Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

2015-ci ilin nəticələrinə görə, Rusiyada mobil onlayn oyunlar bazarının həcmi 20 faiz artaraq 10,6 milyard rubl və ya 166 milyon 420 milyon dollara çatıb. Bu barədə “Mail.Ru Group” şirkətinin apardığı araşdırmadan məlum olub. Rusiya onlayn oyunlar bazarının həcmi isə 51,9 milyard rubl və ya 814 milyon 830 min dollar təşkil edib. Bununla belə, mobil oyunlar bu bazarın beşdə birini, sosial oyunlar isə 24 faizini təşkil edir. Onlayn oyunlar arasında lider çoxistifadəçili oyunlardır. Bu oyunlar bazarın böyük hissəsini – 55-56 faizini tuturlar. Pul baxımından bu seqment 29 milyard rubla və ya 455 milyon 300 min dollara çatıb. “Mail.Ru Group” şirkətinin çoxistifadəçili oyunlardan gəlirləri 2015-ci ildə 6,3 faiz artıb. Bununla belə, bu ilin ikinci yarım illiyində ötən ilin analoji dövrü ilə müqayisədə gəlirin artımı 10,9 faiz təşkil edib.

Oyun

NASA-nın “Twitter” səhifəsi haker hücumuna məruz qalıb. Səhifəyə erotik məzmunlu fotolar yerləşdirilib. Səhifənin pornosaytları yaymaq məqsədilə hakerlər tərəfindən yaradılmış “pornobotlar” tərəfindən “sındırıldığı” müəyyən olunub. Sayta yerləşdirilmiş yarıçılpaq qız fotoları pornosaytlara aparan linklərlə müşayiət olunub. NASA mütəxəssisləri tez bir zamanda saytı bərpa ediblər. “Bizim səhifəmiz müvəqqəti sıradan çıxarılmışdı. Biz sizə yeni planetlərin kəşfindən danışmaq üçün yenidən öz işimizə qayıdırıq”, – deyə qurumun açıqlamasında bildirilib.

twitter

“Microsoft” “LinkedIn”i 5 milyard dollar baha alıb. İyun ayında məlum olub ki, “Microsoft” korporasiyası “Linkedİn” sosial şəbəkəsini 26,2 milyard dollara alır. Hazırda şirkətin bir səhminin qiyməti 196 dollar təşkil edir. Ancaq sosial şəbəkənin əldə olunması üçün ilkin müraciətdə tamamilə başqa qiymət göstərilib. Bir səhmin qiyməti 160 dollar olub. Bu şirkəti almaq istəyənlər çox olduğundan, “Microsoft” şirkəti bir neçə dəfə qiyməti qaldırmaq məcburiyyətində olub. Bu arada “LinkedIn” şirkətinin baş səhmdarı Reyd Hoffman “Microsoft” korporasiyasının baş direktoru Bill Geytslə görüşüb. Görüş zamanı başlanacaq saziş və Hoffmanın “Microsoft”un Direktorlar Şurasındakı üzvlüyündən söhbət açılıb. Rəqibləri şirkətin bir səhminə 200 dollar təklif etsə də, qalib “Microsoft” olub.

linkedi

“Huawei”in saxtakarlığı ifşa olundu. Çinin “Huawei” şirkəti özünün yeni “P 9” smartfonunun reklamında saxtakarlığa yol verib. Şirkətin yeni smartfon vasitəsilə çəkildiyini bildirdiyi fotonun əslində “Canon EOS 5D Mark III” professional kamerası ilə çəkildiyi bəlli olub. Bunu istifadəçilər üzə çıxarıb. Foto şirkətin “Google +” səhifəsində yerləşdirilib. Fotonun altında yazılıb ki, fotoqraf smartfonun “Leica” optikası ilə təchiz olunmuş ikili kamerası ilə zəif işıqlandırılmış yerdə yüksək keyfiyyətə nail olub. Lakin diqqətli istifadəçilər bu yalanı aşkara çıxarıblar, nəticədə şirkət sərt tənqidlərə məruz qalıb. Nəticədə “Huawei” fotonu silmək məcburiyyətində qalıb. Qeyd edək ki, “Huawei” özünün “P 9” flaqman smartfonlarını apreldə təqdim edib.

huaweihuawei1

Çinli Jie Baogang 7 ildir evində hazırladığı helikopteri nəhayət ki, sonlandırdı. Öz əl əməyi ilə hazırladığı helikopteri havalandıran Jie Baogang görünür işini uğurla sonlandırıb. Qeyd edək ki, Jie Baogang heç bir ali savadı yoxdur və helikopteri qarjda hazırlayıb.

Çinin məşhur online alış-veriş servisi olan Alibaba Group özünün ilk istehsalı olan ağıllı avtomobilin ön satışına start verib. İnternetə qoşulu olan RX5 adlı avtomobil Çin-in SAIC Motor şirkəti tərəfindən hazırlanıb. Off-road-un əsasında 2011-ci ildə təqdim olunmuş və bir çox yerli smartfonlarda istifadə olunan YunOS əməliyyat sistemi durur. 2015-ci ildə 40 milyon insanın istifadə etdiyi YunOS-u Alibaba Android və IOS-dən sonra üçüncü ən böyük platforma hesab edir. Məhz YunOS-un sayəsində RX5 bütün ağıllı funksiyaları yerinə yetirir. İlk öncə off-road öz sahibini smartfon və ya smart saata əsasən tanıya və ona görə sistemi ayarlaya bilər. RX5 öz yerini Wi-Fi və GPS-siz təyin edə bilən naviqasiya sisteminə sahibdir. Bunlardan əlavə olaraq RX5-in arxa görüntü güzgüsü və cihaz panelində sensorlar və 4 action kameralar quraşdırılmışdır. Həmin kameralar sayəsində 360 dərəcəli selfie fotolar və videolar çəkmək mümkündür. Yeni off-road 15.000 dollar dəyərindədir. Avtomobilin texniki parametrləri isə hələki bilinmir. Hər il bir çox avtomobillər internetə qoşulur. Bir sıra proqnozlara əsasən artıq 2020-ci ildə avtomobillərin 90%-i internetə qoşulu vəziyyətdə olacaq. Lakin internetə qoşulmuş avtomobillərin əsas mənfi cəhəti onların kiberhücumlar üçün əsas hədəf olmalarıdır. Buna görə də bir çox istifadəçilər internetə qoşulmuş avtomobillərə müəyyən şüphə ilə yanaşırlar. Bu baxımdan RX5-in nə dərəcədə uğurlu olacağını söyləmək çətindir.

ali baba ali baba1 ali baba2

Samsung şirkəti dünyada bir ilk olan UFS (Universal Flash Storage) standartı bazasında hazırlanmış yaddaş kartlarını təqdim edib. Yeni yaddaş kartları seriyası 32, 64, 128, 256 GB yaddaş həcmlərinə sahibdir. UFS smartfon və planşetlər üçün nəzərdə tutulmuş flash yaddaş bazasında məlumatların saxlanmasının yeni standartıdır. Yeni texnologiyanın hazırlanmasının əsasında V-NAND (3D NAND) texnologiyası durur. Bu üçölçülü flash yaddaş texnologiyası məlumatların yüksək sıxlıqla yazılması ilə fərqlənir. UFS standartında yaddaş kartına yazılmış məlumatların oxunma sürəti saniyədə 530 MB təşkil edir. Bu microSD-nin göstəricisindən 5 dəfə yüksəkdir. Başqa sözlə desək UFS 5 GB-lıq Full HD görüntülü filmi 10 saniyə ərzində ötürə bilər. MicroSD kart üçün isə buna 50 saniyə vaxt lazımdır. Yeni UFS kartlara məlumatların yazılma sürəti saniyədə 170 MB təşkil edir. Bu göstərici bazarda olan bütün microSD kartlarından (məsələn SanDisk Extreme Pro-da bu göstərici saniyədə 100 MB-dır) iki dəfə, qeyri-professional model kartlardan isə 7-8 dəfə böyükdür. UFS-in sürəti təqribi olaraq SSD ilə eyni səviyyədədir. Samsung-un verdiyi məlumata əsasən yeni kartları istənilən cihazda istifadə etmək olacaq. Qeyd edək ki, Galaxy S6 və S6 Edge artıq UFS texnologiyasını dəstəkləyir. Lakin onlara uyğun UFS kartlar hələki satışa buraxılmayıb. Bundan əlavə olaraq çox güman ki, yaxın zamanda təqdim olunacaq Galaxy Note 7 UFS texnologiyasını dəstəkləməyəcək. Bu ilin fevral ayında Samsung UFS 2.0 texnologiyası əsasında 256 GB həcmli ilk yaddaş çipinin istehsalına başlamışdır. Yeni məhsul gələcək smartfonlara rekord məhsuldarlıq təqdim edəcək. Bu rekord məhsuldarlıq hətda noutbook və PC-lərdə olan SATA interfeysli orta SSD yaddaş həcmlərinin göstəricilərindən də yüksək olacaq.

samsung

İki məşhur antivirus şirkəti birləşir. Avast antivirusunu istehsal edən Çexiyanın məşhur Avast Software şirkəti öz rəqibi AVG Technologies-i alıb. AVG-nin baş ofisinin Hollandiya-da yerləşməsinə baxmayaraq o həmçinin Çexiya-dada təsis edilmişdir. Avast AVG-nin hər bir səhminə 25 dollar ödəyəcək. Müqavilənin ümumi dəyəri isə 1.3 milyard dollar təşkil edəcək. Birləşmək üçün vəsaiti Avast şirkəti Credit Suisse Securities, Jefferies və UBS Investment Bank-ı özündə birləşdirən konsorsiumdan əldə etmişdir. Müqavilənin əsas məqsədi McAfee və Kaspersky kimi nəhənglər ilə uğurlu rəqabət aparmaq üçün məhsul və istifadə bazasının birləşdirilməsidir. Ümumilikdə isə Avst və AVG şirkətlərinin antiviruslarından 400 milyon insan istifadə edir.

Avast

Yeni Nokia modelinin ilk fotosu sızdırıldı. Nokia şirkəti öz mobil biznesini Microsoft-a 2013-cü ildə o şərtlə satmışdı ki, 2016-cı ilin sentyabr ayına kimi Nokia adı altında heç bir smartfon istehsal olunmasın. Next Power Up adlı mənbə isə Nokia P1 smartfonunun ilk fotosunu internetə sızdırıb. Güman olunur ki, məhz bu model 2016-cı ilin payızında Microsoft tərəfindən təqdim olunacaq. Smartfon iki rəngdə (çəhrayı və tünd-qırmızı) satışa çıxacaq. Onun texniki parametrləri hələki bilinməsə də fotodan smartfonun sadə dizayna sahib olacağı görünür. Çox güman ki, smartfon suya davamlı olacaq. Mənbənin verdiyi məlumata əsasən yeni smartfon InFocus/Sharp mühəndisləri tərəfindən hazırlanıb. Nokia P1-in hansı qiymətdə nə vaxt satışa çıxması hələki bilinmir.

nokia

Öz-özünü məhv edən foto və video göndərmək funksiyası ilə uğur qazanan Snapchat messengeri daha böyük auditoriyaya çatmaq üçün özünə yeni funksiya əlavə edəcək. Yaxın zaman ərzində Snapchat-a “Memories” funksiyası əlavə ediləcək. Yeni funksiya sayəsində çəkilmiş fotoları yaddaşa yazmaq asan və daha öncə çəkilmiş fotoları paylaşmaq olacaq. İstifadəçilər Snapchat-i ilk dəfə istənilən foto və video paylaşmaq üçün istifadə edəcəklər. Bura həmçinin digər tətbiqlər sayəsində çəkilmiş foto və videoları paylaşmaq da daxildir. Daha əvvəllər isə yalnız Snapchat vasitəsilə çəkilmiş foto və videoları göndərmək mümkün idi. Yeni funksiya sayəsində istifadəçilər Snapchat-ın məşhur xüsusiyyətindən uzaq olub foto və videolara Instagram-dakı kimi düzəliş edərək onları göndərə biləcəklər. “Memories” funksiyası ilə birlikdə Snapchat digər sosial şəbəkələr ilə rəqabət aparmağa hazırdır. Bu siyahıda isə əsas rəqib qismində təbii ki, Instagram dayanır. Qeyd edək ki, bu ilin may ayında Snapchat IOS platformasında ən məşhur tətbiqlər sırasında birinci yeri tutmuşdur. Snapchat hal-hazırda da gənclər arasında çox məşhurdur. Buna baxmayaraq onun məşhurluğu son 12 ay ərzində 25-44 yaş arası auditoriya hesabına böyüyür.

Snapchat

Mark Zuckerberg yeni layihəsi ilə bütün dünyaya internet paylayacaq. Facebook-un CEO-u Mark Zuckerberg şirkətin yeni layihəsini təqdim edib. Yeni layihə vasitəsilə Yer kürəsinin çətin əlçatan nöqtələrində yaşayan insanlar internetə qoşula biləcəklər. Bu işdə Facebook-a ayaqqabı qutusu böyüklüyündə olan OpenCellular adlı cihaz kömək edəcək. OpenCellular ənənəvi mobil rabitə infrastrukturunu əvəz edən baha olmayan cihazdır. Cihaz naqilsiz hotspot rolunu oynayaraq 10 km radiuslu əraziyə internet yaya bilir. OpenCellular-a eyni anda 1.5 min insan qoşula bilər. Yeni platforma open-source-dur. Yəni cihazda marağı olan istənilən şəxs və ya şirkət Facebook-un bu layihəsini təməl komponent kimi götürüb onu öz istəyinə görə ayarlaya və yeniləyə bilər. “Biz OpenCellular-ı open-source sistem kimi yaratdıq. Nəticədə şəbəkə operatorundan tutmuş istənilən müşahidəçi və ya sahibkar çətin əlçatan yerlərdə naqilsiz şəbəkələr yaradaraq onları idarə edə bilər” – deyə Mark Zuckerberg bildirib. “Ənənəvi mobil rabitə infrastrukturu çox baha başa gələ bilər. Bu baxımdan həmin infrastrukturu əlçatmaz yerlərdə yarada bilməyən provayderlər üçün bu cür hallar çətinliklər yaradır” – deyə Facebook-un mühəndislərindən biri qeyd edib. Qeyd edək ki, OpenCellular şirkətin buna bənzər digər layihələr sırasındadır. Belə ki, bu ilin yaz fəslində Facebook Terragraph və Project ARIES adlı iki layihəni də anons etmişdir. Bu layihələr şəhər rayonlarını sürətli və güvənli internetlə təmin etmək üçün düşünülüb. Terragraph qalın tikililər şəraitində olan rayonlarda Wi-Fi siqnalın ötürülməsi, ARIES isə uzun məsafələrə böyük həcmli məlumatların ötürülməsi üçün nəzərdə tutulub.

fb

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register