Texno xəbər

TexnoXeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Texnologiya o qədər inkişaf edib ki, artıq nəqliyyat vasitələri də printerdən çıxır. Nə qədər qəribə səslənsə də, bundan sonra avtobusları da 3D printerin  köməyi ilə çap etmək mümkün olacaq. Amerika Birləşmiş Ştatlarının (ABŞ) “Local Motors” şirkəti tərəfindən hazırlanan 3D miniavtobusları ictimaiyyətə təqdim olunub. “Olli” adı verilən və 12 nəfər sərnişini daşıma gücünə malik avtobusların hazırlanmasına 10 saat vaxt sərf olunub. Şirkət nümayəndəsinin bildirdiyinə görə, gələcəkdə vaxtı daha da azaltmaq mümkün olacaq.

Android N kimi tanınan versiyanın adının nə olacağına dair bir sıra fikirlər irəli sürülüb. Google, mobil əməliyyat sistemi Android-in adını qoymaq üçün həmişə şirniyyat adlarından istfadə edir. Məsələn Android J versiyası çıxanda Jellybean, L versiyası çıxanda Lolipop, K versiyası çıxanda isə KitKat və s. Hələki Google-un hazırlanmaqda olan Android sistemi “N” üçün qoyulacaq ad dəqiqləşməyib. Google bunun üçün istfadəçilərinin fikirlərini öyrənməyə çalışır. Lakin son sözü yenədə şirkət deyəcək. İngilis dilində də ağılda tez qalacaq bu hərfə uyğun şirniyyat adlarına o qədər çox rast gəlinmir. Google-un işçilərindən olan Hiroshi Lockheimer öz fikirlərini də irəli sürməyə davam edir. Hiroshi-nin misal olaraq göstərdiyi adlar arasında Nutella adı daha çox göz oxşayanıdır. Hiroshinin Twitter hesabında da Nutella sevgisini açıq aşkar görə bilərik. Belə görünür Android N əməliyyat sisteminin adı elə Nutella olacaq. Lakin marka sahibi Ferrero-nun buna reaksiyasının necə olacağı məlum deyil. Şübhəsiz şirkətlər öz aralarında bu mövzuda olan məsələləri sakitcə həll edə biləcəklər.

Facebook istfadəçiləri bundan sonra Messenger vasitəsi ilə SMS göndərə biləcəklər. Messenger-ə əlavə olunan yeni funksiya ilə artıq telefonun SMS tətbiqetməsinə girmədən kiməsə SMS yollaya biləcəksiniz. Bununla da smartfon istfadəçilərinin işi daha da asalaşacaq. Əlbəttə ki, SMS və Messenger-in rəngləri və dizaynı fərqli olacaq. Bununlada istfadəçilər iki tətbiqetməni fərqləndirə biləcəklər. Bu funksiya hələ ki, bəzi Android istfadəçiləri üçün aktiv vəziyyətə gətirilib. Lakin tezliklə bütün Android və iOS istfadəçiləri də bu funksiyadan istfadə edə biləcəklər.

LG özünün yeni smartfon modeli olan K3-ü ABŞ-da təqdim etdi. Standart xüsusiyyətlərə sahib olan smartfon, performansı və uyğun qiyməti ilə alıcıların diqqətini özünə cəlb edir. Smartfonun xüsusiyyətləri aşağıdakı kimidir: 4.5 düymlük İPS ekran, Dörd nüvəli 1.1 GHz Snapdragon 210 prossesoru, 1 GB RAM və 8GB-lı daxili yaddaş, 5 meqapiksel arxa və VGA ön kamera, Android 6.0 Marshmallow əməliyyat sistemi, 1.940 mAh batareya təchiz olunub. Standart xüsusiyyətlərə sahib olan smartfonun qiyməti isə 80$-dır. Smartfonun digər ölkələrdə nə vaxt satışa çıxacağı haqqında isə hələ ki, məlumat yoxdur.

Hong Kong`dakı bir aksesuar istehsalçısı olan Meike, Apple iPhone 6 və iPhone 6S üçün yaratdığı yeni cover case`i təqdim etdi. Telefonları professional kameraya çevirən case, özü ilə bərabər “geniş bucaq, 180 dərəcə fish eye və 2.5x makro” olmaqla 3 fərqli lens ilə gəlir. Beləliklə, bütün çəkim şəraitində rahatlıqla istifadə etmək mümkündür. Bənzərlərindən fərqi isə mərkəzə yerləşdirilən hissədə xüsusi yaradılmış bir halqa işıq ilə Sony’nin 20MP APS-C QX1 lens-kamera modulunu daşıya bilir. Bluetooth dəstəyi ilə istifadəni daha da rahatlaşdıran case, xüsusilə QX1 ilə ən yüksək foto və video keyfiyyəti təqdim edir. Meike’nin bu yeni aksesuarı 65$ qiymətlə şirkətin rəsmi saytından satılır.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register