Borçalı İctimai Cəmiyyətinə yeni sədr təyin olundu

borcali

2016-cı ilin 25 iyun tarixində Bakıda, Beynəlxalq Mətbuat Mərkəzində,  Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərən Borçalı İctimai Cəmiyyətinin növbədənkənar konfransı keçirilib. Borçalı ictimai Cəmiyyətinin təsisçiləri Eyvaz Borçalı, Hidayət Nuriyev və Şərif Kərimli tərəfindən çağrılan növbədənkənar konfransda 231 nümayəndə, həmçinin Gürcüstan və Türkiyədən qonaqlar iştirak ediblər. Bu barədə mətbuata Borçalı Cəmiyyətinin təsisçisi Şərif  Kərimli məlumat verib. Konfransda alternativ əsasla, açıq səsvermə zamanı tanınmış tarixçi-antropoloq alim Kərəm Məmmədov Borçalı İctimai Cəmiyyətinin yeni sədri seçilib.

Borçalı İctimai Cəmiyyətinin yeni seçilmiş sədri Kərəm Məmmədov gələcək planları haqqında danışdı. O, Qeyd etdi ki, azərbaycan yazıçılarının əsərləri gürcü dilinə, gürcü yazıçılarının əsərləri isə azərbaycan dilinə tərcümə olunması və iki dövlətin xalqlarına xidmət göstərilməsi üçün işlər görüləcək.

Sonda onuda qeyd edəki, Kərəm Məmmədov 22 fevral 1965-ci ildə Dmanisi rayonu Gəyliyən kəndində  anadan olub. 1982-ci ildə Bakı Dövlət universitetinə  qəbul olub. 1983-1985-ci ildə hərbi xidmətdə olub. 1991-ci ildən BDU-da işləyir. 3-ü Tiflisdə 3-ü Bakıda olmaqla 6 kitabın müəllifidir. Azərbaycanda və Gürcüstanda mindən artıq məqalələri nəşr olunub.

Müəlliflər: Amil Məmmədov

Anar Turan

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register