Texno xəbər

Texno Xeber

 Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünya miqyasında bir gün ərzində ən çox ziyarət edilən sosial şəbəkə olan Facebook-da təhlükəsizlik problemi olduğu müəyyən edilib. Facebook hər zaman hakerlərlə problem yaşayır. Təhlükəsizlik araşdırmaçıları sosial şəbəkə nəhəngi Facebook-da ciddi bir problem aşkar edib.  İddiaya görə, məhşur haker birliyi “Devcore”dən “Orange Tsai” ləqəbli xaker şəbəkəyə aid serverlərə bir arxa qapı yerləşdirib. Bu “qapı”nın tamamilə müvəffəqiyyəli olub-olmadığı məlum olmasa da, Facebook serverlərində çox əhəmiyyətli təhlükəsizlik probleminin olduğu ifadə edilib. Əgər hücum uğurlu olubsa, Ornage Tsai sosial şəbəkə işçilərinin elektron poçtlarını, şəxsi məlumatlarını asanlıqla ələ keçirib, Facebook-un virtual iclaslarına qatılıb, məlumat əldə edib, hətta şərh yazmış da ola bilər. Hakerlərin istifadəçilərin məlumatlarını əldə edib-etmədiyi hələ məlum deyil. Kibertəhlükəszilik mütəxəssisləri Facebook istifadəçilərinə şifrələrini dəyişdirməklə bağlı çağırış edib.

“Apple” şirkəti yeni “iPhone 7” smartfonunun kütləvi istehsalına başlayıb. İstehsal Tayvanın “Pegatron” şirkəti tərəfindən aparılır. iPhone 7-nin istehsalı ilə Tayvanın “Foxconn” şirkəti də məşğul olacaq. Smartfonun yeni modelinin istifadəçilərə payızda təqdim olunacağı gözlənilir. Daha əvvəlki xəbərlərə əsasən, yenilənmiş iPhone-da SİM-kart üçün ikinci slot əlavə olunur. Bundan başqa, smartfonda 3.5 mm ölçüdə qulaqcıq portu nəzərdə tutulub. “iPhone 7 Plus” və “iPhone 7 Pro” modellərinin istehsalı ilə Tayvanın digər şirkəti – “Wistron” məşğul olacaq.

Microsoft şirkətinin mütəxəssisləri enerji tələbatı az olan brauzeri müəyyən etmək üçün maraqlı təcrübə keçirdiblər. Məlum olub ki, Surface Book noutbook-u Microsoft Edge brauzerinin istifadəsi zamanı daha az enerji sərf edir. Mütəxəssislər Surface Book-da 4 məşhur brauzeri (Chrome, Edge, Firefox, Opera) işə salıblar. Nəticənin tam dəqiq olması üçün hər 4 brauzerdə canlı yayım videosu işə salınıb. Nəticə etibarı ilə məlum olub ki, Surface Book Google Chrome brauzerindən istifadə zamanı daha çox enerji sərf edir. Chrome ilə noutbook 4 saat 20 dəqiqə, Mozilla Firefox ilə 5 saat 9 dəqiqə, Opera ilə 6 saat 19 dəqiqə çalışıb. Rekord göstəricini isə noutbook Microsoft Edge brauzeri ilə göstərib. Belə ki, bu brauzer ilə noutbook 7 saat 22 dəqiqə çalışıb. Bundan əlavə olaraq mütəxəssislər enerji tələbatını prosessor, Wi-Fi funksiyası və notbookun videokartı ilə müəyyən ediblər. Wi-Fi funksiyası sayəsində enerji tələbatı hər 4 brauzer üçün eyni səviyyədə olub. Lakin Edge prosessorun və videokartın aşağı enerji tələbatı hesabına bu təcrübədə qalib olub.

ABŞ höküməti özəl şirkətlərə Aya kosmik aparatların göndərilməsinə icazə verməyi planlaşdırır. Daha əvvəllər bu cür uçuşlar yalnız hökümət layihələri çərçivəsində reallaşdırılırdı. Bu cür uçuşa ilk icazənin alma ehtimalı yüksək olan layihə Moon Express startapıdır. 2017-ci ilin ikinci rübündə şirkət Aya avtomatik kosmik aparatı göndərməyi planlaşdırır. Moon Express Ay üçün nəzərdə tutulmuş robotun hazırlanması üçün artıq Google-dan 1 milyon dollar vəsait əldə edib. Sözügedən startap uduş vəsaitinin 20 milyon dollar olan Lunar X-Prize konkursunun əsas namizədlərindən biridir. Konkursun şərtlərinə əsasən qalib şirkət o hesab olunacaq hansı ki, Yer kürəsinin peykinə özünün istehsalı olan robotu göndərə biləcək. Bundan əlavə olaraq həmin robot Ayın səthində minimum 500 m məsafə qət edərək Yer kürəsinə foto və video materiallar göndərməlidir. Bununla bərabər Lüksemburqun iqtisadi nazirliyi asteroidlərdə faydalı qazıntıların icazəsinə imkan verəcək yeni qanunu tərtib edir. Gələcəkdə isə hökümət bu sahə üzrə tədqiqatlara 200 milyon dollar vəsaitin ayrılacağını planlaşdırır.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register