Biometrik passportların qiyməti 70 lari oldu

21 sentyabr tarixində Ədliyyə nazirinin təşəbbüsü ilə Gürcüstanda biometrik passportlara dair aksiya başladı. Aksiya çərçivəsində 21 oktyabr tarixinə qədər xarici pasportlar 100 lari əvəzinə 70 lari dəyərində məbləğə başa gələcək. Aksiyadan 18 yaşı tamam olmuş hər bir Gürcüstan vətəndaşı yararlana bilər. Yeniliklə bağlı marneuli sakinlərinin fikrini öyrənməyə çalışdıq. Aksiya haqda məlumatı olan da var idi olmayan da. Ümumilikdə isə sakinlər belə aksiyaları müsbət qiymətləndirdilər.
Aksiyadan biometrik passport almaq üçün qanunla nəzərdə tutulmuş güzəştlərdən istifadə edən sakinlər yararlana bilməyəcək. Gürcüstanın ərazi bütövlüyü uğrunda mübarizədə sağlamlığını itirmiş vətəndaşlar təmənnasız passport əldə edə bilərlər. Müharibə veteranları, məcburi köçkünlər və yetkinlik yaşına çatmamış vətəndaşlar üçün passportun dəyəri 50 larini təşkil edir. Passport almaq üçün sakinlər hər hansı Ədliyyə evi filialına müraciət edə bilərlər.
marneulifm1106 Posts
0 Comments