Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” istifadəçilərini gözləyən təhlükə. Dəli ola bilərsiniz. Sosial şəbəkənin insana daha bir mənfi təsiri aşkarlanıb. Sən dəmə, sosial şəbəkələrdə çox like və tərif şərhləri alan şəxsdə narsisizm – özünə vurğunluq yaranır. Bu isə psixologiyada ən dəhşətli xəstəliklərdən biri hesab olunur. Bu cür insanlar özlərinə ideal digərlərini isə qüsurlu hesab etdikləri üçün heç kəslə ünsiyyət qura bilmirlər. Sonda isə özünə qapanır, hətta dəli olma səviyyəsinə belə çatırlar. Mütəxəssislərin sözlərinə görə, bu cür haldan ən çox əziyyət çəkənlər qadınlar olur.

Hindistan kosmik agentliyi kosmosa ölkə üçün rekord sayda – 20 peyk göndərib. Peyklərin hər biri təxminən 700 kiloqramdır. Kiçik peyklər digər ölkələrə aiddir. Onların arasında Kanada, ABŞ və İndoneziyadan olan özəl şəxslərə məxsus olanlar da var. Peyklərin ən müxtəlif məqsədləri yerinə yetirməsi nəzərdə tutulub. Məsələn, istixana qazlarının tullantıları və meşə yanğınlarının aşkar edilməsi. Hindistan kosmik daşımalar bazarında aparıcı oyunçuların sırasına daxildir və artıq bir neçə uğurlu missiya həyata keçirib.

Ötən gün təxminən 5 dəqiqə youtube serverlərində problem yaranıb. Məlumata əsasən youtubenin serverlərinə hücum olub. Ən yaxşı halda isə youtube serverlərində dəyişiklik olduğundan dolayı bu problemin yaşandığını deyə bilərik. Gözləyək görək, youtube bu problemlə bağlı hansı açıqlamanı verəcək. Youtube-un ardından Spotify çökdü. Stream (axın) şirkətləri üçün heç də uğurlu gün olmadı. Ötən gün  youtube serverlərində müvvəqəti problemlər yaşanandan sonra qısa müddət ərzində youtube öz fəaliyyətini bərpa etməyi bacarmışdı. Bu hadisədən sonra Spotify istifadəçiləri hesabları ilə bağlı problemlər yaşamağa başlayıb. The Next Web-ə daxil olan məlumatlarda göstərilir ki, istifadəçilər bu stream platformasından bir müddət istifadə edə bilməyiblər. Spotify rəsmi twitter səhifəsində yerləşdirdiyi məlumatda yayılan xəbərləri təsdiqləyib. Problem qısa müddət ərzində həll olunub.

Axırıncı dəfə Samsungun Gear S2 saatını istehsal edib satışa verməyindən xeyli vaxt keçib. İndi isə firma özünün yeni ağıllı saatını təqdim etməyə hazırlaşır. Bu saat Gear S3-dür. Belə görünür ki, Samsung avqust ayında olacaq Galaxy Note 7 tədbirində özünün yeni ağıllı saatını təqdim edəcək. Şübhəsiz bu saat Gear S3 olacaq.  Bu gün Gear S3 modeli haqqında bir sıra məlumatlar yayımlanıb.  Gear S3 saatı “Solis” kod adı ilə gəlir. Solis sözü latın dilindən tərcümədə “günəş” mənasını verir. Məlumata görə cihaz dairəvi quruluşda olacaq. Cihaz SM-R760, SM-R765, SM-R770, SM-R765V və  SM-R765S versiyalarında olacaq və Gear S2 kimi Tizen əməliyyat sistemi ilə işləyəcək. Hələki Gear S3 haqqında başqa xəbər yayımlanmayıb. Saat haqqında digər məlumatlarıda tapmağa çalışacağıq.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register