Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

WhatsApp’a gələn son yeniliklə proqramda kiçik dizayn dəyişiklikləri olub. Whatsapp 2.16.143 nömrəli versiyasında kiçik dizayn və funksiya yenilikləri edib. Artıq qrup yaradarkən seçdiyiniz şəxsləri yuxarı hissədə xüsusi çərçivədə görə biləcəksiniz. Bununla da kimləri seçdiyinizi daha asan biləcəksiniz. Qrupların şəkillərini dəyişərkən, əvvəlki versiyalarda sadəcə bildirim kimi söhbət pəncərəsində görürdük. Son yenilikdən sonra artıq şəkili söhbət pəncərəsində də görə biləcəksiniz. Bundan başqa Rio olimpiadalarında olan idman növləri ilə bağlı yeni emojilər də əlavə olunub. Söhbət pəncərələrində də dizayn yeniliyi edən Whatsapp, özündə material dizaynı daha da təkmilləşdirib. Artıq sizə tanımadığınız bir şəxs yazdıqda, söhbət pəncərəsi boz rəng almır və aşağıdakı şəkildəki kimi sadə və eleqant görüntü ilə qarşınıza çıxır. Hər hansı söhbət pəncərəsində oxunmaya bütün mesajları keçib ən sonuncu hissəyə çatmaq üçün isə yeni “ox” əlavə olunub. Bildiyimiz kimi Whatsapp bəzi telefonları da artıq dəstəkləmir. Əgər sizing də cihazınız bu siyahıda olarsa, onda Whatsapp avtomatik olaraq sizə bildirəcək. Bundan sonra artıq zənglə bağlı bildirişlər də söhbət pəncərəsində görünəcək. Beləliklə, artıq söhbət pəncərələri bütün şəxslərə görə daha eleqant görünəcək. Bundan başqa Whatsapp `da axtarış bölməsində hər hansı sözü yazıb axtarışa versəniz, bütün nəticələr söhbət pəncərələri ilə qarşınıza çıxacaq. Bu xüsusiyyətlər hələ ki, Whatsapp Beta istifadəçilərində aktivdir. Amma yaxın zamanda bütün istifadəçilər üçün təqdim olunacaq.

wha we wech

 

iPhone-u icad edən şəxs” Apple-ı məhkəməyə verib. Florida ştatının sakini Thomas Ross Apple şirkətini ideya oğurluğu barəsində məhkəməyə verib. Ross bildirib ki, məhz o 1992-ci ildə iPhone smartfonunu icad edib. Thomas Ross şirkətdən 10 milyard dollar dəyərində təzminat tələb edir. Bundan əlavə o şirkətin satışlarından 1.5% pay istəyir. Sübut kimi Ross məhkəməyə böyük ekrana sahib düzbucağın çertyojlarını təqdim edib. Çertyojlar 1992-ci ildə çəkilib. Apple isə öz ilk iPhone modelini 2007-ci ildə satışa çıxardıb. İttihama həmçinin ikitərəfli sensor ekranlı qatlana bilən modelin çertyoju da daxildir. Həmin modelə stilus da daxildir və o xarici görünüşcə Nintendo 3DS-ə bənzəyir. Ross öz icadının patentini almağa çalışmışdır. Lakin vaxtı ikən qeydiyyat üçün tələb olunan rüsumu ödəyə bilməmişdir. Buna baxmayaraq Steve Jobs iPhone-nun ilk modelini təqdim edəndən 12 gün sonra Ross ABŞ-ın patent bürosunda ittiham qaldırmışdır. Büro isə daha əvvəl icadın Ross-a aid olduğunu təkzib etmişdir. Təzminatdan əlavə olaraq Ross Apple-dan yaradılmış bütün pirat və kopyalanmış modellərin məhv edilməsini tələb edir. Bu ilin mart ayında o Tim Cook-a oğurluğun dayandırılması haqqında məktub göndərmişdi. Şirkətin hüquqşunası isə qeyd etmişdi ki, bu cür ittihamlar əsassızdır.

aplle

Windows 10-nun yeni versiyasının çıxış tarixi bəlli oldu. Microsoft şirkəti rəsmi olaraq Windows 10 ilə çalışan cihazlar üçün Windows 10 Anniversary adlı yeni versiyanın çıxış tarixini açıqlayıb. 29 İyul 2015-ci il tarixində Microsoft Windows 10 əməliyyat sistemini təqdim etmişdir. Windows 7.8 və Windows 8.1 istifadəçiləri öz sistemlərini 10-cu versiyaya kimi pulsuz yeniləyə bilərlər. Lakin 29 İyul 2016-cı il tarixindən sonra yenilənmə üçün əlavə pul ödəmək lazım gələcək. Pulsuz yenilənmə dövrünün bitməsindən sonra, yəni 2 avqust tarixində Microsoft sistemin yenilənmiş versiyası olan Windows 10 Anniversary-ni təqdim edəcək. Sistemin yenilənmiş versiyasının əsas xüsusiyyətləri Windows Ink əlyazma funksiyası, Edge brauzerinin yeni funksiyaları və təhlükəsizlik sisteminin yenilənməsidir. Yeni sistemdə olan dəyişikliklər həmçinin gamerlərin də ürəyincə olacaq. Belə ki, Windows-un online mağazasında bir dəfə alınmış oyunları həm Xbox One-da həmdə Windows 10 dəstəkli kompüterdə oynamaq mümkün olacaq. Bu zaman oyun prosesi hər iki platforma arasında sixronlaşdırılacaq. Qeyd edək ki, hal-hazırda Windows 10 350 milyon cihazda quraşdırılıb. Microsoft-un sözlərinə əsasən 10-cu versiya şirkətin tarixində ən dinamik inkişaf edən sistemdir.

Win-10

Dayanacaq cərimələri üzrə məsələləri həll edən robot. Stenford Universitetinin tələbəsi Joshua Browder avtomobil dayanacaqları cərimələrinə etiraz edən DoNotPay adlı servisi yaradıb. Sözügedən layihədə süni zəka 4 milyon dollar dəyərində olan işlər üzrə qalib olub. Vəkil robot adi süni zəka əsasında çalışır. O istifadəçilər ilə çat vasitəsilə əlaqə saxlayır. Bot cərimə haqqında lazımi sualları verib işin udma ehtimalını analiz edir. Analizdən sonra bot istifadəçiyə növbəti qərarlar haqqında lazımi məlumatı verir. DoNotPay servisi artıq 21 aydır ki, çalışır. Bu müddət ərzində hüquqşünas robot 250.000 işdən 160.000-də qalib olub. Beləliklə o 4 milyon dollar dəyərindəki cərimələri geri qaytarıb. Hal-hazırda servis yalnız London və Nyu-York-da aktivdir. Lakin Joshua şəhərlərin siyahısını artırmağı planlaşdırır. Bundan əlavə olaraq o vəkil robotun səlahiyyət sahəsini genişləndirmək istəyir. DoNotPay servisi ilə yanaşı Joshua hüquqi məsələlərin həlli üçün hər bir şəxsin öz özəl botunu yarada biləcəyi yeni platforma hazırlayır.

dayanaq cerme

Apple öz cihazlarında foto və video çəkimlərə qadağa qoyacaq. ABŞ-ın ticarət nişanları və patentləri üzrə təşkilatı (USPTO) Apple şirkətinin iPhone kameralarında çəkilişlərin məhdudiyyəti üçün nəzərdə tutulmuş texnologiyanı qeydiyyatdan keçirdib. Əgər siz muzeylərdə və müxtəlif konsertlərdə foto və ya video çəkməyi sevirsinizsə onda sizə pis xəbərimiz var. Apple-ın yeni texnologiyası sayəsində sözügedən şirkətin cihazları müəyyən yerlərdə foto və video çəkilişlərin aparılmasına avtomatik olaraq qadağa qoyacaq. Patentdə olan məlumata əsasən iPhone və iPad-lərin kameraları xüsusi infraqırmızı siqanalları müəyyən edərək foto və video çəkiliş funksiyasını avtomatik olaraq dayandıracaq. Bu cür yerlərə misal olaraq muzeyləri, konsertləri və çəkiliş aparılmasının qadağan olduğu digər yerləri göstərmək olar. Bəzi hallarda cihazların kameraları çəkilişi dayandırmaq əvəzinə çəkiliş zamanı görüntünü bulanıq şəkildə çəkəcək. Bundan əlavə olaraq yeni texnologiya infraqırmızı siqnalda kodlaşdırılmış məlumatı ekranda əks etdirə biləcək. Məsələn muzeydə hansısa eksponata cihazın kamerasını yönləndirəndə həmin eksponat haqqında məlumatlar cihazın ekranında əks olunacaq. Sözügedən texnologiyanın hansı iPhone modelində reallaşdırılacağı hələki bilinmir.

apllepro

Xiaomi şirkəti ilk qatlana bilən velosipedini istifadəçilərinə təqdim etdi. Şirkət satışa çıxartdığı ağıllı telefonlar, hava təmizləmə cihazları və elektrik skeitbordlardan sonra qatlana bilən velosipet istehsal edib. Asanlıqla qatlana bilən yeni velosipeti istədiyimiz ünvana rahatlıqla daşıya biləcəyik. Cihaz gücünü 250W elektrik mühərrikindən alır. Panasonic imzalı 18.650 mA tutumlu Li-ion batareyanın yerləşdirildiyi velosipet, enerji ilə tam doldurulduğunda 45 kilometrlik yol məsafəni qət edə bilir. 7 kq ağırlığında olan velosipedin üzərində kiçik kompüter yerləşdirilib ki, bunun sayəsində isə neçə km yol getdiyinizi və nə qədər kalori itirdiyiniz görə bilirsiz. Bu məlumatlar, eyni zamanda, sizin ağıllı telefonunuza da göndərilə bilir. Ağ, qara və qırmızı rənglərdə istehsal olunan velosipedin 455 dollara satışa çıxarılacağı gözlənilir.

velosped

Avstraliyalı bir şirkət Roam adlı selfi çəkə bilən dronunu təqdim edib. Dron üz tanıma xüsusiyyətinə sahibdir. Bu xüsusiyyət sayəsində isə dron ətraf sıxlıq olsa belə, istifadəçilərin daha əvvəldən qeydə aldığı üzləri tanıya bilir. 1080p həllolma əmsalı təqdim edən kamerasıyla 360 dərəcəlik çəkim reallaşdıra bilən dron tam dolmuş batareyası ilə 20 dəqiqə ərzində havada qala bilir. Cihazın batareyası isə iki saatda enerji ilə təmin olunur. Eyni zamanda, Roam adlı dron, 25 metr yüksəkliyə qalxa bilir. Canlı yayın xüsusiyyətinə də dəstək verən dronda LED bir göstərici iştirak edir. Bu göstərici sayəsində istifadəçilər drone’dakı batareya səviyyəsini öyrənə bilir. Xaricdə bazara təqdim edilən selfi mərkəzli drone’un qiyməti isə 399 dollardır.

dronlar dronlar1 dronlar2

Son vaxtlar telefona olan sevgimizin artığı bir dövrdə bir nəfər bunu daha irəli apararaq Amerikada iPhone-u ilə evləndi. Demək olar əksər xəbərlərimizdə bu cümləni yazırdıq: “texnologiyanın inkişafı telefonları həyatımızın ayrılmaz parçasına çevirib”. Deyəsən bu tip cümlələri ciddiyə alanlar da var. Hər nə qədər bir cihaz olsada bütün günü əlimizdən düşməyən telefonlar əslində kommunikasiya yaratmaq və həyatımızı asanlaşdırmaq üçündür. Lakin bu mövzunun dibinə gedən bir nəfər “madam ki, telefon həyatımızın ayrılmaz parçasıdır, telefonla evlənim ailə həyatı qurum” – deyərək qəribə bir qərar verib. Amerika vətandaşı olan Aaron Chervenak öz iPhone-nuna olan sevgisini rəsmiləşdirmək qərarına gələrək telefonla nigaha girib. Bu ağıl almaz hadisə ABŞ-ın Neveda əyalətində Las Vegas-da baş verib. iPhone 6s modeli ilə ailə həyatı qurmaq üçün Los Angeles-dən, Las Vegas-a gələn Aaron Chervenak 20 may tarixində iPhone 6s ilə evlənib. Açıqlamasında isə Aaron Chervenak-ın məqsədinin pis olmadığını görmək olar. Aaron Chervenak qeyd edir: ” İnsanlar telefonları ilə 7/24 birlikdə yaşayırlar, telefon ilə yatıb, telefon ilə oyanırlar. Çox insanlar yuxudan oyanan zaman ilk olaraq telefonu əlinə alıb, internetə qoşulurlar.” Aaron Chervenak telefonla evlənməklə bu məsələni ictimailəşdirmək və ön plana çıxarmaq istəyib.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register