İstanbulun Atatürk hava limanı terrorçuların hücumundan sonra fəaliyyətini bərpa edib
![hava1](https://old.marneulifm.ge/wp-content/uploads/hava1.jpg)
Terrorçu-kamikadzelərin hücumuna məruz qalmış İstanbulun Atatürk hava limanı fəaliyyətini bərpa edib. bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. “Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub”, – deyə baş nazir bildirib.
Qeyd edək ki, bundan əvvəl Atatürk aeroportunun fəaliyyətinin yerli vaxtla səhər 08.00-dək dayandırılması barədə məlumat yayılmışdı.
Son məlumata görə, üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 37 nəfər ölüb, 146 nəfər yaralanıb.
Terror aktının İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.
Bu barədə Ortadoğu qəzetinin müxbiri Nuray Yaşın Radiyomuza məlumat Verdi.
Müəllif Anar TURAN
Etibar Dashdamirov263 Posts
0 Comments