Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

ABŞ-ın Kosmik Araşdırmalar Mərkəzi, NASA Yupiterin kəşvi ilə bağlı növbəti mərhələyə start verib. Günəş sisteminin ən böyük planetinin öyrənilməsi məqsədilə fəzaya buraxılan Juno adlı kosmik gəmi orbitə daxil olub. Bu barədə məlumat verən NASA alimləri bildirib ki, Juno 5 il bundan əvvəl kosmosa buraxılıb. Buna qədər Qalileo adlı peykin Yupiterə yaxınlaşdığını deyən mütəxəssislər müəyyən bilkgilərə sahib olduqlarını qeyd ediblər. Lakin Juno digərlərindən fərqli olaraq, Günəş sisteminin tarixini və Yupiterin səthi ilə yanaşı onun alt qatlarını da tədqiq edəcək. Peykin ən böyük üstünlüyü isə insan müdaxiləsi olmadan, tam avtomatik rejimdə işləyə bilməsidir.

nasa

Telefonların cızılmaması üçün  ən yaxşı vasitə onları üzlüklərlə birgə istifadə etməkdir. Amma bəzən telefon üzlüklərinin qiyməti  istifadəçiləri qane etmir. Telefon üzlüklərini cəmi 10 dəqiqə vaxt ayırmaqla özünüz də hazırlaya bilərsiz. Videonu izləyin:

Hər yer mikrobla doludur. Onlar gündəlik işlətdiyimiz pulun, telefonun, kompüter klaviaturasının üstündə var. Bəs daha harada mikroba rast gəlmək olar? Ekspertlər bildirirlər ki, heç yerdə mikroblardan qaçmaq mümkün deyil. Böyük Britaniyadan olan mütəxəssislərin araşdırmalarına görə, smartfonlarda olan mikroorqanizmlər ictimai tualetlərdən iyirmi dəfə artıqdır. Burada qızılı stafilokokun koloniyası da demək olar. Bununla insanın sepsis və digər iltihabi xəstəliklərə yoluxma ehtimalı var. Telefonda olan mikroblar uzun müddət yaşayır və hər gələn zəng insanı infeksiyaya bir az da yaxınlaşdırır. Xüsusən də smatrfonu stolun, oturacağın, torpağın üstünə – getdiyin hər yerə qoyursansa, mikrobların yayılma təhlükəsi daha da böyüyür. Mikrobun zəngindən özünü qorumağn yeganə yolu isə gigiyena qaydalarına əməl etməkdir. Bir də, heç vaxt onu yemək stolunun üstünə qoymaq olmaz. Mütəxəssislər məsləhət görürlər ki, işlətdiyiniz telefonu tez-tez spirtlə dezinfeksiya edəsiniz.

phone

“Facebook Messenger”də yaxın günlərdə yenilik olacaq. Yeniləmədən sonra burada “öz özünü məhv edən” mesaj imkanı olacaq. Belə ki, istifadəçilər göndərdikləri ismarıcların sonradan silinməsini təmin edəcək. İstifadəçilər göndərdikləri ismarıcların dəqiqə, gün, ay və ya il əsasında nə vaxt avtomatik olaraq silinməsini istədiyini seçə biləcək. Təbii ki, silinməsini istəməyən istifadəçilər də  bu imkandan istifadə etməmək hüququna malikdir. Qeyd edək ki, son vaxtlar “Facebook”  istifadəçi gizliliyinə əhəmiyyət verilir. Son olaraq WhatsApp, şifrələmə xüsusiyyətini aktiv etmişdi.

mesencer

Hal hazırda Apple-da icraçı direktor vəzifəsində çalışan Tim Cook paralel olaraq Nike şirkətində yeni vəzifəyə gəlib. Steve Jobs-un ölümündən sonra Apple-ın başına keçən Tim Cook uğurlu bir şəkildə öz vəzifəsinin öhdəsindən gəlir. Hər nə qədər bir Steve Jobs ola bilməsə də, öz üzərində düşən öhdəlikləri bir neçə ildir ki, uğurla davam etdirir. Bəs Tim Cook-un hələ 2005-ci ildən Nike-ın idarə heyyətində olduğunu bilirdinizmi? Sakit bir şəkildə Nike idarə heyyətində yer alan Tim Cook keçən günlərdə yeni vəzifəyə gəlib. Nike-ın rəhbəri olan Phil Knight-ın təqaüdə ayrılması, idarə heyyətinin yenidən formalaşdırılmasna səbəb olub. Alınan qərarlara əsasən isə bundan sonra Tim Cook Nike firmasında lider müstəqil idarəçi olaraq işinə davam edəcək. Tim Cook 2005-ci ildən bəri firmada Təzminat Komitəsinin rəhbəri və Korporativ İdarəetmə rəhbəri vəzifələrində çalışıb.

aplle

Facebook`a tərcümə aləti gəlir. 1.5 milyardan çox insanın istifadə etdiyi social şəbəkə – Facebook’un sadəcə yarısı ingiliscə danışa bilir. Bu böyük kütləni əhatə etsə də, şirkət yeni sistem ilə fərqli dillər arasında da inteqrasiyaya nail olmaq istəyir. Hal hazırda “Səhifələr”də təqdim olunan xüsusiyyət, insanların bir neçə dildə mesaj yayımlamasına şərait yaradır. Yeni sistem ilə yazılan mətnlər isə tərcümə olunur. Yəni insanlar Facebook səhifələrində bi mesajı həmin an mövcud dillərdən birinə tərcümə edirlər. Hal hazırda 44 fərqli dil üzrə dəstəyi olan süni zəkalı sistem, gələcəkdə daha da inkişaf etdiriləcək. Hələlik sadəcə müəyyən istifadəçilər üçün açıq olan sistem, yaxında bütün insanlar üçün təqdim olunacaq.

facebook

BlackBerry bu ilin sonlarına yaxın 3 yeni modelini təqdim edəcək. Android əməliyyat sisteminə gec də olsa keçərək tarixə qovuşmaqdan son anda qurtulan BlackBerry, Evan Blass’in (@evleaks) son xəbərinə görə Neon, Argon və Mercury kod adlı 3 yeni Android telefon üzərində işləyir. İlk olaraq, bazara Neon’un çıxacağı vurğulanır. Telefonun 5.2-inç Full HD ekran, Snapdragon 617 prosessor, 3GB RAM, 16GB yaddaş, 2610 mAh batareya, QuickCharge 2.0, 13MP arxa, 8Mp ön kamera və aliminium gövdəyə sahib olacağı iddia olunur. Argon’u 5.5-inç QHD ekran ilə təchiz edəcəyi söylənən BlackBerry, cihaza gücünü Snapdragon 820 ilə verəcək. Bunlarla yanaşı cihazda 4GB RAM, 32GB yaddaş, 3.000 mAh batareya, QuickCharge 3.0 və 21MP arxa, 8MP ön kamera da quraşdırılacaq. Argon’dan sonra 2017’nin ilk rübündə qarşımıza çıxacaq Mercury isə Priv kimi fiziki QWERTY klaviaturaya sahib olacaq. 4.5-inç Full HD ekran üzərində qurulacaq Android telefon, gücünü Snapdragon 625’dən alacaq və 3GB RAM, 32GB yaddaşa sahib olacaq. 3,400 mAh batare ilə təchiz olunacaq telefon,18MP arxa və 8Mp ön kamera ilə rəflərdə öz yerini alacaq. Yeni BlackBerry telefonlar haqqında hələ ki açıqlanmış qiymət məlumatı yoxdur.

blackberry

WhatsApp üzərindən dolayı yollarla da olsa “gif” göndərmə xüsusiyyəti mümkün oldu. Məşhur “gif” paylaşım platformaları olan “GİPHY – All the GIFS” popular platformalar WhatsApp-da “gif” dəstəyi qazanıb. Dünyanın 1 nömrəli mesajlaşma platforması olan WhatsApp-da dolayı yolla da olsa “gif” göndərmək mümkün olacaq. WhatsApp istifadəçilərin hal hazırda birbaşa bir-birilərinə “gif” göndərməsi mümkün olmasa da 3-cü tərəf tətbiqlər vasitəsilə bu mümkündür. Google Play Store-da mövcud olan “gif” fayllarını bir çox sosial platformalarda paylaşımı reallaşdıran “GIPHY – All the GIFS” tətbiqi son yenilənmə ilə birlikdə artıq WhatsApp platformasını da dəstəkləyir. WhatsApp-a isə birbaşa “gif” göndərmək dəstəyi çox yaxında yenilənmə olaraq veriləcək. Bu müddətə qədər hələlik adı çəkilən platformadan istifadə edərək “gif” faylları WhatsApp-da bölüşə bilərsiniz.

whatsapp

Məşhurların çılpaq şəkillərini yayan Hacker ələ keçirildi. Ryan Collins-dən sonra  ikinci hacker Edward Majerczyk da məhkəməyə çıxarılacaq. Yadınızdadırsa təxminən 5 ay əvvəl iCloud-u hack edərək, məşhurların çılpaq şəkillərini yayımlayan hacker Ryan Collins məhkəməyə verildi. Collins həqiqətən bunu etdiyi etiraf edərək, şəkilləri yaydığını təsdiqləmişdi. Bu səbəbdən 5 illik həbsi cəzası istənilən Collins-ə 18 ay həbs cəzası kəsilmişdi. Bu hadisənin ardından iCloud hesablarını ələ keçirərək, məşhurların çılpaq görüntülərini yayan növbəti hacker Edward Majerczyk ələ keçirilib. Lon Ancelsdəki əyləncə dünyasından 30 nəfərin də daxil olduğu 300 məşhur simanın gmail və iCloud hesabları hack edib, şəkillərini yaydığını qəbul edən Majerczyk üçün 5 il həbs cəzası istənilir. Məhkəmə haqqında danışan FBI-ın müdir müavini Deirdre Fike fikirlərini belə ifadə edir: ” Təqsirkar şəxs gmail və iCloud hesabları hack etməkdən əlavə insanların şəxsi həyatına müdaxilə etməklə günahlandırılır. Bu kimi hallar bizim şəxsi məlumatlarımızı telefonlarımızda saxlamağın təhlükəli olduğunu bir daha isbat etdi”.

kate-upton-jennifer-lawrence-icloud-apple-hack

“Excel”i telefonunuzda öyrədən tətbiq və ən əsası PULSUZ! “INNAB Peşəkar İnkişaf Platforması” daha bir yeniliyə imza atdı. Belə ki, INNAB komandasının hazırladığı mobil tətbiqi telefonunuza yükləməklə istənilən vaxt, istənilən yerdə Excel funksiyalarını rahatlıqla öyrənə biləcəksiniz. Mobil tətbiq hal-hazırda Android əməliyyat sistemi ilə işləyən telefonlar üçün hazırlanıb. Yaxın aylarda IOS versiyası istifadəyə veriləcək.

innab

Oppo Find cəbhəsində uzun müddətdən sonra yenilik edilib. İki il sonra Find seriyasına daxil ediləcək üst səviyyə model Oppo Find 9, görünən odur ki,  dopdolu bir telefon olacaq. Oppo, iki il keçməsinə baxmayaraq Find seriyasına üst səviyyə bir model daxil etməmişdi. Son məlumatlar isə Oppo Find 9 modelinin yolda olduğunu göstərir. Oppo Find 9 hələ ki, Çinli istehsalçı tərəfindən təsdiqlənməyib, ancaq telefon təqdimatdan əvvəl sızıntı qurbanı olan cihazlar arasına adını yazdırıb. Weibo vasitəsilə yayımlanan bir şəklin Oppo Find 9 modelinə aid olduğu iddia edilir. Şəkildə görünən telefon, Find 7 modelini xatırladır, ancaq ilk baxışda iki əhəmiyyətli fərq gözə çarpır. İlk fərq Find 9-un ön panelinin alt və üst hissəsində cüt dinamik olmağıdır. Digər fərq isə Find 9’da USB Type-C portunun olmağıdır. Oppo Find 9 Xüsusiyyətləri: Find 9-un yayda satışa çıxarılacağı gözlənilir. Texniki xüsusiyyətləri barədə isə etibarlı mənbələrdən gələn bəzi məlumatlar var. Find 9-da 5.5 düym böyüklüyündə Super AMOLED ekran, 2.3 GHz tezlik sürətində işləyən dörd nüvəli Snapdragon 821 prosessor olacaq 8GB RAM və 128GB daxili yaddaş ilə iddialı bir təchizat paketi təqdim edəcək telefonda həmçinin VOOC sürətli şarj dəstəyinə sahib 4.100 mAh həcmli batareya, 21 megepiksel arxa kamera və 16 megapiksel ön kamera olacaq.

Oppo Find

BMT-nin (Birləşmiş Millətlər Təşkilatı) insan haqları üzrə təşkilatı öz vətəndaşlarına qəsdən internet girişinə sərhəd qoyan hər hansı bir dövləti mühakimə etmək məqsədli qətnamə qəbul edib. Həmin qətnamə daha əvvəlki “online hüquq” bəyanatına söykənərək “insanların offline-da sahib olduqları hüquqlar online-da da qorunmalıdır” şüarına BMT-nin olan dəyişməz mövqesini əks etdirir. Təşkilat əsas diqqəti Ümumdünya insan hüquqları bəyannaməsinin 19-cu bəndindəki söz azadlığı hüququna yetirir. Qətnamənin mətni barəsində razılaşma keçən həftə baş verib. Lakin fikir birliyi əldə olunmayıb. Sənədin son versiyasına Rusiya, Çin, Səudiyyə Ərəbistan, Cənubi Afrika və Hindistan kimi ölkələr öz narazılıqlarını bildiriblər. Sözügedən dövlətlər BMT-nin insan hüquqları üzrə təşkilatından qətnamədəki “online rejimdə yerləşdirilmiş məlumatlara qadağa və ya sərhəd qoyma üzrə qeyd-şərtsiz ittiham tədbirləri” bəndinin çıxarılmasını tələb ediblər. Təsdiq edilmiş qətnamə tövsiyə xarakterlidir. Yəni o hüquqi gücə sahib deyil və BMT-ə üzv olmuş ölkələr tərəfindən yerinə yetirilməsi məcbur deyil. Bununla belə qətnamə bir çox hökümətlərə təzyiq göstərərək dünyadakı bütün insanların rəqəmsal hüququları müdafiəçilərinə dəstək verə bilər. Son zamanlar bir çox dövlətlər hətda ən xırda səbəblərə görə öz vətəndaşlarına şəbəkəyə qoşulma prosesində sərhədlər qoyurlar. Access Now təşkilatı keçən il bütün dünya üzrə internet bağlantısının dayandırılması barəsində 15 hal müşahidə etmişdir. Bu il isə göstərici 20 olub. Məsələn İstanbul-un hava limanında baş vermiş terror hadisəsində sonra bütün Türkiyə üzrə sosial mediaya giriş qadağası qoyulub. Bəhreyn və Hindistan-da isə yerli sakinlərin etirazlarından sonra mobil internet söndürülüb.

xaker

Bir ağıllı telefonun istehsal qiyməti əslində nə qədərdir? Həyatımızı smartfonlarsız təsəvvür etmək artıq mümkünsüz bir hal alıb. Belə bir vəziyyətdə bir də illik trendə ayaq uyduran istifadəçilər aylıq gəlirlərinin xeyli hissəsini telefonlara xərcləyirlər. Xüsusilə Azərbaycanda kreditə telefon alan xeyli insan var. Amerika qiymətlərinə görə 400$-a yüksək səviyyəli bir ağıllı telefon əldə etmək olar. Lakin, nəzərə alsaq ki, Amerikada yaşayış səviyyəsi və əmək haqqı kifayət qədər yüksəkdir. Ölkəmizə nəzər salsaq bu vəziyyətin bir qədər fərqli olduğunu görə bilərik. Belə ki, yaşayış və əmək haqqı səviyyəsinin Amerika və Avropadan geri qalmasına baxmayaraq, azərbaycanlı istifadəçilər smartfon modellərinin istifadəsinə görə heç də Avropa və Amerikadan geri qalmır. Nəyin bahasına olursa olsun, iPhone almağa can atan istehlakçı 12 ay həmin telefonun kreditini ödəməklə məşğul olur. Bu sindrom yeni telefon çıxana qədər uzunmüddətli bir dövrdə davam edir. Amerika qiymətlərini qoyaq bir kənara, rəsmi rüsumlar və vergilər tətbiq edildikdən sonra telefonlar demək olar ki, Azərbaycanda od qiymətinə satılır. Belə bir vəziyyətdə məntiqi olaraq heç düşündünüzmü ki, mənim aldığım cihazın maya dəyəri nə qədərdir? Elə isə gəlin bir neçə məşhur olmuş modellərin və ortalama bir ağıllı telefonun istehsal xərclərinə nəzər salaq. İEEE məlumatlarına görə bir telefonun istehsalı üçün bizə aşağıdakılar lazımdır: Kamera: iPhone 5 – 16$, iPhone 5s – 17$, iPhone 6 -17$, Galaxy S4 – 19$, Galaxy S5 – 20$. Prosessor (CPU) seti: iPhone 5 – 59$, iPhone 5s – 59$, iPhone 6 -57$, Galaxy S4 – 58$, Galaxy S5 – 47$. Ekran: iPhone 5 – 31$, iPhone 5s – 36$, iPhone 6 – 40$, Galaxy S4 – 38$, Galaxy S5 – 46$. Test üçün xərclər: iPhone 5 – 10$, iPhone 5s – 11$, iPhone 6 -12$, Galaxy S4 – 9$, Galaxy S5 – 10$. Yaddaş qurğuları: iPhone 5 – 15$, iPhone 5s – 15$, iPhone 6 -12$, Galaxy S4 – 19$, galaxy S5 – 12$. Digər elektronik avadanlıqlar: iPhone 5 – 49$, iPhone 5s – 50$, iPhone 6 -63$, Galaxy S4 – 42$, Galaxy S5 – 50$. Batareya: iPhone 5 – 9$, iPhone 5s – 9$, iPhone 6 -10$, Galaxy S4 – 11$, galaxy S5 – 13$. Sensorlar: iPhone 5 – 4$, iPhone 5s – 6$, iPhone 6 – 6$, Galaxy S4 – 4$, galaxy S5 – 6$. Toplam maya dəyəri: iPhone 5 – 201$, iPhone 5s – 211$, iPhone 6 – 228$, Galaxy S4 – 214$, galaxy S5 – 215$.

note-7

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register