Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Apple” şirkətinin sentyabrda təqdimatını keçirməsi nəzərdə tutulan “iPhone 7” modelinin yeni fotoları yayılıb. Mətbuatda yayılan xəbərlərə görə, bu dəfə “iPhone” rənglərinə boz (space grey), qızılı (gold), çəhrayı (pink) ilə yanaşı, göy rəng də əlavə edilib. “iPhone” 7 modelinin göy rəngi də olacaq.

 

TakeMeasure tətbiqi vasitəsilə şəkilini çəkdiyiniz bütün cisimlərini uzunluğunu ölçə bilərsiniz. TakeMeasure – telefonun kamerası ilə çəkdiyiniz bütün cimslərin ölçülərini sizə təklif edən bu qəribə proqramdan istifadə etmək üçün sizə A4 kağızı lazımdır. A4 kağızı isə referans olaraq bu tətbiqə lazımdır. Tətbiqdən yararlanmaq üçün ən əvvəl bu tətbiqi smartfonunuza yükləyin. Daha sonra ölçülərini almaq istədiyiniz bir cismin yanına A4 vərəqi qoyub şəkilini çəkin. ,əkili çəkdindən sonra REFERENCE menusuna keçid edib A4 vərəqin ölşülərini seçin. Novbəti addımda isə MEASURE pəncərəsinə daxil olub cismin ölçülərini ala bilərsiniz. A4 kağız ölçülərinin standart olduğu üçün alınan nəticələri 100% doğru saymaq olar.

OnePlus şirkəti eyniadlı flaqman smartfonunun 3-cü nəslini təqdim edib. Güclü texniki parametrlərinə baxmayaraq yeni smartfon ABŞ-da $399 qiymətinə satılır. Texniki göstəricilərinə gəldikdə OnePlus 3 5.5 inç Full HD AMOLED ekran, Snapdragon 820 prosessoru, 6 GB-lıq RAM, 64 GB-lıq daxili yaddaş, 2 SIM kart xüsusiyyəti, barmaq izi tanıma funksiyası, 3000 mAh enerji tutumlu batareya, 16 MP-lik arxa kamera və 8 MP-lik ön kamera ilə təchiz olunmuşdur. Arxa kamera vasitəsilə 4K formatlı videolar çəkmək mümkündür. Bundan əlavə olaraq smartfon sürətli enerji yığma xüsusiyyətinə də sahibdir. Şirkətin verdiyi məluamata əsasən Dash Charge funksiyaı sayəsində smartfon enerjini 0-dan 60%-ə kimi 30 dəqiqə ərzində yığır. Enerjinin yığma sürətinə 3D qrafikalı oyunların oynanılması və ya digər tətbiqlərin istifadəsi təsir etmir. Yeni OnePlus-u artıq şirkətin rəsmi saytında sifariş etmək mümkündür.

Facebook-a əlavə edilmiş yeni funksiya hansısa şəxsin intihar fikrini öyrənib bu barədə xüsusi xidmət orqanına xəbər etməyə imkan verəcək. Əgər siz görsəz ki, kimsə intihar ilə yaxından əlaqəli bir post paylaşıb onda həmin postun yanındakı düyməni klikləyərək Facebook-un müddətdən sonra isə digər ölkələrdədə aktiv olacaq. Bundan əlavə Facebook kritik anlarda kömək ola  biləcək xüsusi xidmət orqanlarının nömrələrini də paylaşıb.

Apple’ın mobil əməliyyat sistemi iOS 10 bir çox yeni xüsusiyyəti ilə təqdim edildi. Bu xüsusiyyətlərdən bəzilərinin Androiddə uzun müddətdir mövcud olmağı müzakirələri də özü ilə gətirib. Apple’ın yeni əməliyyat sistemi iOS 10 nəhayət təqdim edildi. Bir çox yeni xüsusiyyət ilə gələn yeni versiyanın bəzi xüsusiyyətləri müzakirələri də özü ilə gətirib. Android istifadəçiləri iOS 10-a gələn yeniliklərin çoxunun Androiddə uzun müddətdir var olduğunu və Apple’ın bu xüsusiyyətləri Androiddən oğurladığını iddia edib. iOS – Android qarşıdurması elə asan-asan bitəcək kimi görünmür. İllərdir davam edən mübahisədə bir dövr iOS cəbhəsindən “təqlidçilik” iddihamları yüksəlirdi. Görünən odur ki, indi sıra Android cəbhəsindədir. iOS’un uzun illərdir dəyişməyən daxili telefon tətbiqi iOS 10 ilə birlikdə yeniləndi və səsli mail oxumaq xüsusiyyəti əlavə olundu. Google’ın daxili telefon tətbiqi Google Voice isə bu əməliyyatı onsuz da çoxdan edə bilirdi.

Amerikalı alimlər çox maraqlı layihə təklif ediblər. Belə ki, onlar insan genomunu sıfırdan yığmaq istəyirlər. 20 məşhur amerikalı alim insan genomunun yaradılması barəsində irimiqyaslı layihəyə başlamağa hazır olduqlarını qeyd edib. Layihənin əsas mənası ondan ibarətdir ki, insan genomunu mövcud olan DNT-lərdən kəsmək və yığmaq üsulu ilə deyil, DNT fraqmentlərini kublar şəklində yığaraq sintez etməkdir. Alimlər qeyd ediblər ki, söhbət süni insanın yaradılmasından getmir. Bununla belə onlar qeyd edirlər ki, tibb və biomühəndislik sahələri barəsində danışsaq sözügedən layihə böyük inkişafa gətirib çıxarda bilər. Belə ki, yeni layihə bir çox xəstəliklərin müalicəsində əsas rolu oynaya bilər. Layihənin birinci mərhələsində alimlər 100 milyon dollar vəsait yığmağı planlaşdırırlar. Daha sonra əlavə vəsaitin də lazım olacağı güman olunur. Hər-halda insan genomunun sintez olunması üçün lazım olacaq vəsait insan genomunun oxunmasına xərclənmiş vəsaitdən qat-qat çox olacaq. Son nəticə olaraq layihənin dəyəri 1 milyard dollar ola bilər.

Müəllif: Amil Məmmədov

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register