2015-ci ilin Parlament iclaslarında ən çox iştirak etməyən deputatlar arasında azərbaycanlı da var

Beynəlxalq Şəffaflıq – Gürcüstanın hesabatına əsasən 2015-ci ildə Parlamentdə 65 plenar iclas keçirilib, onlardan 19 növbədənkənar iclas olub. Hesabat dövründə Parlament bürosunun 129 və komitələrin 668 iclası keçirilib.
2015-ci ildə Parlament üzvləri üzrlü səbələrdən 2199 dəfə iclasda iştirak etməyiblər. Ancaq üzrlü olmayan səbəblərdən iclasda iştirak etməməyə görə deputatların maaşının 10%-nin tutulması olmayıb.
2015-ci ildə plenar iclaslarda üzrlü səbəblərdən ən çox iştirak etməyənlər: Levan Bejaşvili – 70 iclas; Zurab Caparidze – 52 iclas; Azər Süleymanov – 45 iclas.
Mənbə: Netgazeti.ge
0 Comments