Mars planetində su kəşf edilib
NASA alimləri Marsda su kəşf ediblər. Bu haqda NASA-nın 28 sentyabr tarixində baş tutan mətbuat konfransında məlumat verilib. NASA-nın tədqiqatçıları bildiriblər ki, Mars əvvəldən düşündükləri kimi quru planet deyil, orada maye tapılıb.
NASA alimlərinin gümanına əsasən Marsda 3 milyard il bundan əvvəl atmosfer və böyük okean olub. Ancaq Mars planeti indiyə kimi olan böyük su resursunu itirib.
Alimlərin sözlərinə görə Marsda yaz dövründə, payız gələnə kimi, Marsın səthinin temperaturu azalanda yamaclarda maye şəklində su axır.
marneulifm1106 Posts
0 Comments