Texno xəbər
Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.
Facebook sosial şəbəkəsində yazılan şərhlərə video əlavə etmək imkanı yaranıb. Yenilik artıq sosial şəbəkənin brauzer versiyasında işləyir və yaxın zamanlarda mobil əlavədə də istifadəyə veriləcək. “Facebook”un üz qapağında yerləşdirilən məlumata görə, yeni interfeysin tərtibatı ilə London, Nyu-York, Sietl və Menlo-Parkdan olan mütəxəssislər məşğul olublar. İlkin məlumata görə, tezliklə sosial şəbəkənin dizaynı kardinal dəyişikliyə məruz qalacaq, ancaq hələlik bununla bağlı dəqiq heç bir məlumat yoxdur. Bu yenilik istifadəçilərin dəstək xidmətində yazdıqları istəkləri ilə baş tutub. Ümumilikdə şərhlərdə video yazı yerləşdirmək imkanı yazmaq istəyi ilə bağlı yüz mindən artıq məlumat əldə olunub.
Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan “WhatsApp” daha bir yenilik etməyə hazırlaşır. “Dashdow WhatsApp” adlandırılan yenilik sayəsində artıq “WhatsApp”a gələn mesajlar “Facebook Messenger”dəki kimi görünəcək, qəbul edilən mesajlar dairəvi şəkildə ekranda peyda olacaq. Bununla da oyun və ya başqa proqramdan çıxmadan mesajları cavablandırmaq mümkün olacaq.
“Palo Alto Networks” şirkətinin mütəxəssisləri “T9000” adlı yeni virusun “Skype” istifadəçilərin şəxsi məlumatlarını və yazışmalarına müdaxilə etdiyi məlumatını yayıb. “Kaspersky”, “Norton”, “AVG” kimi ən populyar antivirus proqramları bu dağıdıcı proqramı aşkar etmək gücündə deyil. Proqram video görüntülü danışıq zamanı mütəmadi olaraq istifadəçinin şəkillərini çəkib yadda saxlayır, həmçinin istifadəçilərin danışığını yazır. “Rich Text Format”da olan faylların işə salınması nəticəsində kompüter virusa yoluxur. Bundan sonra troyan virusu çoxpilləli quraşdırma prosesinə başlayır ki, hər addımda antivirus proqramının mövcudluğunu yoxlayır. “Skype” hazırda yeni virus və onun potensial zərəri haqda araşdırma aparılır.
“Honda” hidrogenlə işləyən ilk maşını “Clarity”nin yeni modelini bu il satışa çıxarmağa hazırlaşır. Ötən il Tokio Avtomobil sərgisində nümayiş edilən, daha sonra noyabr ayında keçirilən Los Anceles avtomobil sərgisində sərgilənən avtomobil, hidrogenlə işləyən bir motora sahibdir. Bu motor başqa motorlardakı kimi benzini yandıraraq enerjiyə çevirdikdən sonra çirkli duman ixrac etmək əvəzinə, oksigen və hidrogen reaksiyası ilə əldə edilən enerjinin hamısını elektrikə çevirərək sadəcə su ixrac edir. Bu da avtomobilin ekoloji təmiz olduğunu göstərir. Avtomobillə bağlı ən böyük çatışmazlıq hidrogen doldurma məntəqələrinin az olmasıdır. Nəqliyyat vasitəsinin qiyməti 57 500 dollardır.
Radio Marneuli Türkiyə mətbuatına istinadən xəbər verir ki, Almaniyada Frankfurt Hava Limanın eniş edən “Boeing 777” tipli sərnişin təyyarəsinin yerlə təmas etmədən əvvəl kompyüterdə 3d texnologiyası ilə robota çevrildiyini əks etdirən görüntülər izləyicilər tərəfindən maraqla qarşılanıb. Belə texnoliogiyanın icad edilməsi insanlar üçün çox maraqla qarşılanır.
2016-cı ilin ən bahalı brendi “Google” korporasiyası olub. Bu barədə “Millward Brown” şirkətinin dərc etdiyi illik reytinqdə deyilir. “Google” korporasiyası 229,2 milyard dollar dəyərində qiymətləndirilir. Bu sənədə əsasən, “Apple” korporasiyası ikinci sıraya düşüb, üçüncü yeri isə 2015-ci ildə olduğu kimi,“Microsoft” korporasiyası tutub. Bundan başqa, dünyanın ən bahalı brendlərinin top onluğuna “AT&T (+20%, $107,4 milyard), “Facebook” sosial şəbəkəsi (+44%, $102,5 milyard), “Visa” maliyyə şirkəti (+10%, $100,8 milyard), onlayn riteyl şirkəti olan “Amazon” (+59%, $98,9 milyard), “Verizon” telekommunikasiya şirkəti (+8%, $93,2 milyard) kimi bir çox telekommunikasiya nəhəngləri daxildir.
Danimarkanın “Lumigon” şirkəti gecə görmə kamerasına malik qeyri-adi smartfon buraxıb. İstehsalçı “Lumigon T3” smartfonunun bazarda bu özəlliyə sahib ilk smartfon olduğunu bildirir. Möhkəm metal korpusa malik “T3” smartfonu 4,8 düymlük Super AMOLED displey və “Gorilla Glass 4” qoruyucu şüşəsi ilə təchiz olunub. Cihaz 8 nüvəli “MediaTek Helio X10” prosessoru ilə işləyir. Operativ yaddaşın həcmi 3GB, daxili yaddaş 128 GB-dir. Əsas kamera 13 meqapikseldir. Gecə görmə kamerasının modulu cihazın arxa tərəfindədir. 4 meqapiksellik bu kamera infraqırmızı işıqlandırmaya malikdir. Arxa səthdə kiçik “taçpad” da yerləşdirilib ki, onun köməyi ilə fotolara baxmaq, internetdə kitabları səhifələmək, saytları yoxlamaq mümkündür. Smartfonda altimetr, termometr, kompas və barmaq izi “datçiki” də var. Cihaz toz və rütubətdən qorunur və 2 SİM-kart qəbul edə bilir. “Lumigon T3” “Android 6.0 Marshmallow” bazasında çalışır və simsiz şarj texnologiyasını dəstəkləyir. Smartfonun ölçüləri 137*69*7.9 мм, çəkisi 145 qramdır. Yeni smartfonun qara rəngli versiyası 925 dollardan satışdadır. İyunun sonlarına qədər isə ağ və narıncı versiyalar
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments