Marneulidə qan vermə aksiyası keçrildi

14 iyun tarixində Marneulidə yerləşən “Çay Evində”Beynəlxalq Qan Donorluğu Günü ilə bağlı qan vermə aksiyası keçirilir.Aksiyanın əsas məqsədi irsi qan xəstəliyindən əziyyət çəkən uşaqlara yardım etməkdir. Tədbir “PİTA” proqramı çərçivəsində həyata keçirilir. Xatırladaq ki, proqram BMT- nin Gürcüstandakı Asossiyasiyası (UNAG) tərəfindən və ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyə dəstəyi ilə həyata keçirildi.
Xatırladaq ki, Ümumdünya Qan Donoru Günü bütün dünyada qeyd olunaraq, Ümumdünya Səhiyyə Təşkilatı, Beynəlxalq Qırmızı Xaç və Qızıl Aypara Cəmiyyəti, bir sıra digər təşkilat və qurumlar tərəfindən dəstəklənir.
Müəllif: Amil Məmmədov
Amil Məmmədov2286 Posts
0 Comments