Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Apple” şirkətinin sentyabrda təqdim edəcəyi “iPhone 7” modelinin dizaynı haqqında yeni xəbərlər yayılıb. Marneulifm xəbər verir ki, “Habertürk”ün məlumatına görə, yeni modelin “home button”u ( əsas dariəvi düymə ) sensorun tərkibinə daxil ediləcəyinə görə smartfonun ekranı düz paneldən ibarət olacaq. Bunun sayəsində də, telefonun suya dayanıqlılığı daha da artacaq. Qeyd edək ki, şirkət bu il telefonların dizaynında heç bir dəyişiklik etmədiyinə görə yeni modellər “iPhone 6s”lə eyni görünüşdə olacaq.

iphone

Bu günlərdə hakerlər “Oculus” şirkətinin baş direktoru Brendan İribenin “Twitter” səhifəsinə çıxış əldə ediblər. Iyunun 29-da hakerlər komandası “Oculus” şirkətinin baş direktorunun rəsmi “Twitter” səhifəsinə hücum ediblər. Qanun pozucularının şirkət rəhbərinin akkauntunda dərc etdikləri ilk post şirkətə yeni rəhbərin gətirilməsi ilə bağlı məlumat olub. Bir gün sonra bu yazı Brendan İribenin rəsmi səhifəsindən yığışdırılıb. Ancaq “Oculus” rəhbəri akkauntunun sındırılması ilə bağlı heç bir açıqlama verməyib. Çox güman ki, qanun pozuntusunun arxasında “OurMine” haker qrupunun üzvləri dayanıb. Komandanın hesabında “Google” şirkətinin rəhbəri Sundar Piçainin, “Facebook” sosial şəbəkəsinin rəhbəri Mark Zukerberqin sosial şəbəkələrdəki akkauntlarının sındırılması durur.

twitter

Mütəxəssislər hakerlər tərəfindən heç bir çətinlik olmadan hücuma məruz qala biləcək ən zəif antivirusu müəyyən ediblər. Bu barədə “Project Zero” layihəsinin bloqunda məlumat verilib. Mütəxəssislərin sözlərinə görə, populyar “Symantec” antivirusu bütün məhsullarda, eyni zamanda istifadəçi məhsullarında eyni proqram təminatından istifadə edir. Çünki onların hamısı eyni əməliyyat sisteminə malikdir. Bunun sayəsində hakerlər antivirus yüklənmiş kompüterə tam nəzarəti ələ keçirə bilir. Bu zaman kompüteri ələ keçirmək olduqca sadədir. Bunu göndərilən fayl və ya link keçidi ilə etmək mümkündür. Şirkət öz bloqunda antivirusun zəif yerlərinin olmasının olduğunu təsdiqləyən bir neçə hallar barədə də ətraflı məlumat verib.

Symantec

“Google” şirkəti istifadəçilərə zəlzələlər, o cümlədən bununla bağlı bütün təhlükələr barədə məlumatları təqdim etməyi planlaşdırır. Tərtibatçılardan biri olan Kris Kaytl bildirib ki, insanlar birbaşa olaraq “Google”a sorğu göndərərək, təhlükələr barədə operativ məlumatlar əldə edə, nəticədə təhlükədən yan keçə bilərlər. İstifadəçilər təkanlar barədə əyani məlumat ala biləcəklər. Həmçinin şirkət zəlzələnin episentri, onun maqnitudası və rayonları haqqında da məlumatların təqdim ediləcəyinə söz verir. Bundan başqa, kataklizmlər baş verən zaman nə etmək lazım olduğu barədə də məsləhətlər almaq mümkün olacaq. Bütün bunlar xəritədə əks olunacaq.

Google

Yeni gələn bir hesabat iPhone 7-nin bir neçə detalını ortaya çıxarıb. Bir neçə gün bundan əvvəl iPhone 7-nin qiymət listi və yaddaş seçimləri ortaya çıxmışdı. Həmin mənbədən gələn xəbərə görə də yeni model iPhone-da 16 GB yaddaş seçimi olmayacaq. İndi isə əlimizdə yeni bir hesabat var. Mənbə yenə də Çindir. Köhnə yayımlanan iddialarda iPhone 7-də 64 GB daxili yaddaş seçimi olduğu görünürdü. Lakin Wechat saytının yayımladığı yeni məqalədə iPhone 7, iPhone 7 Plus, iPhone 7 Pro modelləri 32, 128, 256 GB daxili yaddaş seçimləri ilə satışa çıxacaq. Bu yeni hesabata görə Apple 16 və 64 GB daxili yaddaşı tarixə ötürmüş olur. Son olaraq iPhone 7 Pro-nun gündəmədə olduğu bu dövrdə bəzi mənbələr iddia edir ki, Apple bazarda bu il 3 model ilə yox, ənənəvi olaraq 2 model ilə yoluna davam edəcək.

aplle

Videoları ilə məşhur Tesla sürücüsü Avto-Pilot xətası üzündən həyatını itirdi. Teslanın sürücüsüz avtomobillərini test edən  məşhur video bloqqer  Joshua Brown avto-pilot xətasından qəza nəticəsində həyatını itirdi. Elon Musk-un sürücüsüz avtomobilləri qəzalara davam edir. ABŞ-n Beynəlxalq Yol Təhlükəsizliyi idarəsi Tesla Model S-in avto pilotunun ötən gün yeni bir ölümlü qəza törətdiyi açıqlamasını yayıb. Qəzada həyatını itirən isə Tesla ilə maraqlanan və yazılarını hamının oxuduğu bir nəfər  Joshua Brown-dur. Joshua Brown kimdir? Joshua Brown adlı bu adam Tesla avtomobillərini test etməklə məşhurlaşmışdı. Xəbərlərimizin birində  Joshua Brown-nun Teslanın sürücüsüz avtomobilini test etdiyini və həmin avtomobili necə təriflədiyini paylaşmışdıq. Həqiqətəndə video-dan görə bilərsiniz ki, Tesla Model S hərəkət xəttinə girən kamaza reaksiya verərək dərhal maşınıBaş verən qəzanın səbəbi Avto Pilotdurmu? Təəsüfki, növbəti test sürüşlərinin birində  Joshua Brown-nun bəxti gətirmədi. Tesla Model S-in avto pilot rejimi işıqlandırmanın çox olması səbəbilə qarşıdan gələn traktoru hiss edə bilmədi və qəza baş verdi. Beləcə videoları ilə məşhurlaşan və tam bir Tesla həvəskarı olan  Joshua Brown talehsiz bir şəkildə öz sevdiyi avtomobildə həyatını itirdi. Qəza 8 may tarixində baş verib. sağa çəkib qəzanı əngəlləmişdi.  Joshua Brown isə bu videonu lentə alaraq Tesla Model S-in avtopilotuna xoş sözlər yağdırmışdı.

Apple şirkəti Jay Z-ə məxsus Tidal adlı musiqi axını servisinin alınması barəsində musiqiçi ilə danışıqlara başlayıb. Məlumata əsasən şirkət ilk öncə musiqi axınlarına eksklüziv hüquqların əldə olunmasında maraqlıdır. Jay Z-dən əlavə olaraq Tidal-da Kanye Wets, Beyonce, Chris Martin və Jack White kimi musiqiçilər pay sahibləridir. Məsələn Tidal son ayların ən məşhur musiqi albomlarını (Beyonce-un “Lemonade”, Kanye West-in “The Life of Pablo”) özündə birləşdirir. Kanye West-in qeyd olunmuş yeni albomunu yalnız Tidal üzərindən yükləmək mümkün idi. Beləliklə servisdə yeni istifadəçilərin qeydiyyat səviyyəsi və IOS platforması üçün servis tətbiqinin yüklənmə sayı artmışdır. Bundan əlavə olaraq Tidal yeganə servisdir ki, bir neçə müddət bundan qabaq vəfat etmiş məşhur müğənni Prince-in bütün musiqi kataloquna sahibdir. Məlumata əsasən Prince musiqi axını servislərindən uzaq dururdu. Lakin Jay Z ilə o yaxından dostluq etdiyi üçün onun musiqiləri Tidal-da öz yerini tapmışdır. Qeyd etmək lazımdır ki, Apple-dan başqa Tidal-ı digər şirkətlər də almaq istəyir. Bu şirkətlərə misal olaraq Google, Samsung və Spotify-ni gətirmək olar. Jay Z 1 il bundan öncə Tidal-ı Aspiro adlı şirkətdən 56 milyon dollara almışdır. Böyük olmayan pay hissələri ilə Jay Z digər musiqiçilərlə də bölüşmüşdü. Tidal-ın ödənişli istifadəçilər bazası 4 milyon insana yaxındır. Apple-ın Tidal üçün hansı məbləği təklif etdiyi məlum deyil. Şirkətin özündə isə bu məsələ tamamilə inkar edilir.

apllepro

Android Police adlı online mənbə iddiaya əsasən Google ilə HTC-nin birgə hazırladığı yeni Nexus modeli haqqında məlumatları paylaşıb. Bundan əlavə olaraq internetdə yeni Nexus-a aid ola biləcək ilk foto da yayılıb. Yayın sonunda Android Nougat sistemindən başqa Google Nexus seriyasının iki modelini də təqdim etməyi planlaşdırır. İnternetdə HTC tərəfindən hazırlanan modelin texniki göstəriciləri yayılıb. Məlumata əsasən yeni model Nexus M1 adlanacaq. Bundan əlavə olaraq Android Police Google-ın öz flaqman smartfonunun adını da açıqlayıb. Əgər məlumatlara inansaq Google-ın flaqman smartfonu “Marlin” adlanacaq. Weibo adlı digər bir mənbə isə Nexus M1-ə aid olacağı güman olunan ilk fotonu təqdim edib. Deməli Nexus M1-in texniki göstəricilərinə gəldikdə smartfon 2560×1440 piksel keyfiyyətli 5.5 inç AMOLED ekrana, 4 nüvəli Qualcomm (çox güman ki. Snapdragon 820, 821 və ya 823) prosessoruna, 4 GB-lıq RAM-a, 32/128 GB daxili yaddaşa və 3450 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon 12 MP-li arxa və 8 MP-li ön kamera ilə yanaşı barmaq izi skanı və USB Type-C funksiyalarına ahib olacaq.

nexus

İngiltərəli alimlər online yazışmada yalanı ortaya çıxarda biləcək tətbiq yaradıblar. Xüsusi alqoritmlər iş ortağı və iş üzrə hansısa əməkdaşın yazışma zamanı yalanını üzə çıxartmağa kömək edəcək. Bunun üçün alimlər irimiqyaslı elektron məktub arxivlərinin müşahidəsi ilə məşqul olublar. Beləliklə onlar istifadə edilən sözlər, məktubun quruluşu və məna əlaqələrinin köməyi ilə yalanın ortaya çıxması üzrə qanunauyğunluq yaradıblar. Məlum olub ki, yalan olan mktubların əksəriyyətində şəxs əvəzlikləri demək olar ki, işlədilmir. Yazışma zamanı kimisə aldatmaq istəyən şəxslər adətən diqqəti öz əməllərindən digər istiqamətlərə yönəldirlər və öz müsbət tərəflərindən danışırlar. Bundan əlavə olaraq onlar həmsöhbət olduqları insanla nizamlanmağa çalışırlar. Bu alqoritmlər maliyyə itkilərinin və dələduzluğun olmaması üçün potensial iş ortağı ilə yazışma zamanı ola biləcək yalanı üzə çıxardacaq. Lakin hal-hazırda tətbiqin prototip versiyası mövcud deyil. Bundan əlavə olaraq mətnlərin süni analizi 100%-lik nəticənin verməsi demək deyil.

xaker

Samsung-un növbəti flaqman modeli Galaxy Note 7 haqqında məlumatlar gəlməyə davam edir. Bu dəfə Galaxy Note 7-nin media görüntüləri və rəng seçimləri sızıb. Samsung-un Note 5 modelindən Note 7-ə birbaşa keçid etməsi bizə Windows 8-dən birbaşa Windows 10-a keçid edən Microsoft-u xatırlatıdı. Lakin Samsung-un bununla bağlı tutarlı səbəbi var. Belə ki, istehsalçı sırf istehsal etdiyi Galaxy modellərinin serialarını paralel aparsın deyə bu addımı atıb. Galaxy S7, Galaxy S7 Edge və Note 7. Yəni, buradan başa düşmək olar ki, Samsung rəqəmləri paralel aparır. Son zamanlar haqqında məlumatlar sürətlə gəlməyə başlayan Note 7-nin təqdim olunmasına çox az bir müddət qalıb. Bu dəfə yayılan görüntülər arasında Note 7-nin media şəkilləri və rəngləri yer alıb. İnternet dünyasında sızıntıları ilə məşhur simaya çevrilən Evan Blass bu görüntüləri “twitter” hesabı üzərindən yayımlayıb. Yerləşdirilən şəkildən aydın olur ki, Galaxy Note 7 bu dəfə Black Onyx, Silver Titanium və Blue Coral olmaqla 3 rəng seçimində təqdim olunacaq. Bir çox istifadəçilərin sevərək əldə etdiyi Gold rəng seçimi isə yayımlanan görüntülərdə yer almır. Bundan əlavə digər mənbələrdə yer alan məlumatlara əsasən bu il Samsung-un “Rose Gold” rəngli Note 7-ni təqdim etməsi gözlənilsə də deyəsən bu rəng satışa çıxmayacaq. Evan Blass-ın paylaşdığı digər məlumatlara görə isə Galaxy Note 7 modeli 5.7 düyümlük QHD keyfiyyətində ekrana sahib olacaq. Ənənəvi olaraq isə ekran Super AMOLED olacaq. 64 GB daxili yaddaş seçimi ilə satışa çıxacağı təxmin edilən bu modelin SD kart dəstəyinin olacağı da istisna edilmir. Cihazda barmaq izi oxuyucu sensorla yanaşı, IP68 sertifakatı da olacaq. Beləcə, Galaxy Note 7 suya və toza davamlı olacaq. 5 MP ön, 12 MP arxa kamera isə bu model üçün normal görünür. Artıq bütün detalları ortaya çıxan Samsung Galaxy Note 7 avqust ayında baş tutan konfransda təqdim olunacaq.

note-7

Şəxsi maşın sahiblərinin mobil proqram vasitəsilə taksist kimi fəaliyyət göstərməsinə şərait yaradan Uber, Səudiyyə Ərəbistanından 3.5 mlrd dollarlıq investisiya aldı. Uber’dən gələn açıqlamaya görə, şirkətin 2014-cü ildən fəaliyyət göstərdiyi Səudiyyə Ərəbistanındakı ən böyük fondundan bu məbləğ alınıb. Bunun bir dəfəyə alınmış ən böyük investisiya olduğunu deyən Uber, şirkətin bazar dəyərinin 62,5 milyard dollar olduğunu da vurğuladı. Açıqlamada həmçinin fondun prezidenti Yasir Al Rumayyan’ın da Uber’in idarəetmə üzvləri arasında olacağı qeyd olundu. Uber hal hazırda Orta Şərqdə 9 ölkənin 15 şəhərində fəaliyyət göstərir. Təxminən 350 mindən çox istifadəçisi və 19 min sürücüsü var.

taxi

Hal hazırda Apple-da icraçı direktor vəzifəsində çalışan Tim Cook paralel olaraq Nike şirkətində yeni vəzifəyə gəlib. Steve Jobs-un ölümündən sonra Apple-ın başına keçən Tim Cook uğurlu bir şəkildə öz vəzifəsinin öhdəsindən gəlir. Hər nə qədər bir Steve Jobs ola bilməsə də, öz üzərində düşən öhdəlikləri bir neçə ildir ki, uğurla davam etdirir. Bəs Tim Cook-un hələ 2005-ci ildən Nike-ın idarə heyyətində olduğunu bilirdinizmi? Sakit bir şəkildə Nike idarə heyyətində yer alan Tim Cook keçən günlərdə yeni vəzifəyə gəlib. Nike-ın rəhbəri olan Phil Knight-ın təqaüdə ayrılması, idarə heyyətinin yenidən formalaşdırılmasna səbəb olub. Alınan qərarlara əsasən isə bundan sonra Tim Cook Nike firmasında lider müstəqil idarəçi olaraq işinə davam edəcək. Tim Cook 2005-ci ildən bəri firmada Təzminat Komitəsinin rəhbəri və Korporativ İdarəetmə rəhbəri vəzifələrində çalışıb.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register