Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən məşhur mesajlaşma xidməti “WhatsApp” çoxdandır gözlənilən yeniliyi istifadəyə verəcək. Artıq istifadəçilər qrup yazışmaları zamanı bir-birlərini işarələyə biləcəklər. Bunun üçün müraciət etmək istədiyiniz istifadəçinin adının əvvəlində @ işarəsi qoymaq kifayətdir. Həmin istifadəçiyə sizdən xüsusi bildiriş gedəcək. Qeyd edək ki, bu ayın əvvəlində “Whatsapp”a daha bir yenilik əlavə olunub. Proqramın istifadəçiləri bir-birlərinə GIF fayllar da göndərə bilir. Adı çəkilən yenilik hazırda İOS platformalı telefonlarda “WhatsApp”ın 2.16.7.1 versiyasında “beta” rejimdə təqdim edilib.

whatsapp

Hollandiyalı arxitektor Yanyaap Reyzenaars unikal 3D-printerin köməyi ilə ev yaratmaq niyyətindədir. “Landscape House” adlanan bina “başlanğıcsız və sonsuz” və Mebius lenti formasında olacaq. Layihənin tərtibatçısı sahəsi 1 100 kvadrat metr olan yaşayış evi çap etməyi planlaşdırır. Güclü “D-Shape” printeri konstruksiyanı qat-qat çap edəcək. Hər qat 5-10 mm qalınlığa malik olacaq. Avadanlıq sahəsi 6X6 metrə malik “detallar”ı da çap edə bilər. Bu cihaz adi printer kimi çalışır, ancaq mürəkkəb və kağız əvəzinə? printer qum və mayedən istifadə edir. Aparatın təxmini uzunluğu 2 metrdir və Amsterdamın saxlanclarından birində qurulub. Hazırda tərtibatçılar onun final sınaqlarını keçirir. Arxitektor ümid edir ki, gələcəkdə yeni bina sərgilər üçün sahə kimi istifadə olunacaq.

Ağıllı saatlar sürətlə yayılmağa davam etsə də, istifadəçilər dizayn baxımından bu saatları bir-birindən ayırmaqda çətinlik çəkirdilər. Runcible adlı ağıllı cib saatı isə fərqli dizaynı və özəl xüsusiyyəstləri ilə, rəqiblərindən fərqlənməyi bacarıb. Xüsusəndə taxtadan hazırlanması ilə. Mütəxəssislər Runcible-nin uzun müddət istifadə edilə biləcəyini söyləyiblər. Bu saat asanlıqla təmir edilə bilir. Snapdragon 410, dörd nüvəli prosessordan güc alan saat 1 GB RAM və 8 GB yaddaş kartından ibarətdir. 2.5 düymlük yumru ekranın arxa hissəsində isə taxta gövdə və bu gövdənin üzərində 7 megapiksel həllolma dəqiqliyində kamera yerləşir. Sentyabr ayında satışa çıxarılacaq cihazın qiyməti isə 399 dollardı.

taxta saat

İsveçrəli tələbələr dünyada ən sürətli elektromobil yaradıblar. “Grimsel” adlandırılan yeni tərtibat 100 kilometr sürəti 1,513 saniyəyə yığır ki, bu da əvvəlki rekorddan 0,2 saniyə daha tezdir. Müqayisə üçün deyək ki, 1480 at gücünə malik “Bugatti Chiron” 100 kilometr sürəti 2,5 saniyəyə yığır. Tərtibatçılar belə bir nəticəyə olduqca güclü mühərrik və avtomobilin korpusunun maksimal dərəcədə asanlaşdırılmasının birləşdirilməsi sayəsində nail olublar. Onun ümumi çəkisi 167 kiloqramdır. Bundan öncə isə deyilirdi ki, Hollandiyada turşu ilə işləyən avtomobil yaradılıb. Avtomobilin iş prinsipi onunla bağlıdır ki, qarışqa turşusunda hidrogen mövcuddur. Hidrogen artıq özünü alternativ ekoloji yanacaq kimi göstərə bilib. Qarışqa turşusu özünün maye təbiəti sayəsində olduqca asan və tez istehsal olunur. Bu turşudan hidrogen isə katalitik reaksiyalar sayəsində əldə edilir.

elekromobil

Kiber cinayətkarlar Ukrayna banklarından olduqca böyük məbləğ – 10 milyon dollar pul çəkiblər. Bunun səbəbkarı isə “Carbanak/Akunak” və “Buhtrap” haker qruplaşmalarından olan kompüter quldurlarıdır. Beynəlxalq İnternet Texnologiyaları Mütəxəssisləri Təşkilatının (İSACA) Kiyev bölməsinin məlumatına görə, hakerlər maliyyə qurumlarına SWIFT sistemi üzərindən hücum ediblər. Onlar müxtəlif banklara daxil olmaq üçün alətlər dəstini yaradıblar. Bu günlərdə İSACA adı açıqlanmayan Ukrayna banklarının birindən 10 milyon dolların oğurlanması ilə bağlı məlumatları araşdırmaya başlayıb. Hakerlər bir neçə ay daxili prosesləri müşahidə edib və sonradan beynəlxalq banklararası sistem və elektron ödənişlər sistemi ilə ödənişlər həyata keçiriblər. Kiber oğrular həmçinin bankomatlara və kart prossenq xidmətlərinə də hücum edirlər.

xaker

“EverythingApplePro” bloqgeri “Apple” və “Samsung” istehsalı olan smartfonların gülləyə dözümlülüyünü yoxlamaq üçün sınaq keçirib. Testdə “FN FAL” avtomatından, “AR-15” yarımavtomatından və “AK-47” avtomat silahından istifadə olunub. Videoda görünür ki, bloqger hər iki istehsalçının son model smartfonlarını – “iPhone 6s” və “Samsung Galaxy S7″ni sınaqdan keçirir. Bəlli olub ki, “Apple”ın smartfonu daha möhkəm korpusa malikdir. “iPhone”ların korpusu metaldan hazırlanır. “Samsung” isə şüşə qapaqlardan istifadə edir.

ABŞ sakini Kayla Dikson “PlayStation 4” oyun cihazına görə adam öldürərək 40 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə materiallarına əsasən 2014-cü ildə Daniel Zeynts adlı birisi “Craiglist” saytında oyun cihazının satışı ilə bağlı elan yerləşdirib. Dikson və onun gənc sevgilisi elanı diqqətdə saxlayıb, ancaq onların məqsədi oyun cihazını satan kişini qarət etmək olub. Bundan sonra cütlük Zeyntsə hücum edib. O, müqavimət göstərməyə başlayıb və bu saman qız ona atəş açıb.  Polisin məlumatına görə, qız etdiyi əməli etiraf edib və bildirib ki, öldürdüyü insanın və onun ailəsinin qarşısında üzr istəmək istəyərdi.

el_sekli_20

Ən populyar messencerlərdən biri olan “WhatsApp”ın tərtibatçıları bildirib ki, hər gün bu xidmətdən 100 milyondan çox zəng həyata keçirilir. Bu da saniyədə 1 100 zəng deməkdir. “Bu, bizim üçün qürurvericidir ki, bu funksiya bu qədər insan üçün faydalı olub. Yaxın aylar ərzində onun işinin keyfiyyətinin artırılmasına da nail olacağıq”, – deyə şirkətin yaydığı məlumatda deyilir. Nəşr qeyd edir ki, “WhatsApp”da zənglərin həyata keçirilməsi imkanları yaranandan bir il sonra messencer zənglərin həcminə görə “Skype”ı qabaqlayıb. Belə ki, hazırda “WhatsApp” messencerinin aktiv istifadəçilərinin sayı 1 milyard nəfəri, “Skype” istifadəçilərin sayı isə 300 milyon nəfər təşkil edir. “Similar Web” tədqiqat şirkətinin analitikləri tərəfindən aparılan araşdırmanın son nəticələri göstərir ki, “WhatsApp” messenceri “Android” əməliyyat sisteminin istifadəçiləri arasında ən populyar messencerdir.

whatsapp

Müəllif: Amil Məmmədov ( Şahzadə)

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register