Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook Messenger”in “məxfi danışıqlar” funksiyasını istifadəyə veriləcək. Şifrəli danışıq funksiyasında mesaj oxunduqdan sonra itəcək və həmin mesajı “Messenger”də bir daha görmək mümkün olmayacaq. Buna baxmayaraq, “Facebook” rəhbərliyi bildirir ki, indiki danışıqlar və zənglər də ciddi qorunur. İstifadəçilər ən çox sağlamlıq və maliyyə məsələləri ilə söhbətlərin məxfi qalmasını istəyir.

mesencer

“iPhone” telefonları bir çox sınaqlardan keçirilib. Marneulifm xəbər verir ki, sözügedən telefon bu dəfə kola ilə sınağa çəkilib. Gəlin birlikdə izləyək:

Facebook hesablarını bu proqramla ələ keçirirmişlər. “Facebook” sosial şəbəkəsində “spam”ın köməkliyi ilə yayılan zərərverici proqram qısa müddət ərzində sosial şəbəkədə minlərlə istifadəçinin hesabını ələ keçirib. Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyindən verilən məlumatda bildirilir ki, hakerlər ələ keçirdikləri profil şifrələrini “like alveri” üçün istifadə ediblər. Hücum 24 iyun tarixindən başlanıb. Baxmayaraq ki, “troyan” “Google Chrome” və “Windows” istifadəçiləri üçün təhlükə yaradır. Bir neçə saat ərzində 10 mindən çox istifadəçi bu hücumun qurbanı olub. Hücumun ssenarisi 2 mərhələyə bölünür. Birinci mərhələ istifadəçinin haker tərəfindən “Facebook” vasitəsilə göndərdiyi məktubu alması və oradakı linki klikləməsi ilə başlanır. Məktubda istifadəçinin adının şərhlərin birində qeyd edildiyi bildirilir. Göndərilən məktub elə görünür ki, guya onu dostluğunuzda olan biri göndərib. Yükləndikdən sonra ikinci mərhələ işə düşür: “troyan” gizlicə şifrələri oğurlayan “Google Chrome” əlavəsini yükləyir və quraşdırır. “Google Chrome” əlavəsi istifadəçini bir də “Facebook”a daxil olmasını gözləyir və onu yenidən giriş etmək üçün məcbur edir. Daxil edilmiş istifadəçi adı və şifrəsi hakerlərə məxsus serverlərə göndərilir. Şifrə və logini əldə etdikdən sonra hakerlər “Facebook”da istifadəçinin adından fəaliyyət göstərə bilərlər. Əksər zərərçəkmişlər Braziliya, Peru, Ekvador və Venesueladan qeydə alınıb.

face spam

“Skype”dan istifadəçilərini sevindirəcək yenilik. “Skype” şirkətində istifadəçilərin bir-birinə göndərə biləcəkləri faylların maksimal həcmini artırmaq qərarına gəliblər. Bundan sonra hər bir istifadəçi həcmi 300 meqabaytı keçməyən məlumatları bölüşə biləcək. Daha əvvəl bu göstərici 100 meqabayt idi. Ancaq inkişafda olan texnologiyalar və cihazlarla “Skype” rəhbərliyi göndərilən məlumatların maksimal həcmini sürətin itirilməməsi şərti ilə artıra bilib. Bu hadisə serverlərin yüklənməsində əks olunmayacaq. “Skype”da əmindirlər ki, bu cür dəyişikliklər ümumilikdə bütün sistemə müsbət təsir edəcək və istifadəçilərə ünsiyyət qurmaqla bərabər, mühüm məlumatları bölüşmək imkanı verəcək. Əgər 300 meqabayt məlumatın göndərilməsi də kifayət etmirsə, “Skype” 5 qiqabayt məlumatı saxlamağa və ötürməyə imkan verən “OneDrive” xidmətindən istifadə etməyi məsləhət görüb.

skype

İnternet-avtomobil istehsal olundu. Çinin “SAİC Motor” avtomobil şirkəti və “Alibaba” şirkətlər qrupu dünyada ilk “Roewe City Rx5” adlanan internet-avtomobilini istehsal etdiklərini elan ediblər. Avtomobil sənayesinin nəhəngi və internet ticarət nəhəngi “Alibaba” şirkətlərinin dərin əməkdaşlığı Çin avtomobil sənayesinin yenidən qurulması və modernləşdirilməsi üçün olduqca mühüm əhəmiyyət kəsb edir. Məlum olub ki, “Roewe City Rx5” SAİC şirkəti tərəfindən layihələndirilib və tərtib edilib. Bura yeni enerji texnologiyaları və digər resurslar, “Aliibaba” əməliyyat sistemi də daxildir. Avtomobilin naviqatoru, musiqi əlavəsi və digər resurslarının internetə çıxışı mövcuddur və istifadəçilərə intellektual səyahət təqdim etmək üçün bütün onlayn və offlayn resurslar inteqrə olunub. SAIC və “Alibaba” üç növ belə avtomobil istehsal etməyi düşünür. Bunlar elektromobil, hibrid versiya və adi, benzinlə işləyən versiyalardan ibarət olacaq.  Bundan başqa, SAİC və “Alibaba” internet-avtomobilin tez-tez yenilənməsini planlaşdırırlar. Tədricən SAIC avtomobildə yeni enerji texnologiyaları, intellektual idarəetmə və digər perspektivli texnologiyaları tətbiq edəcək.

masin

Hərdən elə hadisələr baş verir ki, onların real olduğunu insan ağlı qəbul edə bilmir. Bu videoda təqdim edəcəyi hadisələri, bəlkə də, illər öncə kimsə danışsaydı, ancaq ironiya doğurardı. Amma texnologiyanın inkişafı ilə lentə alınan belə hadisələri indi həyəcansız izləmək mümkün olmur.

Tapançaya oxşar “iPhone” çexoluna görə güllələnə bilərdi. Londonun “Stansed” hava limanında polislər təyyarə sərnişinlərindən birinə az qala atəş açacaqdılar. Buna səbəb dəqiqliyi ilə əsl tapançaya oxşayan “iPhone” çexolu olub. “Silahı” görən hava limanının təhlükəsizlik əməkdaşları kişini saxlayıb və bildiriblər ki, o, özünü güllələnmək təhlükəsi ilə üz-üzə qoyub. Çünki onu asanlıqla terrorçu zənn edə bilərdilər. Öz sözlərini təsdiqləmək üçün Britaniya polisi hətta özünün “Twitter” səhifəsində təhlükəli çexolun şəklini də dərc edib. “Sizin qərar qəbul etmək üçün bir neçə saniyəniz var…” – deyə onlar şəkilin altından şərh yazıblar. Hazırda həmin kişiyə təhdidedici sözlərdən istifadə etmək və kobud davranışla bağlı ittiham irəli sürülüb. Bundan başqa, onu ictimai yerlərə odlu silahı imitasiya edən əşyaların gətirilməsi maddəsi ilə cəzalandıra bilərlər.

tapanca

“iPhone”ların satışı 26 faiz azaldı. Çində “iPhone”ların satış səviyyəsi 26 faiz azalıb. Belə bir nəticə ABŞ-ın “Strategy Analytics” agentliyinin mütəxəssisləri tərəfindən aparılan tədqiqatdan sonra əldə olunub. Analitiklərin məlumatlarına görə, Çindən olan istifadəçilər hələ də yerli istehsala üstünlük verirlər. Bu məhsullar aşağı qiymətədir və okeanın o tayındakı analoqlarından keyfiyyətcə geri qalırlar. Satış liderləri arasında mütəxəssislər “Huawei” şirkətini qeyd edirlər ki, bu ilin birinci yarısında bu şirkətin istehsalı olan smartfonlar 16,6 milyon nüsxə satılıb. İkinci yerdə 13,2 milyon ədəd cihaz satışını həyata keçirən OPPO şirkəti qərarlaşıb. TOP-3-lüyü “Xiaomi” şirkəti qapayır. Bu şirkət 12,8 milyon ədəd məhsulunu sata bilib. Dördüncü yerdə 12,5 milyon ədəd cihaz satışını həyata keçirən “Vivo” şirkətidir. “iPhone” isə Çində satış liderlərinin beşliyinin sonundadır. ABŞ şirkətinin bu il üçün satış göstəriciləri 11,5 milyon ədəd səviyyəsində olub.

iphone

Dünyada ən populyar smartfon hansıdır? Populyar “AnTuTu” bençmarkının tədqiqatçıları dünyanın müxtəlif regionlarında ən populyar smartfonların siyahısını təqdim ediblər. Ümumdünya reytinqində “Samsung” şirkətinin cihazları qələbə qazanıb. Birinci yeri Cənubi Koreyanın “Samsung Galaxy Note 5” fableti tutub. Ondan sonrakı yeri ötən ilki flaqman “Samsung Galaxy S6” tutub. Bu reytinqdə “bürünc” yeri “S6 Edge”nin əyilmiş ekranlı versiyası əldə edib. Ümumi siyahıda dördüncü yeri yenə də Cənubi Koreyanın uğurlu “Samsung Galaxy S7” smartfonu qərarlaşıb. Liderlərin ilk beşliyini isə Çinin “Xiaomi Redmi Note 3” smartfonu qapayır. Reytinqin altıncı sırasında “Samsung Galaxy S7 Edge” durur, onun ardınca isə “Meizu MX5”, LG G3 və “LeEcj 1S” smartfonları yer alıb. Sonuncu, onuncu yerə isə analitiklər “Meizu Metal” smartfonunu layiq görüblər. Xatırladaq ki, bu günlərdə populyar “AnTuTu” bençmarkının tədqiqatçıları bu ilin ilk yarım illiyinin ən güclü smartfonlarının reytinqini tərtib ediblər. Bu siyahıda bütün lider mövqeləri Çin cihazları tutub. İlk yeri 140 288 balla “OnePlus 3” flaqmanı yer alıb. Reytinqin ikincisi 138 706 bal səs toplamış “Vivo Xplay5 Ellite” olub. Bu siyahıda üçüncü yeri isə 138 026 xalla “LeEco Max 2” smartfonu tutub.

tel

Facebook məhkəməyə verildi. ABŞ Ədliyyə Nazirliyi məhkəmədə iddia qaldıraraq “Facebook”un vergi orqanları ilə məcburi əməkdaşlığının təmin olunmasını tələb edib. İddia ABŞ-da vergidən yayınmaq üçün şirkət aktivlərinin dəyərinin ciddi şəkildə az göstərilməsi ilə bağlı işin istintaqı çərçivəsində qaldırılıb. Belə ki, “Facebook” 2010-cu ildə öz aktivlərinin bir hissəsini, o cümlədən istifadəçi bazası, online platforma və qeyri-maddi mülkiyyət növlərini İrlandiyadakı filialına verib. Hüquq-mühafizə orqanları hesab edir ki, şirkət bu yolla ABŞ-dakı aktivlərinin dəyərini milyardlarla dollar azaldıb və vergidən yayınıb. Vergi orqanının müstəntiqi Nina Vyu Stoun bildirib ki, “Facebook”a şübhələri təsdiq və ya təkzib etmək məqsədilə lazımi sənədlərin təqdim olunması üçün 6 dəfə sorğu göndərsə də, şirkətdən cavab ala bilməyib. “Facebook”dan isə bildiriblər ki, şirkət öz biznesini mövcud qanunvericilik əsasında aparır.

facebook_21ery6f63563

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register