Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Günəş batareyaları ilə işləyən təyyarə Atlantik okeanını fəth etdi. Günəş batareyaları ilə işləyən “Solar Impulse-2” təyyarəsi Atlantik okeanını fəth edərək İspaniyanın Sevilya şəhərində enib. Müvafiq məlumat “Twitter” şəbəkəsində yerləşdirilib. Məlumatda deyilir ki, təyyarə Atlantik okeanının üzərindən ilk uçuşunu 70 saat ərzində başa vurub. Sınaqdan keçən və günəş enerjisi ilə işləyən “Solar Impulse-2” öz uçuşuna iyunun 20-si Nyu-Yorkdan başlayıb. Təyyarəni isveçrəli pilot Bertran Pikap idarə edib. “Solar Impulse-2” İsveçrədə istehsal olunub. Təyyarə qanadlarının uzunluğu 72 metr, çəkisi isə 2,3 ton təşkil edir. Hava gəmisində 17 min günəş akkumulyator batareyası quraşdırılıb, onların əsasında 4 elektrik mühərriki çalışır. Təyyarənin kreyser sürəti saatda 140 km təşkil edir.

teyare-gunes

“Huawei” “Android”dən imtina etməyə hazırlaşır. Çinin “Huawei” şirkətinin “Android”dən imtina edərək öz əməliyyat sistemini yaradacağı barədə məlumat yayılıb. Buna səbəb “Google”un tərəfdaşların smartfonlarındakı “Android” yenilənmələrinə nəzarəti gücləndirmək istəyidir. Belə ki, “Google” daha əvvəl smartfon istehsalçılarının “Android”ə istədikləri dəyişikliyi etməyə icazə verdiyi halda, indi onun istifadəsinə və yenilənmələrinə nəzarəti gücləndirməyi düşünür. Bu isə tərəfdaşlar arasında “separatçı” əhval-ruhiyyə yaradıb. Lakin “Android”dən imtina çoxsaylı risklər və istehlakçı itkisi ilə nəticələnə bilər. Çünki istifadəçilər çoxlu sayda populyar əlavəyə çıxış imkanını itirəcəklər. Qeyd edək ki, daha əvvəl “Samsung” “Android”dən imtina etməyə çalışıb və hazırda öz əməliyyat sistemini təkmilləşdirməyə davam edir.

huawei

Twitter-in əlaqə üçün istifadə etdiyi “mention” sistemi indi də WhatsApp-a gəlir. Bildiyimiz kimi, twitter sosial şəbəkəsində bizə maraqlı olan insanı axtarışa verən zaman, onun adnın əvvəlinə “@” əlavə edərək rahatlıqla tapa bilirik. Bu cür faydalı funksiyanı yaxın zamanda WhatsApp-da istifadə etmək mümkün olacaq. Beləliklə, axtardığınız adamın adın, soyadın daxil etmədən birbaşa istifadəçi adının önünüə “@” əlavəsini etməklə asanlıqla tapa biləcəksiniz. WhatsApp-da bu xüsusiyyət necə istifadə olunacaq? Bildiyimiz kimi xüsusilə qızların və tələbələrin daha çox istifadə etdiyi WhatsApp qruplarında köhnə, arxada qalmış və sizə maraqlı olan mesajları tapmaq çox çətindir. Sırf bu səbəbdən WhatsApp mütəxəssisləri “mention” funksiyasını əlavə etməyi test edirlər. Bunun sayəsində qrup danışıqları zamanı dostunuzu “mention” edərək daha sonra həmin şəxsin mesajı daha asan tapmasına kömək ola bilərsiniz. Hal hazırda testləri edilən bu xüsusiyyətin WhatsApp-a nə zaman gələcəyi hələ ki, bəlli deyil. Bundan əlavə qruplardan başqa şəxsi mesajlarma zamanıda bu funksiyadan istifadə edə biləcəksiniz.Daha bir xüsusiyyət isə qrup linkləridir. Qruplara əlavə etmək istədiyiniz başqa adamlar varsa və həmin adamların nömrələri sizdə yoxdursa yeni gələcək qrup linki funksiyası ilə həmin adamların da qrupa qoşulmasına şərait yaradacaqsınız təbii ki, linkləri paylaşmaqla. Önümüzdəki günlərdə alpha və beta səviyyədə test üçün yayımlanması gözlənilən bu yenilik, əgər uğurlu olarsa 2-3 ay ərzində hamı üçün istifadəyə veriləcək.

twitterwhatsapp

Bir neçə gün öncə 500 milyon aktiv istifadəçi sayına çatdıqları açıqlanan Facebook’un populyar foto-sosial şəbəkəsi Instagram, bu böyük kütlənin ehtiyaclarını da nəzərə alır. Gələn Aydan etibarən İnstagram`da tərcümə aləti yer alacaq. Dünyanın hər yerindən aktiv istifadəçiyə sahib olan şəbəkədə müxtəlif dillərdə insanlar bir birilə ünsiyyət qurur. İnsanlar arasında ünsiyyəti asanlaşdırmaq adına belə bir addım atan developerlər, yeni alətlə bu insanları bir birinə daha da yaxınlaşdırmaq istəyirlər. Birbaşa olaraq proqramın içində olacaq tərcümə aləti, həm əsas səhifə, həm də profillərdə işləyəcək. Yeni alət gələn ay bütün istifadəçilər üçün təqdim olunacaq. İlk addımda hansı dillərə dəstək veriləcəyi bilinmir, amma müxtəliflik barədə elə də çox problem olmayacağı təxmin edilir.

instagram

Yaddaş kartları barədə dünyanın bir nömrəli firması olan Sandisk, böyük yaddaş həcmlərinə ehtiyac olan Apple iPhone 6 ilə iPhone 6S sahiblərinə xitab etdiyi yeni qoruyucu örtüyü iXpand Memory Case’i istifadəçilərə təqdim etdi. Digər variantlardan fərqli olaraq xarici yaddaş sahəsini örtük formasında qarşımıza çıxardan SandiskiXpand Memory Case, yeni örtük üçün maraqlı dizayndan istifadə edib və 32GB, 64GB, 128GB olmaqla 3 fərqli versiyada əldə edilə bilinir. Arxa hissəsində olduqca böyük bir çıxıntı yaratmasına rəğmən, özündə ehtiyac olarsa 1900 mAh gücündə bir batareya da taxıla bilən və beləcə iPhone’ların istifadə zamanını ciddi anlamda artıra bilən məhsul, xüsusi iOS proqramı ilə məlumat transferini asanlaşdırır. Eyni zamanda telefonun əldən sürüşərək düşməsinin də qarşısını alır.Sandisk iXpand Memory Case, 32GB üçün 60$, 64GB üçün 100$, 128GB üçün 130$ ödəmək tələb olunur. Xarici batareyaya da sahib olmaq istəsəniz, onda yuxarıdakı qiymətlərdən əlavə olaraq 40$ da ödənilməsi tələb olunur.

Son 2 gündə iri texnologiya şirkətlərinin serverlərində problemlər səngimək bilmir. Dünən youtube-da olan 5 dəqiqədən çox çəkməyən server nasazlığı haqqında rəsmi açıqlama yayımlanmadı. Bundan dərhal sonra Spotify – musiqi stream platformasında olan problemlər Spotify-ın rəsmi twitter hesabından edilən açıqlamada təsdiqlənmişdi. Ötən gün isə təxminən 2 saat əvvəl yandex mail serverlərində və elektron poçtların göndərilməsində problemlər yaşanıb. Bu haqda istifadəçilər twitter üzərindən məlumat yayıblar. Hal hazırda rəsmi açıqlama olmasada problemin həll olduğu görünür.

youtubeSpotify yandex

Yeni Bluetooth 5 standartı ilə bağlı gələn son məlumatlar Bluetooth Special Interest Group (SIG) tərəfindən rəsmi olaraq paylaşıldı. Qısa olaraq belə demək olar ki, Bluetooth 5 ilə bizləri; 4 dəfə daha uzaq məsafə, 2 dəfə daha çox sürət və 8 dəfə daha çox transfer həcmi gözləyir. Bununla yanaşı bu yeni xüsusiyyətlərin batareya ömrünə heç bir təsiri olmayacaq. Yeni sistem və xüsusiyyətlərlə Internet of Things / IoT cihazlara ciddi anlamda təsir edəcək bir standarta sahib olacaq. Bluetooth 5’in Bluetooth xüsusiyyətli beacon satışlarına da böyük ölçüdə təsir etməsi gözlənilir. ABI Research, 2020-ci ilə qədər 371 milyon cihazın bu böyüməyə inteqrasiya edəcəyini proqnozlaşdırır. Bluetooth 5’in istifadəçilərə təqdim olunması 2016-cı ilin sonu, 2017-ci ilin əvvəllərində nəzərdə tutulur. Bu Bluetooth 4`dən sonrakı ən innovative yenilik sayılacaq.

bluetooth

Kaliforniya Universitetindən olan mühəndis Alexander Reben insana zərər verib verməyəcəyini özü müəyyən edən robotu təqdim edib. Bu halda zərər dediyimiz hal iynə ilə barmağı deşmək nəzərdə tutulur. Alexander Reben qeyd edib ki, onun məqsədi insana zərər verən robotu yaratmaq deyil idi. Robot insana zərər verə də bilər verməyə də bilər. Yəni bu halda robot nəticənin necə olacağını özü qərarlaşdırır. Hətda onun yaradıcısı belə bilmir ki, nəticə necə olacaq. Alexander Reben-in fikrincə süni zəka bir gün yazıçı İsaac Azimov-un yaratdığı robotexnikanın birinci qanununu (Robot insana zərər yetirə bilməz və ya öz fəaliyyətsizliyi ucbatından insana zərərin veriləcəyinə imkan yarada bilməz) poza bilər. Mühəndis qeyd edib ki, bu cür robotun yaradılmasında əsas məqsəd süni zəka tərəfindən ola biləcək təhlükəyə insanların diqqətlərini cəlb etməkdir. Onun sözlərinə görə süni zəkanı dayandırma üsulları onun yaranmasından daha əvvəl düşünülməlidir.

Kiber aləmin nəhənglərindən biri olan Microsoft tərəfindən İnternet Explorer’in üzərinə hazırlanan yeni nəsil internet brauzeri Edge, şirkətin reklamlar ilə gündəmə gəlib. Bu dəfə brauzeri illərin qocalda bilmədiyi Mozilla Firefox, dünyanın ən çox istifadə olunan brauzerləri Google Chrome və Opera qarşısına çıxardan Microsoft, yeni reklam videosunda Edge’nin təqdim etdiyi batareya performansına diqqət çəkir. Eyni şərtlərdə və eyni Surface Books üzərində edilən testlərdə ən çox enerji sərf edən Google Chrome, ən az enerji sərf edən isə Edge oldu. Edge kompyuteri 7 saat 22 dəqiqə açıq tuta bilir. Bu nöqtədə kompyuteri Chrome’dan 70% daha çox açıq tuta bilən Microsoft Edge, ən yaxın rəqibi Opera’ya isə 17% fərq atır. Bununla belə Google Chrome’un internet brauzerləri arasındakı liderliyini itirməsi real görünmür.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register