Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Whatsappın ən böyük rəqiblərindən olan WeChatın aktiv istifadəçi sayı bu gün 600 milyona çatıb. Aylıq istifadəçi sayı 800 milyon olan WhatsAppın ən böyük rəqibi WeChat qısa müddət ərzində WhatsAppı taxtından endirə bilər. WeChat iki ilə aktiv istifadəçi sayını üç dəfə artırmağı bacarıb. Daha çox Çin və Uzaq Şərq ölkələrində istifadə edilən tətbiq ABŞ və Avropa sərhədlərində o qədər də məşhur deyil. WeChatın Avropaya da çıxışı olsa, onda doğrudan da Whatsapp boxçasını yığışdırmalı olacaq.

wechat

Yaponiyanın “Sony” şirkəti emosiyalı robot tərtib edir. Tərtibatçılar insanlarla emosional əlaqəni yaratmağı bacaran qeyri-adi robotun yaradılması ilə bağlı planlarını açıqlayıblar. “Sony” şirkətinin baş direktoru Kadzuo Xirai korporativ strategiya üzrə iclas zamanı bildirib ki, aprel ayında şirkət tərəfindən robotların tərtibatı üzrə xüsusi təşkilat yaradılıb. Hazırda şirkət rəhbərliyi öz biznesinin yaradılması üzərində işləyir. “Sony” şirkəti cihaz təminatı və xidmətlərinə inteqrasiya ediləcək yeni biznes modelləri təklif etməyə nail olacaq. Bununla da şirkət emosional inandırıcı təcrübəni təmin etməyə nail olacaq”, – deyə şirkətin məlumatında deyilir. Yeni robot haqqında hələlik heç bir ətraflı məlumat yoxdur. Yalnız o məlumdur ki, robot özünün müştəriləri ilə emosional əlaqə quracaq.

sony

Bütün dünyada tanınmış “Facebook” sosial şəbəkəsi “Like” düyməsinin dizaynında dəyişiklik edib. “F” hərfli mavi loqotip bundan sonra barmağı yuxarı qaldırılmış əl işarəsi isə əvəzlənərək dəyişdiriləcək. Bu addımın atılmasına “Facebook” komandasını bu günlərdə keçirdiyi araşdırma sövq edib. Araşdırma zamanı məlum olub ki, insanlar önlərində “layk” düyməsinin cəlbedici qrafik nümunəsini gördükdə, bu düymənin təyinatını daha yaxşı anlaya bilirlər. Sosial şəbəkənin nümayəndələri hesab edirlər ki, artıq bundan sonra “layk”ların sayı daha da artmalıdır. Xatırladaq ki, “Facebook” sosial şəbəkəsi 2004-cü ildə Mark Zukerberq tərəfindən yaradılıb. Rəqəmlər göstərir ki, istifadəçilər gündəlik olaraq “layk” düyməsinə 3 milyard dəfə sıxırlar.

fb

İsveçdə azarkeşlər komandası, özündə “Memoto” mini-kamerasını birləşdirən və “Layfloqqinq” adlandırılan yeni xidmət və onlayn-əlavə hazırlayıb. Bu, insanın bütün hərəkətlərinin fotoçəkilişini apara biləcək. Kamera hər 30 saniyədən bir şəkillər çəkir və akselerometrin və koordinatın GPS-qəbuledicisinin köməyi ilə onları yaddaşda saxlayır. Ona görə də günlər, aylar və ya illər keçdikdən sonra siz istənilən hərəkətinizi hər dəqiqə eynilə bərpa edə bilərsiniz. Hazırda “Kickstarter” sosial təşəbbüslərin maliyyələşdirilməsi saytı vasitəsilə qurğunun istehsalının təşkilinə vəsait yığımı aparılır. Layihənin təşəbbüskarları lazım olan 150 min dolların 66 min dollarını artıq toplayıblar. Onlar “Memoto”nu 280 dollara satmaq niyyətindədir.

kamer

İyunun 30-da Hindistanın “Ringing Bells” şirkəti tərəfindən istehsal olunmuş dünyanın ən ucuz smartfonu – “Freedom251” satışa çıxarılacaq. Cihaz 251 rupi və ya 4 dollara satılacaq. Smartfon məhdud tirajla çıxacaq. Çox aşağı qiymətinə baxmayaraq, “Freedom 251″in xüsusiyyətləri büdcəli smartfonlara tam uyğun gəlir. Smartfonun ekranı: 4, düym Prosessor: 4nüvəli, 1,3 GHz, operativ yaddaş: 1 GB, daxili yaddaş: 8 GB, ikili Simkart 3G dəstəkləmə, iki kamera: 8 Mp və 3,2 Mp, akkumulyatorun həcmi: 1800 mAh, əməliyyat sistemi: Android 5.1 Lollipopdur. Qeyd olunur ki, “Freedom 251” Hindistan hökümətinin dəstəyi ilə hazırlanıb. “Ringing Bells”in rəhbəri Moxita Qoelin sözlərinə görə, şirkət zərərə işləyir – cihazın maya dəyəri satış qiymətindən 2 dollar yüksəkdir. “Biz zərərə işləyirik, lakin mən çox xoşbəxtəm ki, “Rəqəmsal Hindistan” və “Hindistanda istehsal olunub” proqramlarının tərkib hissəsi olan kasıb və kənd Hindistanı internetlə əlaqələndirməklə bağlı a “Freedom 251″lə çatdım”.

telefon

Ötən ay yarım ərzində “Internet Explorer 9” brauzerinin beta versiyası 9 milyon dəfə yüklənib. Bu barədə “Microsoft” korporasiyasının nümayəndələri bildirib. Brauzerin yüklənməsinin sürətli tempi onun elan edilməsinin lap əvvəlindən başlayıb. İlk gündə yeniliyi 2 milyona yaxın istifadəçi yükləyib. Tərtibatçıların sözlərinə görə, onlar yarım ay ərzində sınaqlarda iştirak edən müştərilərdən 13 min bildiriş alıblar. Bununla yanaşı, “Microsoft” brauzerinin payı azalır. Oktyabr ayının əvvəlinə qədər o, ümumi brauzer bazarının 50 faizi təşkil edirdi. Daha əvvəlki ayda isə bu rəqəm 51,3 faiz olub.

internet

Kaliforniya ştatının sakini Teri Goldstein Microsoft şirkətindən 10.000 dollar təzminat alıb. Buna səbəb Teri-nin kompüterinin məcburi şəkildə sistemini Windows 10–a yeniləməsi olub. Belə ki, yeni əməliyyat sistemi düzgün şəkildə quraşdırılmayıb və kompüter nasazlıqlar ilə işləyib. Teri-nin sözlərinə görə 2015-ci ilin avqust ayında onun Windows 7 əməliyyat sistemini istifadə etmiş kompüteri öz-özünə sistemi Windows 10-a yeniləməyi qərarlaşdırıb. Yenilənmə zamanı yaranan nasazlıqları Teri Microsoft-un teniki dəstəyinin köməyi ilə aradan qaldırmağa çalışıb. Lakin həmin səylər bir nəticə verməyib. 2015-ci ilin oktyabr ayında isə Teri yeni kompüter almağa məcbur olub. Belə ki, köhnə kompüterdə çalışmaq qeyri-mümkün idi. Bundan sonra Teri Microsoft-a qarşı yeni alınmış kompüterin qiyməti də daxil olmaqla təzminat davası açıb. Microsoft şirkətinin rəsmiləri isə öz növbəsində bildiriblər ki, bu hadisədə şirkətin heç bir günahı yoxdur. Buna baxmayaraq şirkət 10.000 dollar dəyərində təzminatı ödəməyə razı olub. Çünki əgər məhkəmə prosesi davam etsəydi bu Microsoft-a baha başa gələcəkdi.

microsoft

MDU-nun (Moskva Dövlət Universiteti) nüvə fizikası üzrə elmi-tədqiqatlar institutunun mütəxəssisləri superkompüteri güclü videokarta sahib adi kompüter ilə əvəz ediblər. Nəticədə fiziki məsələlər üzrə edilən hesablamaların sürəti 10 dəfə artıb. Mütəxəssislər kompüterdə NVIDIA-nın hansı model videokartından istifadə edildiyini qeyd etməyiblər. Lakin onlar bildiriblər ki, həmin videokartın qiyməti 500 dollardan baha deyil. Təcrübə çərçivəsində kvant mexanikasının mürəkkəb tənliklərinin hesablamaları aparılıb. Adətən bu cür hesablamaları superkompüterlər edirlər. Adi videokarta sahib kompüter hesablamaları 15 dəqiqəyə bitirib. Superkompüter isə bu hesablamalara 2-3 gün vaxt sərf edərdi. MDU-nun professoru Vladimir Kukulin-in sözlərinə görə sistem 260 milyon mürəkkəb ikiqat inteqralların hesablanmasına 3 saniyə vaxt sərf edir. Bu cür nəticə rezonanslı və nüvə kimyəvi reaksiyaların analizi üçün geniş imkanlar yaradır. Bundan əlavə olaraq kompüter digər sahələrdə olan hesablamaları da yerinə yetirə bilər. Bunlara misal olaraq elektrodinamika, plazma fizikası, geofizika, tibb və s. gətirmək olar.

xaker

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register