Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Türkiyədə bir qrup ixtiraçı əlillərin sərbəst hərəkəti üçün qeyri-adi oturacaq hazırlayıb. Hələlik maket halında olan arabanı digərlərindən fərqləndirən cəhəti onun çoxfunksiyalı olmasıdır. Oturacağı idarə etmək üçün isə dəbilqə geyinmək vacibdir. Oturacağa quraşdırılan xüsusi cihaz baş hərəkəti ilə onu idarə etməyə imkan verir. İxtiraçılar əlillərin çətin duruma düşmə ehtimalını da nəzərə alıb. Məsələn, əlil şəxsin arabası pilləkəndə ilişib qalıbsa, xüsusi cihaz onun evinə quraşdırılan monitora eyni anda səsli və görüntülü mesaj göndərir. Bununla belə, ixtiraçılar oturacağı daha da təkmilləşdirməyi düşünür.

“Facebook”da videomesaj dövrü başlayır. 1,5 milyarddan çox istifadəçisi olan “Facebook” bu istiqamətdə işləri sürətləndirib. Belə ki, tədricən sosial şəbəkədə ənənəvi yazışmadan çox, canlı videosöhbətə yer veriləcək. Həmçinin şərhlərdə videodan istifadə olunacaq. Hazırda şərh bölməsinə yazı və şəkil yerləşdirmək mümkün olduğu halda, bu bölməyə video da yükləmək olacaq. Bütün bu yeniliklərin yaxın zamanlarda “Android” ve “iOS” platformalarında əlçatan olacağı deyilir.

Demək  olar  ki, hər həftə  bir yenilik edən “WhatsApp” sabahdan  etibarən  daha bir yeniliyi ilə  istifadəçiləri  sevindirəcək.  “WhatsApp”ın  beta  versiyasında  “alt yazılar” ekrana çıxacaq. Belə ki,  əvvəl yazdığınız hansısa  bir cümlə və ya sözü  yenidən yazmaq məcburiyyətində qalmayacaqsınız. Məsələn, əvvəl kiməsə “Salam, necəsən?”  yazmısınızsa, artıq  bir neçə hərf  yazdıqdan sonra o cümlə sizə təqdim olunacaq. Siz isə  kopyalayıb, göndərəcəksiniz.

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan “WhatsApp” yenilik edib. “reply” adlanan yenilik sayəsində artıq seçilən mesaja xüsusi cavab yazmaq mümkün olacaq. Bunun üçün cavablandırılması lazım olan mesajın üstünə bir neçə saniyə sıxıb saxlamaq lazımdır. Açılan yeni pəncərədə “reply” və ya sola istiqamətlənmiş ox düyməsini sıxmaqla mesajı cavablandırmaq mümkün olacaq. Qeyd edək ki, funkisya həm İOS həm də Android platformalı telefonlarda aktiv edilib.

Vayfay evin hansı hissəsində quraşdırılmalıdır? Niyə mənzilin bəzi hissələrində internetin sürəti aşağı enir. Evində vayfay olan hər kəsi maraqlandıran bu suallara cavab tapılıb. Araşdırma zamanı məlum olub ki, internet şəbəkəsini evin tam mərkəzi hissəsində yerləşdirmək lazımdır. Bu zaman inernetin dalğası mənzilin bütün hissələrinə bərabər şəkidə paylanır. Təkcə mətbəxdən başqa. Hər kəs bunu müşahidə edib ki, mətbəxdə vayfayin sürəti aşağı enir. Bunun da səbəbi məlum olub. Belə ki, mətbəxdə olan bəzi əşyalar cihazdan yayılan dalğaların içəri daxil olmasına mane olur. Bu səbəbdən də evin məhz bu hissəsində internet çox zəif işləyir.

“Facebook” sosial şəbəkəsi bu gündən şəkillərə 360 dərəcədə baxmaq imkanı verən yenilik tətbiq edir. Bu barədə sosial şəbəkənin yaradıcısı Mark Zukerberq məlumat paylaşıb. Artıq bundan sonra yeni nəsil telefonlarla və ya 360 dərəcəli panoramla şəkil çəkmək mümkün olan fotoaparatlarla çəkdiyiniz şəkilləri “facebook” a yükləyəndə onun üzərində “360” dərəcə işarəsi görünəcək. Bununla da şəkillərə 360 dərəcə effektlə baxmaq mümkün olacaq. Bu zaman istifadəçilər özlərini həmin yerdə hiss edəcəklər.

“Lenovo” şirkəti müasir telefon sahəsində ilkə imza atıb. Mobil telefon sahəsində inqilab edən şirkət yeni bükülüb yığıla bilən telefonlar istehsal edib. San-Fransiskoda təşkil olunan təqdimat mərasimində “Lenovo” bükülərək qolbaq kimi qola taxılan və yenidən qatlanıb adi mobil telefon halına salınan telefonların təqdimat mərasimini keçirib. Bu sahədə bir çox elektron cihaz istehsalı ilə məşğul olan şirkət iş aparıb. “Lenovo” ilə bərabər “Samsung” da korpusu əyilə bilən smartfonlar istehsal etmək fikrindədir. Bu şirkət hətta ABŞ-da paten də alıb. Bildirilir ki, əyilə bilən smartfonları paltara hər hansı bir yolla da möhkəmləndirmək olacaq. Amma qeyd etmək lazımdır ki, hələlik əyilə bilən smartfonların praktik üstünlüyü naməlumdur. İnnovasiya naminə innovasiya mənasızdır. Gələcəkdə bu innovasiyanın hər hansı üstünlüyünün olması da istisna deyil.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register