İqtisadiyyat naziri Baş Nazirin birinci müavini olaraq təyin olundu
İqtisadiyyat və inkişaf nazirlyinin facebook səhifəsində yayımlanan məlumata görə:
“Gürcüstanın iqtisadiyyat və inkişaf naziri, vitse-premyer Dimitri Qumsişvili Baş Nazirin birinci müavini olaraq təyin olunub. Müvafiq sərəncamı Gürcüstanın baş-naziri Qiorqi Kvirikaşvili bugün verib. Bugünə qədər Gürcüstanın nazirlər kabinetində iki Baş Nazirin birinci müavini vəzifəsi mövcud idi və bunları Dimitri Qumsişvili və Kaxa Kaladze tuturdular. Dimitri Qumsişvilinin təyin olunduğu Baş Nazirin birinci müavini vəzifəsi nazirlər kabinetində yenilikdir”
0 Comments