Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Dünyanın ən məşhur sosial şəbəkələrindən biri sayılan “Twitter” istifadəçilərinin istəyini nəzərə alaraq yenilik etməyə hazırlaşır. Yeniliyə əsasən, artıq “Twitter”ə yüklədiyiniz şəkillərə “sticker”lər əlavə etmək mümkün olacaq. Onların ölçüsü isə istəyinizdən asılı olaraq dəyişilə biləcək. Qeyd edək ki, yenilik qısa zamanda “İOS” və “Android” platformalı smartfonlar üçün təqdim ediləcək.

https://new.vk.com/video210129428_456239192

https://new.vk.com/video210129428_456239193

 

ABŞ-ın “Gizmodo” nəşri yazır ki, “Telegram” messenceri istifadəçiləri lazımi təhlükəsizlik səviyyəsi ilə təmin etmir. İnformasiya təhlükəsizliyi üzrə mütəxəssislərin fikirlərinə istinad edən nəşr dərhal bu messencerdən istifadəni dayandırmağı tövsiyə edir. Əsas problemlərdən biri odur ki, “Telegram” messencerində çatlar başlanğıc ayar kimi şifrlənmir. “Telegram” messencerinin yaradıcıları isə bunun əksini iddia edirlər. Messencerin saytında yazılıb ki, adı çəkilən messencer “WhatsApp” qədər təhlükəsizdir. Amma ekspertlərin fikrinə əsasən, “WhatsApp” təhlükəsiz şifrləmə protokolundan istifadə edir, hər bir mesaj və hər bir telefon zəngini şifrləyir.

telegram

ABŞ-ın “İntermauntin” Tibb Mərkəzinin əməkdaşları “3D” printerdə çap edilmiş canlı orqan modelinin köməyi ilə böyrək şişinin kəsilməsi üzrə uğurlu əməliyyat keçirib. Solt-Leyk-Sitidə yerləşən “İntermauntin” Tibb Mərkəzində Linda Qrin adlı pasiyent üzərində əməliyyat keçirilib. Xəstənin vəziyyəti ağır olub. Bərkişmə böyrək arteriyası və venasına çox yaxın yerləşdiyindən cərrahi müdaxilə böyük risk demək idi. Həkimlər kompüter tomoqrafiyası metodunun köməyi ilə  sıradan çıxmış böyrəyin “3D” vizuallaşdırmasını yaradaraq onu iki ayrıca seqment kimi çap ediblər. Prototip şişin yerləşməsi və onun toxumalara birləşməsi üsuluna aydınlıq gətirib: şiş böyrək ləyənin yuxarı hissəsinə yayılmışdı. “3D model olmadan kompüter tomoqrafiyasının köməyi ilə əməliyyatdan öncə bərkişməni detallaşdırmaq mümkün olmazdı. “3D” çap texnologiyası daha dolğun cərrahi plan hazırlamağa, pasiyentə prosedurun çətinliyini və şişin kəsilib götürülməsi mərhələlərini nümayiş etdirməyə kömək edib” –  həkim Cey Bişoff deyib. Bişoffun sözlərinə görə, hələ ki daxili orqanların “3D” çapı təşəkkül mərhələsindədir, amma keçirilmiş əməliyyat pasiyentlərə yüksəktexnologiyalı qulluq göstərilməsi üzrə irəliyə doğru atılmış addımdır.

printer

Google Play Store-da yeni yayılan bəla istifadəçilərin telefonların özlərinin belə xəbəri olmadan “root” edir. Texnologiyanın inkişafı və telefonların “ağıllanması” həyatımızı asanlaşdırsada, təhlükəsizlik baxımından da problemləri bərabərində gətirir. “Trend Micro” daxilində çalışan mütəxəssislər son vaxtlar “Google Play Store” və digər 3-cü tərəf tətbiq mağazalarında çox təhlükəli virusu ortaya çıxarıblar. Məlumata görə virusu təhlükəli edən əsas amil virusun bir tətbiqetməyə deyil, 100-lərlə tətbiqetməyə və əsası orijinal tətbiqlərə yoluxmasıdır. Virusun ən təhlükəli tərəfi isə indiyə qədər istehsal edilmiş bütün Android versiyalı telefonları root etməsidir. İşləmə prinsipi sadə olan bu virus, sizin yüklədiyiniz tətbiqlə birgə telefonunuza yüklənir və sizin xəbəriniz belə olmadan telefonu “root” edir. Telefonun root olmasından sonra hackerlərin daimi nəzarətinə keçirsiniz. Hacker-lər şəxsi informasiyadan əlavə hətta sizin telefonunuzun kamerasından sizi izləyəcək qədər əməliyyatları həyata keçirə bilirlər. Hindistan və İndonizyadan sürətlə yayılmağa başlayan virus son olaraq Amerikada ortaya çıxıb. Sözügdən virus hələ ki, Azərbaycana gəlib çatmayıb. Hərəkətə keçən Google, zərəzli tətbiqləri aradan qaldırsada diqqətli olmaqda fayda var. Virusun belə tez və rahat yayılmasının səbəbi isə Google Play-də olan bir açıq idi.

google-play-store

Microsoft şirkəti keçən gün yeni nəsil internet brauzeri olan Edge’nin batareya performansını göstərmək üçün maraqlı və bir o qədər qəribə reklam yayımlamışdı. Bu reklamda dünyanın ən çox istifadə edilən brauzeri Google Chrome ilə son dönəmlərdə özündə daxili reklam əngəlləmə və battery saver rejimi ilə önə çıxan Opera qarşısına çıxarılan Edge, performans qalibi elan edilmişdi. Bu videoya Opera’dan cavab gecikmədi və daha doğru edildiyi iddia edilən testlərin nəticəsində Opera Edge’yi keçə bildi. Windows 10 əməliyyat sistemi üzərindən edilən testlərdə Opera, reklam əngəlləmə və power save rejimi ilə Edge’yi 22%, Chrome’u isə 35% həcmində keçərək sistemi daha çox açıq tuta bildi. Microsoft’un yayımladığı videonu böyük reklam işi olaraq görən və real nəticələrin isə başqa cür olduğunu qeyd edən Opera, son dönəmlərdə həm mobil, həm stolüstü istifadə sayını artırır və hər cəhətdən sistemi ağırlaşdıran Chrome’dan daha yaxşı seçim kimi qarşımıza çıxır.

NATO’nun qəbul etdiyi son qərara görə, artıq quru, hava və dənizdən sonra kiber dünya da müəyyən olunmuş rəsmi müharibə əraziləri sırasına alındı. Bundan sonra kiber hücumlara qarşı görüləcək tədbirlər daha fərqli və professional olacaq. Gün keçdikcə inkişaf edən texnologiya ilə yanaşı düşmən ölkələr də artıq silah əvəzinə, kiber hücumlara üstünlük verir və böyük zərərlər verməyə nail olur. Son zamanlarda artan kiber hücumlar isə artıq bu sahədə müəyyən tədbirlər görülməsini ehtiva edirdi. Buna görə də bu məsələdə bir çıxış yolu axtaran NATO belə önəmli qərara imza atdı.  Alınan qərara görə artıq kiber aləm də rəsmi müharibə zonası elan olundu. Bundan sonra hücum edən təşkilat və ya ölkələrə qarşı NATO tərəfindən qarşılıq veriləcək. Əgər NATO ölkələrindən birinə qarşı kiber hücum olarsa, digər NATO ölkələri zərərçəkmiş ölkənin yanında olacaq və birlikdə hərəkət edəcəklər. Son zamanlarda Çin, Rusiya, İran’dan hackerlar, xüsusilə, tez tez ABŞ’ı hədəf alırdılar. Artıq bundan sonra kiber aləm rəsmi zona elan edildiyi üçün bu cür hücumlara qarşı çox ciddi tədbirlər görüləcək.

nato

Facebook’un sahibi olduğu dünyanın ən çox istifadə olunan anlıq mesajlaşma platforması olan WhatsApp, bildiyimiz kimi uzun müddətdir, özündə zəng funksiyasını aktivləşdirib. Beləliklə də insanlar dünya üzərindən istədikləri bütün dost-tanışları ilə WhatsApp üzərindən zəng edərək danışa bilir. Son açıqlanan statistikalara görə bu xüsusiyyət olduqca çox istifadə olunur. Belə ki, hər gün 100 milyon zəng edildiyini vurğulayan şirkət, saniyədə 1100 zəngin olduğunu qeyd edir. SMS’i tarixə qovuşduran WhatsApp’ın görüldüyü kimi zəng bölməsində də populyarlığı ciddi həcmdə artıb. Yaxın zamanlarda mobil operatorlar sadəcə internet paketləri təklif edəcəyi iddia olunur. Geri qalan bütün işlər üçün WhatsApp və bənzəri proqramlar kafi olacaq. Təbii ki, bu sadəcə fərziyyədir və gələcəkdə mobil operatorların nə planladığını heç kim bilmir. Son olaraq onu da qeyd edək ki, Facebook video zəng funksiyası üzərində də ciddi şəkildə işləyir.

whatsapp

Çinin Weibo adlı sosial şəbəkəsində Samsung Galaxy Note 7-nin rəsmi texniki göstəriciləri sızdırılıb. Sözügedən göstəricilərin doğruluğu təsdiq olunub. Samsung Galaxy Note 7 fableti 2K görüntülü 5.7 inç Super AMOLED ekranla təchiz olunacaq. Yeni fabletin iki versiyası istehsal olunacaq. Onlardan biri 2.3 GHz tezlikli Snapdragon 821 prosessoru, digəri isə 2.6-2.7 GHz tezlikli Exynos 8 Octa 8893 prosessoru ilə təmin olunacaq. Bundan əlavə olaraq o 6 GB-lıq RAM-a və 64 GB-lıq daxili yaddaşa sahib olacaq. Həmçinin fabletin 128 və 256 GB-lıq (üstəgəl microSD dəstəkli) versiyaları da satışa çıxacaq. Samsung Galaxy Note 7-nin arxa kamerası 12 MP, ön kamerası isə 5 MP olacaq. Enerji tutumuna gəldikdə isə fablet 4000 mAh-lıq batareya ilə təchiz ediləcək. Cihaz Android 6.0 əməliyyat sistemi üzərində çalışacaq. Galaxy Note 7 də daha öncəki smartfonlardakı kimi sukeçirməz korpusla yanaşı USB Type-C portuna, yenilənmiş S-Pen-ə və Samsung Pay dəstəklənməsinə sahib olacaq.

galaxy

Verilən məlumata əsasən Google bu ilin sonuna kimi Android əməliyyat sistemi ilə çalışan öz flaqman smartfonunu satışa çıxardacaq. Məlumatda qeyd olunub ki, şirkətin öz ilk smartfonunu satışa çıxartmasında əsas səbəb Apple ilə bazardakı rəqabətdə şirkətin mövqelərini gücləndirmə istəyidir. Hal-hazırda qıraq istehsalçılar Google ilə sıx əməkdaşlıq edərək Nexus smartfonlarını istehsal edirlər. Görünür Google daha da irəli gedərək mobil cihazların istehsalı və onlar üçün yaradılan sistem əməliyyatları bazarında nəzarəti tam olaraq öz əlinə almaq istəyir. Şirkət öz smartfonlarının satışa çıxarılması üzrə artıq bir çox mobil operatorlar ilə danışıqlara başlayıb. Bununla yanaşı Google Nexus-u istehsal edən qıraq istehsalçılar ilə əlaqəni kəsməyi planlaşdırmır. Yeni smartfonun qiyməti və texniki göstəriciləri haqqında hələki heç bir məlumat yoxdur. Lakin əgər söhbət iPhone ilə rəqabətdən gedirsə onda çox güman ki, yeni smartfon flaqman modeli olacaq.

Google

 

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register