Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən məşhur mesajlaşma şəbəkəsi olan “Facebook Messenger” yenilik etməyə hazırlaşır. Radio Marneuli Türkiyə mətbuatına istinadən xəbər verir ki, “messenger”in dizaynı dəyişiləcək. Yeni dizaynda isə cüzi fərqlər olacaq. Belə ki, əvvəllər yazışdığınız şəxslərin adları alt-alta sıralanırdısa, indi bu sıralama yan-yana istiqamətdə olacaq. Aşağıda isə ən çox mesajlaşdığınız şəxslərin adları sıralanacaq.

Mütəxəssislər tərəfindən yaxın gələcək üçün proqnozlaşdırılan “Əşyalar interneti” konsepsiyasının çox sürətli inkişafı böyük sayda dəyişikliklərə səbəb olacaq. Məsələn, rabitə xidmətlərinin ödənilməsi sxemi kimi bəzi iqtisadi modellərə yenidən baxılacaq. Analitiklərin proqnozuna əsasən, 2021-ci ilədək “ağıllı” qurğuların satış həcmi mobil telefonları ötəcək və bu, onunla nəticələnəcək ki, “ağıllı” qurğuların internetə qoşulması abunəçilər deyil, müxtəlif xidmətlər tərəfindən ödəniləcək. “işləmə sxemi olduqca sadədir: mən internetə pulsuz çıxış əldə edirəm və pulsuz mobil rabitə üçün bonus təqdim edən mağazalardan alış-veriş edirəm” – “Telecom Daily” analitik agentliyinin direktoru Denis Kuskov deyib. Kuskov bildirir ki, bəzi “ağıllı” qurğulara belə iqtisadi modelə uyğunlaşmaq bir qədər mürəkkəb olacaq, lakin onlar üçün, yəqin ki, müvafiq həllər tapılacaq. Analitik, həmçinin qeyd edib ki, “5G” rabitə şəbəkəsinin inkişafı, həmçinin innovativ proqram həllərinin yaradılması “Əşyalar interneti”nin inkişafını təmin edəcək.

Metrolarda insan sıxlığı ilə te-tez rastlaşırıq. Bu problem xüsusi ilə London, Nyu York, Honq Konq, İstanbul kimi böyük şəhərlərdə daha çox yaşanır. LakinThyssenKrupp tərəfindən inkişaf etdirilən lift sistemi, bu problemə alternativ bir həll təqdim edir. MULTI adlı sistem, adından da aydın olduğu kimi, çox istiqamətə hərəkət edə bilən bir lift sistemidir. Yüksək binalar və metro şəbəkələri arasından keçid edə bilən liftlər, insanları bir nöqtədən digərinə bir addım belə atmasına ehtiyac qalmadan səyahət etməsini təmin etmiş olur. Bu texnologiya sayəsində bir növ “Metro içində metro” yaranır. Thyssenkrupp’un MULTI lift sisteminin, əsasən, Londonda təqdim olunacağı gözlənilsə də, eyni problemdən əziyyət çəkən bir neçə ölkələrdə də bu cür liftlərin quraşdırılacağı gözlənilir. Artıq London metrosunda bu sistemin quraşdırma işləri başlayıb. Mütəxəssislər isə MULTI lift sisteminin 2017-ci ildə hazır olacağını bildiriblər. Bu barədə daha ətraflı bilmək və eyni zamanda, həftə ərzində texnologiya dünyasında baş verən yeniliklər haqda xəbərdar olmaq istəyirsinizsə, onda mütləq Texno Park-a baxmalısınız.

NASA-nın 5 il əvvəl kosmosa göndərdiyi kosmik gəmi artıq Yupiter-ə çatmaq üzərədir. NASA-nın təxminən basketbol meydançısı ölçüsündə olan kosmik gəmisi 5 il əvvəl dünyadan Yupiter-ə çatmaq üçün yola düşmüşdü. Son olaraq gələn xəbərlərdə Juno adı verilən bu kosmik gəmi artıq Yupiter-in orbitinə yaxınlaşıb. Juno, Yupiter-in 4500 km məsafəliyinə yaxınlaşaraq gözləmədədir. Bundan əvvəl Yupiter-ə yaxınlaşan digər bir gəmi 1974-ci ildə Pioneer 11 adlı komik gəmi idi. Həmin kosmik aparat Yupiterin 43.000 km məsafəsinə yaxınlaşmağı bacarmışdı. NASA-dan verilən açıqlamada isə 4 iyul tarixində Juno, Yupiter-in orbitinə daxil olacaq. Mütəxəssislər Juno-ya problem yaradacaq ən böyük amilin, öz oxu ətrafında cəmi 10 saata dövrə vuran Yupiter-in ətrafında olan metalik hidrogen təbəqəsinin yüksək qüvvətli bir maqnit sahə yaratması olduğunu bildirilər. Bu səbəblə Juno kosmik gəmisi 800 qat dayanıqlı elektronik sistemlərlə əhatələnib.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register