Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Sizə yaxşı xəbərimiz var: iPhone 7-də 16 GB yaddaş olmayacaq! The Wall Street Journal-dan Joanna Stern, iPhone 7-də 16 GB-lıq daxili yaddaş seçiminin olmayacağını açıqladı. İllərdir iPhone istifadəçilərinin ürəyini üzən 16 GB-lıq daxili yaddaş seçimi iPhone 7 ilə birgə tarixə keçəcək. The Wall Street Journal-dan Joanna Stern, iPhone 7 modelinin yada hər hansı seriya ilə adlanacaq növbəti iPhone modelinin minumum yaddaş seçiminin 32 GB olacağını bildirib. Son zamanlar 16 GB-lıq daxili yaddaş iPhone-un axırıncı modelləri üçün heç də sərf edici deyildi. Çəkilən şəkillərin keyfiyyətli olması, 4K video çəkmək imkanı yaddaşın tez dolmasına səbəb olurdu. Hətta Cloud hesabları belə buna çarə olmurdu. Apple idarəedicilərindən olan Phil Schiller isə Cloud hesabnın bunun çarəsi olduğunu düşünürdü və qısa dildə desək iPhone 16GB-lıq mənasız yaddaş seçimi ilə istifadəçilərin əsəbini korlamaqla məşğul idi. Bu vaxta qədər istifadəçilərinə 16GB, 64GB və 128GB yaddaş seçimlərini təqdim edən Apple, 32 GB seçiminin olmadığı üçün bəzi istifadəçilərin məcburan 16Gb yaddaşa sahib iPhone modelini almasına səbəb olurdu.

iphone

Gözlənilmədən oldu: Samsung Galaxy Wide təqdim olundu. Samsung növbəti ağıllı telefonunu təqdim etdi, qiyməti və xüsusiyyətləri xəbərimizdə. Yəqin ki, Samsung da daxil olmaqla hamının fikiri avqust ayında təqdim olunacaq Samsung-un ənənəvi flaqman modeli olan Note 7-dədir. Buna baxmayaraq, Cənubi Koreyalı istehsalçı smartfonların istehsalına davam etməkdədir. Note 7 gözlənilən bir zamanda Galaxy Wide modeli təqdim olunaraq, satışa çıxdı. Galaxy Wide modeli gücün Snapdragon 410 setindən alacaq. Bir müddət əvvələ qayıtsaq bu CPU orta səviyyəli telefonlar üçün ideal olsa da , artıq qeyd edə bilərik ki, bu model müasir texnologiyalara ayaq uyduracaq gücdə deyil. Qrafik oynadıcı olaraq isə Snapdragon 410 setinin yanında Adreno 306 yer alır. 16 GB daxili yaddaşa sahib olan Samsung-un yeni modelinin ekran ölçüsü 5.5 düyümdür və HD keyfiyyətə malikdir. 13 meqapiksellik arxa, 5 meapiksellik ön kameraya sahib olan Wide modeli qutudan Android Marshmallow əməliyyat sistemi ilə çıxır. Enerji tutumu isə nə az nə çox 3000 mAh-dir. Hal hazırda Cənubu Kareya-da 275$ qiymətə satışa çıxan Galaxy Wide yaxın zamanda Avropaya və ölkəmizə də gələ bilər.

samsung

Virtual Reallıq bütün sahələrə sürətlə giriş etməkdədir. Belə bir sahələrdən biri də Porno-dur. Google-un son statistik açıqlamalarına görə VR Porno-ların axtarışı 2014-cü ildən bəri sürətlə artmaqdadır. Son illərin ən çox yatırım alan texnologiyalarından biri də məhz Virtual Reallıqdır. İnsanlar üçün yeni bir icad hesab edilən bu texnologiya sürtələ bütün sektorlara daxil olur. Oyun və film sahələrində sevilərək istifadə olunan bu texnologiya artıq Porno sənayesinə də sıçrayıb. 2016-cı ilin apel ayının statistikalarına görə Google-da axtarılan VR Porno kəliməsi, 2014-ci ilə nisbətədən 9900% çoxdur. Google statistikalarına görə VR, Porno sahəsinə eynilə oyun və filmlərdə olduğu kimi sürətlə giriş edir. SuperData şirkətinin proqnozuna görə önümüzdə ki, 5 il ərzində VR 40 milyard dollarlıq qlobal bir bazara sahib olacaq və burada əsas pay Porno-nun üzərinə düşəcək.

kate-upton-jennifer-lawrence-icloud-apple-hack

Yeni virus 10 milyon smartfona yayılıb. Android smartfonlarda yeni virus yayılıb. HummingBad adlı virus istifadəçi zərərli kodları olan saytlara daxil olan zaman smartfona yayılır. Bu virus çinli hackerlər tərəfindən yaradılıb və artıq bütün dünyada 10 milyona yaxın smartfona yayılıb. Check Point şirkətinin mütəxəssisləri HummingBad virusunu hələ bu ilin fevral ayında aşkar etmiş və onun nə dərəcədə yayılmasını müşahidə edirdilər. Bir neçə ay ərzində virusun yayılması o qədər də sürətli deyil idi. Lakin may ayının ortalarından başlayaraq virus dəhşətli epidemiya kimi yayılmağa başladı. Mütəxəssislərin verdikləri məlumata əsasən HummingBad virusu zəif nöqtələrdən istifadə edərək istifadəçinin hüquqlarını əldə edir. Bundan sonra o istənilən Android smartfonunda müxtəlif əmrləri yerinə yetirə bilir. Bunların arasında məlumatların pozulması və ya digər serverlərə göndərilməsi də var. Virus root giriş əldə edə bilməyəndə HummingBad istifadəçiyə yanlış sistem yenilənməsi haqqında bildirişlər göndərərək onu aldadır. Beləliklə sistem səviyyəsində icazəni alandan sonra hackerlər Android smartfon üzərində bütün nəzarəti ala bilirlər. Smartfona yayılandan sonra HummingBad digər tətbiqləri yükləyərək avtomatik olaraq reklam bildirişlərinə daxil olur. Check Point şirkətinin hesablamalarına əsasən bu üsulla HummingBad virusunu yaratmış hackerlər ayda 300.000 dollar vəsait qazanırlar. Sözügedən virusdan ən çox əziyyət çəkən ölkələr sırasında Çin, Hindistan, Filippin, İndoneziya və Türkiyə durur. Check Point-in fikrincə bu virus Çinin reklam və analitik agentliyi olan Yingmob tərəfindən yaradılıb. Çoxmilyonlu gəliri olan və Pekin-də əsaslanmış bu şirkət həmçinin reklam nümayişi və tracking üzrə leqal platformaların yaradılması üzərində də fəaliyyət göstərir. Mütəxəssislərin məlumatlarına əsasən HummingBad-in zərərli komponentlərinin yaradılmasının arxasında məhz Yingmob komandası dayanır.

xaker

iPhone istifadəçiləri orqan donorları olacaqlar. Apple şirkəti IOS 10 üçün insanlara orqanlarını bağışlamaq imkanını verəcək xüsusi tətbiq əlavə edəcək. Hər gün ABŞ-da orqan köçürülməsini gözləyən 22 insan vəfat edir. Hər 10 dəqiqə isə orqan köçürülməsinın gözləmə siyahısına yeni insan adı əlavə olunur. Potensial donorların diqqətini cəlb etmək üçün Apple IOS 10 əməliyyat sisteminə ABŞ-ın orqanlar üzrə donor qeydiyyat təşkilatına sürətli qeydiyyat imkanını əlavə edəcək. Yeni funksiya bütün iPhone-lara quraşdırılmış “Health” tətbiqinə əlavə olunacaq. Apple-ın fikrincə yeni funksiya indiki zamanda donor çatışmamazlığı problemini az da olsa aradan qaldıracaq. Apple şirkəti üçün bu məsələ çox önəmlidir. Belə ki, 2009-cu ildə Steve Jobs qaraciyər köçürülməsini uzun müddət gözləmək məcburiyyətində idi. Qeyd edək ki, IOS 10 bu ilin payız fəslində çıxmalıdır. Tim Cook-un sözlərinə əsasən yeni sistem şirkətin tarixində ən böyük yenilənmə olacaq.

iphone

Böyük Adron Kollayder sayəsində baş vermiş şok hadisə. BAK (Böyük Adron Kollayder) müşahidə mərkəzinin üzərində qeyri-adi təbiət hadisəsi yaradaraq Cenevrə sakinlərinin təəccübünə səbəb olub. BAK-da keçirilmiş təcrübələr zamanı müşahidə mərkəzinin üzərində şok hadisələr baş verib. Belə ki, göy üzündə buludlardan ibarət qasırğa yaranaraq sakinləri təəccübləndirib. Sözügedən hadisəni diqqətlə izləmiş bir çox şahidlərin fikrincə BAK-ın köməkliyi ilə digər kainat üçün portal yaradılıb. Lakin BAK-ın müşahidəçilər qrupu bildirib ki, göy üzündə baş vermiş bu qəribə hadisə mikrohissəciklərin yığılma təcrübəsi səbəbindən əmələ gəlib. Qeyd edək ki, bu qəribə hadisə 24 iyun tarixində baş verib.

Böyük Adron Kollayder

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register