Gerçəkləşən uşaqlıq arzusu – Marneulidə xalça sənəti

Xalça toxumaq sənəti uzun müddət bir yol keçərək bu günümüzə qədər gəlib çatmışdır. Regionumuzda xalça toxumağı bacaranların sayı azdır. Bu sənətin itməməsi üçün əlindən gələn dəstəyi göstərənlərdən biri də Tetricğaronun Kosalar kəndində yaşayan Nabat Anazarovadır. Nabat xanım uşaq yaşlarından xalça toxuma sənətinin sirrlərini öyrənməyə başlayıb. Bu sənətə xüsusi sevgisi var. Bugün isə o, Marneuli Gənclər Mərkəzində gənc yetirmələrə öz sevimli peşəsinin sirrlərini öyrədir. Zaman keçdikcə xalça toxumaq sənəti artıq ailə üçün bir gəlir mənbəyinə də çevrilib. Nabat xanım qeyd edir ki, Kosalar kəndində xalça toxuyub ailəsinin maddi vəziyyətini idarə edən xanımlar çoxdur. Belə ki, uşaqlıq arzusu gerçəkləşərək həm bir məktəbə, həm də kiçik bir biznesə çevrilib.
Nabat xanımla xalça sənəti haqda müsahibə apardıq. O, xalça sənətinin aradan getməsindən narahatdır. Bu sənəti bacardıqca daha çox gənclərə öyrətməyə can atır. Toxucu xanım sevimli peşəsini bizə böyük maraqla anlatdı.
Müəllif: Aynurə Əliyeva
marneulifm1106 Posts
0 Comments