Marneuli rayonunun Kürtlər kəndinə Ramazan bayramı qeyd olundu

Kurtlar

 

Ramazan bayramı İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmi hər il bu bayramı qeyd edir.  Marneuli sakinleri arasinda da her il bu bayram tenteneli shekilde qeyd olunur.

5 iyul tarixində Kurtlar kənd sakinləridə  on bir ayın sultanı Ramazan bayramını böyük coşğu ilə qeyd etdiler. Səhər namazından sonra bayram namzaları qılındı, dualar oxundu. Bayram münasibətilə kənd məscidinin imamı Teymur Qəhramanov müsəlman aləmini təbrik etdi.

Kənd məscidinin axundu qeyd etdi ki, ramazan ayında oruc tutmaq varlıların kasıbların dərdini anlamaq, kasıblara kömək etmək, qohum əqrəbəni ziyarət etmək və dünyadan köçənlərə dualar oxumaq lazım və vacibdi.

O, həmçinin qeyd etdi ki, bayramın əsas məqsədi insanların ən azı bayramda bir birilərinin bayramlarını təbrik etmesidir.

Kənd sakinləri də öz növbəsində bütün dünya müsəlmanlarını bizim radio vasitəsi ilə təbrik etdilər.

Sonda onuda qeyd edək ki, Ramazan bayramı 3 gün  davam edəcək. Bütün müsəlman aləmi bayram ərzində dua ve ibadət edirlər. Bizdə öz növbəmizdə bayram münasibəti ilə bütün dünya müsəlmanlarını müqqədəs Ramazan bayramı münasibəti ilə təbrik edirik.

Müəllif: Amil Məmmədov

 

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register