Texno xəbər

Texno Xeber

   Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Kolumbiyada Migel Kabalerro adlı dizayner terror hücumlarına diqqət çəkmək üçün maraqlı addım atıb. O, yeni paltarları güllə keçirməz parçalardan hazırlayıb. Paytaxt Boqotada təşkil olunan sərgiyə maraq olduqca böyük olub. Məşhur dizayner güllə keçirməz paltarların hazırlanmasında müasir çalarlardan istifadə edib. Dünya miqyasında yüzlərlə nüfuzlu şəxs üçün patlarlar tikən Kabalerra, yeni modalarda Amerika Birləşmiş Ştatları, Afrika və Rusiya kimi fərqli coğrafiyaların mədəniyyətini əks etdirməyə çalışıb. Gülləkeçirməz paltarlar şalvar, gödəkçə və digər geyimlərdən ibarətdir. Dizayner hesab edir ki, yeni paltarların satışının qısa müddət ərzində dünya miqyasında genişlənməsi qaçılmazdır. Çünki, yeni modalar gündəlik geyimlərdən fərqlənmir. Bu da onların bütün insanlar tərəfindən istifadəsinə imkan verir.

Çinli mühəndislər yeni layihələri ilə yenə hər kəsi heyrətləndirə bilib. Bu 430 metr uzunluğu olan şüşə körpü 300 metr hündürlükdə – qayaların üzərində inşa edilib. Onun üzərində gəzib həyəcanlanmamaq mümkün deyil. Məsələ burasındadır ki, körpü şəffaf olduğundan, aşağı baxanlar adrenalin dolu anlar yaşayır. Lakin şüşə körpü o qədər keyfiyyətli inşa edilib ki, onu tikənlər sınaq üçün gələn gənclərə şüşələri sındırmağı da təklif ediblər. Düzdür, dəmir külüng və çəkiclərlə zərbələr endirən gənclər şüşədə çatlar əmələ gətirə bilib. Belə vəziyyət onların özlərini də heyrətləndirib. Amma sən demə, şüşədə çatların əmələ gəlməsi mühəndislərin sürprizləridir. Əslində, şüşələr o qədər möhkəmdir ki, sındırmaq mümkün deyil. Ardınca isə həmin şüşələrin üstündən avtombillər hərəkət edib. Yenə də heç bir təhlükəli hadisə baş verməyib. Onu da qeyd edək ki, Çin rəsmiləri  belə bir körpünü ərsəyə gətirmək üçün 39 milyon avro xərcləməli olublar.

“Apple” şirkəti sentyabrda “iPhone”nun 3 yeni modelini təqdim edəcək. Sentyabrda “iPhone 7”, “iPhone 7Plus” ilə yanaşı yeni “iPhone 7Pro” modeli də təqdim olunacaq. Çin mətbuatında yayılan xəbərlərə görə, “iPhone 7Pro”nun digər modellərdən əsas fərqi kamerasında olacaq və ona “Smart Connector” vasitəsi ilə klaviatura qoşula biləcək. Qeyd edək ki, şirkət bu il telefonların dizaynında heç bir dəyişiklik etmədiyinə görə yeni modellər “iPhone 6s”lə eyni görünüşdə olacaq.

apllepro

“Apple” hər il yenilədiyi əməliyyat sistemlərini təqdim edir. Daha sonra isə onları yeniləmək üçün telefonlarımıza göndərir. Bu il yayımlanacaq olan “iOS 10”-da “ən çox yeniliklər” əlavə olunduğu bildirilib. “Ekranı sağa çəkərək” telefonu açmaq dövrü bitdi. Barmaq izi ilə açılma yayıldıqdan sonra artıq mənasız idi. “Apple” “iPhone” istifadəçilərinin musiqi fayllarını idarə etməsinə artıq icazə verir. Bağlı ekran ən çox qarşılaşdığımız bir şeydir “iPhone”-da. Məhz buna görə də artıq daha da əlavəli bildirişlər alacağınız ekran olacaq. Bəzi önəmli əlavələrdən biri də, şəkillər bölməsinə aiddir. Bundan belə, artıq insanları, məkanları və tədbirləri axtarışa verə biləcəksiniz. “Apple Music”, əvvəlki mənasız dizaynından, daha aydın və minimalist dizayna keçdi. “Siri” səsli mesajlarınızı yazıya çevirə biləcək. Beləliklə səsi yazıb mətn kimi mesajı göndərə biləcəksiniz. Bir çox insan üçün “Apple”-ın yuxu və oyanış saatlarını yerləşdirilməsi mümkün olacaq. Gecə işığının artıq 3 forması mövcud olacaq: Zəif, Orta və Yüksək. Bütün bunları isə “iPhone 7” bazara çıxdığı gündən etibarən isifadə edə biləcəksiniz. Və ya sizin “Apple Developer” istifadəçininz olmalıdır ki, istifadə edə biləsiniz.

aplle

YouTube-un mobil tətbiqetməsinə CANLI yayım etmə funksiyası gələcək. Smartfonlarda artıq canlı yayım etmək dövrümüzdə dəb halını alıb. Periscope-un bu sahədə nə qədər irəli getdiyini görən Facebook və Google kimi şirkətlər də bu sahəyə özlərini çəkməyə başlayıblar. İlk olaraq hərəkətə keçən Facebook-dan sonra Google da bu mövzuda geridə qalmayıb. YouTube-un rəsmi bloqundan edilən açıqlamaya görə YouTube, Android və iOS platformaları üçün tətbiqetməsinə canlı yayın dəstəyi gətirəcək. Quruluşuna görə YouTube-un bu yeniliyi Periscope-dan o qədərdə fərqlənmir. YouTube-un bu funksiyasında canlı yayıma keçmək üçün sadəcə olaraq video qeyd düyməsinə basmağınız kifayət edəcək. Videoda olan rəylər isə canlı yayımda balon formasında olacaq. Bu funksiya istfadəçilər üçün kiçik bir yeniləmə ilə aktiv vəziyyətə gətiriləcək.

youtube

HTC, iki yeni smartfon istehsal edəcək. Əvvəllər Google üçün Nexus 9 planşetini istehsal edən HTC, indi də yeni Nexus smartfonlarını istehsal etməyi planlaşdırır. Şaiyələrə görə S1 Sailfish və M1 Marlin modelləri, HTC 10 modelinin fundamentinə əsasən istehsal olunacaq. S1 Sailfish modelinin dizaynı sanki HTC 10-un makiyaj olunmuş versiyasına bənzəyəcək. Buda onu göstərir ki, smartfonun dizaynında o qədər dəyişiklik olmayacaq. Smartfonda sadəcə olaraq rəng seçimləri artırılacaq. Əsas dəyişikliyin M1 Marlin-də olacağı gözlənilir. Deyilənlərə görə bu telefon Qualcomm-un yeni Snapdragon 821 prossesoru ilə işləyəcək. Snapdragon 820-yə görə bu prossesor güclü performansa və uzun müddət enerji saxlama gücünə sahib olacaq.

htc

Google Android proqramlaşdırma kurslarına start veribGoogle şirkəti ən böyük online təlim saytlarından biri olan Udacity-ə Android sistem təminatı üzrə proqramlaşdırma kurslarını əlavə edib. Həmin kurslar əsasən mobil tətbiqlər yaratmaq istəyən lakin bu sahə üzrə başlanğıc biliklərə sahib olmayan yeni proqramçılar üçün nəzərdə tutulub. “Android Basics” (Androidin Əsasları) adlı kurs 165 saat müddəti üçün nəzərdə tutulub. Kurs çərçivəsində yeni proramçılar Java proqramlaşdırma dilinin asan səviyyədən çətin səviyyəsinə kimi yiyələnəcəklər. Bundan əlavə olaraq iştirakçılar həmçinin Google-ın bu sahə üzrə ekspertləri ilə də məsləhətləşə biləcəklər. Online təlim hər bir iştirakçıya ayda $199 qiymətinə başa gələcək. Lakin kursun birinci həftəsini tamamilə pulsuz keçmək olar. Kursun müəlliflərinin sözlərinə əsasən təlimin sonunda iştirakçılar böyük Android tətbiq portfoliosuna sahib olacaqlar. Android Basics kursunu bitirən ilk 50 iştirakçını isə Google təqaüd ilə təmin edəcək. Qeyd edək ki, Google Udacity online universiteti ilə artıq çoxdan əməkdaşlıq edir. Bir neçə il bundan öncə şirkət Udacity-də Android üzrə proqramlaşdırmanın tarixi və əsasları haqqında pulsuz kurs yerləşdirmişdi.

xaker

Dropbox cloud servisi yeni funksiyalara sahib olub. Yeni funksiyalardan əsası skan olunmuş sənədlər ilə işləməkdir. Bu prosesi Dropbox-un mobil tətbiqindən birbaşa etmək mümkündür. Bundan əlavə olaraq biznes istifadəçilər skan olunmuş sənədlər üzrə axtarış sistemindən də istifadə edə biləcəklər. Artıq istifadəçilər Microsoft Office sənədlərini bilavasitə Dropbox qovluğunda yarada biləcəklər. Bu funksiya “əlavə etmək” düyməsi sayəsində reallaşır. Həmçinin Dropbox-un mobil tətbiqindəki şəxsi qovluqda kompüterdən yüklənmiş fotoları redaktə etmək, fayllar və qovluqları digər istifadəçilər ilə paylaşmaq və rəy bildirmək mümkündür. Məsələn bütün bu funksiyalardan ortaq mətnli fayl üzərində çalışan zaman istifadə etmək olar.

Unicode 9 emojilərinə yeniləri əlavə olundu. Aralarında Selfie emojisinin də olduğu yeni emojilər yaxında bütün platformalara təqdim olunacaq.Ümumi olaraq 77 yeni emoji Unicode 9 formatına əlavə olunacaq. Yeni emojilər Android, iOS və Windows Mobile platformalarına təqdim olunacaq.

emoji

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register