Marneulidə yol nəqliyyat hadisəsi baş vermişdir

Bu gün Marneuli Rayonun mərkəzi küçəsi Rustaveli 37 ünvanında zəncirvari yol nəqliyyat hadisəsi baş verdi. Hadisədə üç avtomobil subaro, audi və ford sərnişin nəqliyyat avtomobilləri zərər görmüşdür. Hadisə yerindən əməkdaşmızın aldığı məlumata əsasən qəzayə səbəb subaro markalı avtomobilin sürücüsü olmuşdur. Hadisəyə həmin avtomobilin yüksək sürətlə hərəkət etməsi səbəb olmuşdur və subaro avtomobili audio avtomobilnə, audi isə ford sərnişin avtomobili ilə toquşmuşdur. Hadisədə xəsarət alan olmamışdır. Qəza yerinə yol polis patrol xidmətinin əməkdaşları cəlb olunaraq hadisə yerində faktla bağlı araşdırmalar aparılır.
Müəlliflər: Amil Məmmədov
Anar Turan
Pərvin Abdullayev
Amil Məmmədov2286 Posts
0 Comments