Gürcüstan vətəndaşlarına passport almaq üçün bir ay ərzində güzəşt olacaq

Gürcüstan vətəndaşları üçün 21 sentyabr tarixindən 21 oktyabr tarixinə qədər xarici passport 100 lari əvəzinə 70 lariyə başa gələcək. Aksiya Ədliyyə Nazirinin təşəbbüsü ilə həyata keçirilir.
Aksiyadan 18 yaşı tamam olmuş hər bir Gürcüstan vətəndaşı yararlana bilər. Yalnız biometrik passport almaq üçün xüsusi güzəştlərdən istifadə edən vətəndaşlar üçün aksiya qüvvədə olmayacaq.
marneulifm1106 Posts
0 Comments