Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Facebookun, istifadəçilərinin daha sonradan kəşf etdiyi, Messengerdə gizlənmiş üçüncü bir oyunu daha ortaya çıxdı. Son 5 ayda Facebookun Messenger platformasına gizlədiyi 3-cü bir oyun daha ifşa olundu. Daha əvvəl gizlədilən şahmat və basketbol oyunları deşifrə edilən Messengerdə, indi də bir futbol oyununun varlığı ortaya çıxdı. Oyunun iş prinsipi eynilə basketbolda olduğu kimidir. Yəni Messenger’dan dostunuza futbol topu emojisi göndərirsiniz və emojiyə toxunaraq oynamağa başlayırsınız. Oyunun məqsədi topu mümkün  qədər çox çiləyərək ən yüksək xala sahib olmaqdır. Barmağınızla topa hər toxunduğunuzda bir dəfə çiləmiş və qarşılığında bir xal almış olacaqsınız. Zamanlama çox əhəmiyyətlidir, əgər gec qalıb topu yerə salsanız başdan başlamaq məcburiyyətində qalacaqsınız. Oyunu oynayabilmək üçün Facebook Messengerin ən son versiyasını yükləməlisiniz.

ABŞ-ın Hərbi Hava Qüvvələrinin məlumatlar bazasının xidmətinə nəzarət edən Lockheed Martin şirkəti severlərin işində nasazlıqların olduğunu bildirib. Həmin nasazlıqlar nəticəsində ABŞ-ın Hərbi Hava Qüvvələrinin son 12 ildə apardığı araşdırmalar yoxa çıxıb. Araşdırmalarda dələduzluq, müxtəlif oğurluqlar, vəzifə səlahiyyətlərindən suistifadə, vətəndaşlar arasındakı konfliktlər və Hərbi Hava Qüvvələrinin digər daxili işləri haqqındakı məlumatlar var idi. Hərbi mütəxəssislərin verdikləri məlumata əsasən nasazlıq hackerlərin hücumu nəticəsində baş verməyib. Hadisə ilə bağlı araşdırmanı Pentaqon və kibertəhlükəsizlik sahəsi üzrə fəaliyyət göstərən fərdi şirkətlər aparacaqlar. Lockheed Martin şirkətinin mütəxəssisləri 2 həftə ərzində itmiş məlumatları bərpa etməyə çalışıblar. Lakin onların səyləri boşa çıxıb.

Növbəti 5 il ərzində mətnli postlar Facebook-dan yoxa çıxacaq və onları videolar əvəz edəcək. Bu barədə Facebook-un Avropa, Yaxın Şərq və Afrika üzrə vitse prezidenti Nicola Mendelsohn bildirib. Vacib bir tədbirdə çıxışı zamanı Mendelsohn qeyd edib ki, Facebook-da videolar son zamanlar çox məşhurlaşıb. Keçən il videoların gündəlik baxış sayı 1 milyarddan 8 milyarda qalxıb. Facebook-un smartfonlar üçün olan tətbiqinin istifadəçiləri isə gün ərzində 100 milyonlarla saat videolar izləyirlər. Bundan əlavə olaraq canlı yayım videoları öncədən çəkilmiş videolara nisbətdə 10 dəfə çox komment əldə edir. Soaial şəbəkədə paylaşılan mətnli postların isə sayı getdikcə azalır. Əldə olunmuş nəticələr əsasında Mendelsohn bildirib ki, növbəti 5 il ərzində mətnli postlar Facebook-dan ümumilikdə yox olacaq. İstifadəçinin xəbər lentində olacaq məlumatlar isə monoloq şəklində videoya çəkilib paylaşılacaq. Görünür sosial şəbəkələrin gələcəyi videoaxınların, videokonfransların və videoçatların üzərində qurulacaq. Təbii ki, belə bir sual da ortaya çıxır. Facebook 5 ildən sonra öz aktuallığını qoruya biləcəkmi?

Printerdə pulların kopyasını çıxarmağı heç yoxladızmı? Bəs bilirsinizmi ki, printerlərdə pulları kopyalamaq olmur? Dövriyyədə çox az miqdarda saxta pul var. Lakin günümüzdə müasir texnologiyalar və kopyalamaq üçün cihazlar olduğu halda, niyə sadə rəngli printerlər vasitəsilə pulları rəngli şəkildə kopyalamaq olmur? Heç bir dəfə də olsun bunu yoxladınızmı? Cinayət olduğunu hamı bilsə də çoxumuzun evində printer var və bu bərbad ideya çoxmuzun ağlına gəlib. Lakin pulları printerdən çıxaran zaman qəribə bir mənzərə ilə qarşılaşırıq. Printerlər pulun kopyasını çıxarmır. Əgər bu belə olmasa idi yəqin ki, bir çoxları evdən pul istehsal edib sözün əsl mənasında kef edərdi. Beləki, printerlərdən əlavə hətta Photoshop-da belə pulun şəkilini edit edə bilmərik. Bunun bir qeyri adi səbəbi var. Bütün bu texnologiyaların pulları tanımasının əsas səbəbi pulların üzərində olan dairə şəkilində olan banknotların rəngləridir. Onlar xüsusi rənglərə sahibdirlər ki, bütün texnologiyalar həmin rəngləri ayırd edib, pul kimi tanıyır.

Raketləri yer üzünə qaytarmaq üzərində çalışan Spaca X, düz 3-cü dəfə Falcon 9 raketini yerə endirməyi bacarıb. Texnologiyanın inkişafı həyatı, kosmosda və başqa qalaktikalarda axtarmağa insanları vadar edir. Elm və texnologiyanın inkişafı artıq elə bir həddə çatıb ki, artıq kosmosla təkcə dövlət orqanları yox, xüsusi özəl şirkətlər də maraqlanır. Belə şirkətlərdən biri də, Elon Musk tərəfindən idarə olunan, SpaceXdir. Yenidən istifadə oluna bilən raketlər layihəsi üzərində apardıqları sınaqların növbəti dəfə uğurlu nəticəsini əldə edən SpaceX, 3-cü dəfə Falcon 9 raketini yerə endirməyi bacarıblar.  Kosmik aparatların yer üzərindən xaricə çıxarılmasında istifadə olunan roketlərin boşa getməməsi üçün bu layihəni həyata keçirən SpaceX, düz 4 dəfə həmin raketləri okeanda olan drone gəmilər üzərinə endirməyə çalışsalarda bu cəhdlərin hər biri uğursuz oldu. Lakin son 3 ard-arda reallaşdırılan cəhtlərin hər birində SpaceX missiyasını yerinə yetirməyi bacarıb. Taylanda aid olan, 3100 kg çəkiyə malik Thaicom 8 peykini səmaya buraxan Falcon 9 roketi yer üzərinə eniş etməsi uğurlu alınıb.

İrimiqyaslı tədqiqatlar çərçivəsində alimlər bizim planetdə neçə növ canlının yaşadığını bildiriblər. Alimlər üçün yeni perspektivlər gətirən tarixin ən böyük siyahıyaalma tədqiqatı keçirilib. Hal-hazırda tədqiqatçılar bir çox qəliz canlılar haqqında məlumatlara sahibdirlər. Lakin mikrodünyanın sakinləri çox az müşahidə olunublar. DNT ardıcıllığının oxunması üzrə yeni texnologiyalar planetdə neçə növ canlının yaşadığını təqribi olaraq təyin etməyə imkan verdi. Alimlərin hesablamalarına əsasən bu göstərici 1 trilyondur. Yəni bu nəticə planetimizdə bitən bütün ağacların sayından 3 dəfə azdır. Siyahıya daxil edilmiş növlər həm suda, həm quruda, həm havada, həmdə ki, yeraltında yaşayan canlılardır. Alimlər həmçinin onu da qeyd ediblər ki, bu göstəricidəki canlı növlərin cəmi 0.001 %-i haqqında məlumat var. Sadə sözlə desək bizlər Yer kürəsindəki həyat haqqında heçnə bilmirik. Daha dəqiq desək həyatın alt forması haqqında heçnə bilmirik.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register