Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“Facebook” hesablarını ələ keçirən zərərli proqram aşkarlandı. “Facebook” sosial şəbəkəsində “spam”ın köməkliyi ilə yayılan zərərverici proqram qısa müddət ərzində sosial şəbəkədə minlərlə istifadəçinin hesabını ələ keçirib. Hakerlər ələ keçirdikləri profil şifrələrini “like alveri” üçün istifadə ediblər. Hücum 24 iyun tarixindən başlanıb. Baxmayaraq ki, “troyan” “Google Chrome” və “Windows” istifadəçiləri üçün təhlükə yaradır. Bir neçə saat ərzində 10 mindən çox istifadəçi bu hücumun qurbanı olub. Hücumun ssenarisi 2 mərhələyə bölünür. Birinci mərhələ istifadəçinin haker tərəfindən “Facebook” vasitəsilə göndərdiyi məktubu alması və oradakı linki klikləməsi ilə başlanır. Məktubda istifadəçinin adının şərhlərin birində qeyd edildiyi bildirilir. Göndərilən məktub elə görünür ki, guya onu dostluğunuzda olan biri göndərib. Yükləndikdən sonra ikinci mərhələ işə düşür: “troyan” gizlicə şifrələri oğurlayan “Google Chrome” əlavəsini yükləyir və quraşdırır. “Google Chrome” əlavəsi istifadəçini bir də “Facebook”a daxil olmasını gözləyir və onu yenidən giriş etmək üçün məcbur edir. Daxil edilmiş istifadəçi adı və şifrəsi hakerlərə məxsus serverlərə göndərilir. Şifrə və logini əldə etdikdən sonra hakerlər “Facebook”da istifadəçinin adından fəaliyyət göstərə bilərlər. Əksər zərərçəkmişlər Braziliya, Peru, Ekvador və Venesueladan qeydə alınıb.

facebook

“Skype” istifadəçilərin göndərəcəyi faylın həcmini artırdı. “Skype” şirkətində istifadəçilərin bir-birinə göndərə biləcəkləri faylların maksimal həcmini artırmaq qərarına gəliblər. Bundan sonra hər bir istifadəçi həcmi 300 meqabaytı keçməyən məlumatları bölüşə biləcək. Daha əvvəl bu göstərici 100 meqabayt idi. Ancaq inkişafda olan texnologiyalar və cihazlarla “Skype” rəhbərliyi göndərilən məlumatların maksimal həcmini sürətin itirilməməsi şərti ilə artıra bilib. Bu hadisə serverlərin yüklənməsində əks olunmayacaq. “Skype”da əmindirlər ki, bu cür dəyişikliklər ümumilikdə bütün sistemə müsbət təsir edəcək və istifadəçilərə ünsiyyət qurmaqla bərabər, mühüm məlumatları bölüşmək imkanı verəcək.  Əgər 300 meqabayt məlumatın göndərilməsi də kifayət etmirsə, “Skype” 5 qiqabayt məlumatı saxlamağa və ötürməyə imkan verən “OneDrive” xidmətindən istifadə etməyi məsləhət görüb.

skype

 

Robotlar işə qəbul olunur. İstehsal sənayesinə keçidlə bərabər robotlar gündəlik həyata tədricən daxil olmağa başlayıblar. Onlar hər zaman insanlara bənzəməsələr də, süni intellektə sahib cihazların xəstəxanalardan tutmuş dayanacaqlardakı işlərə qədər insanları əvəz etməsi normaya çevrilir. Marneulifm “Amerikanın səsi”nə istinadən xəbər verir ki, sənaye robotları çətin və təhlükəli işlərdə insanları tədricən əvəzləməyə başlayıb. Bunlara avtomobil və yə digər qurğular üçün minlərlə hissələri qaynaqlamalarını misal gətirmək olar. Daha təcrübəli olanları isə qatarların mühərrikləri kimi böyük əşyaların daşınmasında istifadə olunur. İndi isə avtomobili park etmək daha da asanlaşıb. Robot avtomobili heç bir zədə almadan insanın saxlamağa çəkindiyi yerdə saxlaya bilir. Çin firması Yefunq Avtomatlaşdırma Texnologiyası bildirir ki, onların robotu Geta avtomobili təhlükəsiz iki dəqiqəyə dayanacağa yerləşdirə bilər. Marko Vu: “Robot istənilən yerə bələdçisiz gedə bilər. Maşını saxlamaqda islahat yaradacaq.” Vu deyir ki, manevrlərdə vaxta qənaət etməklə yanaşı, park robotları 40 faizə qədər dayanacaqda yerə qənaət edir və bu böyük şəhərlər üçün çox əhəmiyyətlidir. İnsanabənzər digər robot isə Belçikanın Ostend şəhərindəki xəstəxanada müştəri xidmətçisi kimi işləməyə başlayıb. 1,2 metr hündürlüyündə Pepper robot Zora Bots tərəfindən qurulub. 19 dildə danışa bilir və uşaqlar hətta körpələrlə nece davranmağı bilir. Bieke Vandeputte: “O, onları qorxutmur. Bu, çox əhəmiyyətlidir. Xüsusən də uşaqlar üçün.” Pepersin işi xəstələrə xoş gəldin demək, məlumatlandırmaq və düzgün qəbul otağını göstərməkdir. Batareyası tam dolu vəziyyətdə Pepper 20 saat işləyə bilir. O, səs tonlarını və üz ifadələrini anlayır. İstehsalçılar deyir ki, onun əsas işi insanları xəstəxanada rahat hiss etmələrini təmin etməkdir.

robot

 

Skype-a faydalı funksiyalar əlavə olunub. Microsoft şirkəti Skype-da faylların göndərilmə mexanizmində dəyişiklik edib. Belə ki, artıq bir şəxs digərinə hər hansı bir faylı göndərən zaman onların hər ikisinin eyni anda online olmaları məcburi olmayacaq. Bundan əlavə olaraq göndərilən faylların həcmi də genişləndirilib. Skype-ın son versiyası 300 MB həcmli faylları göndərməyə imkan verir. Məlumata əsasən bu cür həcm testlər nəticəsində müəyyən edilib. Bir tərəfdən bu istifadəçilər üçün messenger-i daha rahat edir, digər tərəfdən isə serverlər yüklənməyə məruz qalmır. Beləliklə Skype-da göndərilən faylların həcmi 100 MB-dan 300 MB-a yüksəlib. Faylları həmçinin online olmayan şəxslərə belə artıq göndərmək mümkündür. Sənədlər, fotolar və digər fayllar Microsoft-un serverlərində 30 gün ərzində saxlanılır. Bununla yanaşı göndərilən fayllara olan linklər Skype istifadə edən bütün cihazlarda sinxronlaşdırılır. 30 gün ərzində istifadəçi istədiyi vaxt Skype-a daxil olaraq faylı yükləyə bilər.

skype1

iPhone 7 nə dərəcədə gözlənilir? Insurange2Go şirkəti tərəfindən aparılmış müşahidə çərçivəsində 1000 nəfər iPhone istifadəçisindən müsahibə alınıb. Məlum olub ki, onların yarısı iPhone 7-ni anonsdan sonra almağı planlaşdırır. 50% istifadəçilər məhz yeni çıxacaq iPhone-a üstünlük verirlər. 27% istifadəçi digər istehsalçı tərəfindən istehsal olunan smartfonu əldə etməyi, 19% istifadəçi Samsung məhsuluna keçməyi, 8% istifadəçi isə digər fərqli brend smartfonlara keçməyi planlaşdırır. Yerdə qalan 23% iPhone istifadəçisinin fikrincə isə hal-hazırda olan model onları tamamilə qane etdir və onlar yaxın zamanda yeni modelə keçməyi planlaşdırmırlar. Bunun isə əsas səbəbi iPhone 7-nin qiymətcə baha olacağıdır. Bununla yanaşı müsahibə alınmış bəzi istifadəçilər yeni modeli kredit ilə götürməyi planlaşdırırlar.

iphone

Huawei Nexus-un ilk fotosu sızdırılıb. MotoG3.com saytı Huawei tərəfindən hazırlanan yeni Nexus modelinin ilk fotolarını təqdim edib. Bundan əlavə olaraq cihazın bəzi texniki göstəriciləri də məlum olub. Fotoda əks olunmuş cihaz H1621+H1622 kod adını daşıyır. Qeyd edək ki, Nexus 6P modeli H1511+H1512 kod adını daşıyırdı. Fotolara əsasən məlum olur ki, yeni Nexus barmaq izi skanı funksiyasına sahib olacaq. O arxa paneldə kameranın aşağı hissəsinə yerləşdiriləcək. Smartfonun batareyasının enerji tutumu isə 3100 mAh təşkil edəcək. Yeni modelin dizaynı biraz qəribədir. Belə ki, metal korpusun aşağı və yuxarı hissəsində ona uyğun olmayan plastik oturacaqlar quraşdırılıb. Kameranın dizaynı isə 2-3 il bundan qabaq çıxmış digər Nexus modellərinə bənzəyir. Bundan əlavə olaraq bir neçə müddət bundan öncə HTC tərəfindən hazırlanan Nexus modelinin də fotoları təqdim olunmuşdur. Bu modelin dizaynı Huaweitərəfindən hazırlanan modelin dizaynından daha maraqlıdır. HTC Nexus-un dizaynını son fotoda görə bilərsiniz.

huawei

Facebook Telegram-ın vacib funksiyasını özündə tətbiq edəcək. Facebook gizli çatların yaradılması haqqında rəsmi olaraq bildirib. Yeni funksiya sayəsində xüsusi kodlaşdırma ilə qorunan mesajlara müəyyən vaxt limiti qoyduqda onlar lazımi şəxsə göndəriləndən sonra avtomatik olaraq pozulacaqlar. Məhz Telegram messengerindədə bu cür kodlaşdırma və gizli çatlar mövcuddur. Bu texnologiya həmçinin Facebook-a aid olan WhatsApp messengerindədə istifadə olunur. Məlumata əsasən sosial şəbəkədə Open Whisper Systems-dən olan həmin Double Ratchet protokolundan istifadə ediləcək. Həmin gizli yazışmaları hətda Facebook-un idarəçiləri belə oxuya bilməyəcəklər. Bu texnologiyaya əsasən kodlaşdırılmış yazışmaların açarları bir qayda olaraq həmin yazışmaları göndərmiş cihaza bağlı olacaq. Beləliklə əgər siz mesajın avtomatik olaraq pozulmasına qədər çata digər cihaz ilə daxil olsaz belə yazışmada göndərilmiş mesajları görə bilməyəcəksiz. Hələki gizli çat funksiyası test mərhələsini keçir və çox az adam üçün aktivdir. Yayın sonuna kimi Facebook bu funksiyanın auditoriyasını genişləndirməyi planlaşdırır.

facebook_wdy

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register