaq üçün abunəçilərin və “dostlar”ın sayının artırılmasını nəzərdə tutulur. Yeniliyin nə zaman reallaşacağı bəlli deyil.

Diş fırçalayan zaman ağzınızı görə bilmək üçün çox əziyyət çəkirsiz? Belə ki, yeni icad olunmuş Onvi Prophix adlı kabelsiz diş firçası, inteqrasiya edilmiş kamerası ilə köməyinizə çatacaq. Son illərdə statistik məlumatlar onu göstərir ki, istifadəçilər təqdim olunan ağıllı diş fırçalarına olduqca maraq görməyə başlayıb. Diş həkimlərinin də tövsiyə etdiyi ağıllı diş fırçaları indi mütəxəssislər tərəfindən dahada inkişaf etdirilib. Belə ki, Onvi Prophix adlı diş fırçası sayəsində artıq ağzınızın içini kamera ilə görməyiniz mümkün olacaq. Fırça üzərində yerləşdirilən 10MP həllolma dəqiqliyində və Full HD video kamera, kiçik işığı ilə birlikdə ağızınızı rahatlıqla görmənizi təmin edir. Atıq diş fırçalarkən güzgüyə deyil, uyğun tətbiqə baxmağınız kifayət edəcək. Çünki fırça üzərində yerləşdirilən kamera hər bir addımı canlı olaraq ekrana əks etdirəcək. İstifadəçi, həmçinin dişlərində bir problem olduğunu hiss edərsə, dişinin fotoşəkilini çəkərək həkimi ilə də paylaşa bilər. Eyni zamanda diş fırçasının baş və tutacaq hissəsini istədiyiniz zaman dəyişə biləcəksiniz. İşinizi bu dərəcə asanlaşdıran Onvi Prohpix adlı yeni cihazın qiyməti, 399 dollar olacaq. Satışına isə yaxın günlərdə başlanması gözlənilir.

Mmüəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register