Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

“WhatsApp” kompüterdə necə istifadə edilir? Get-gedə istifadəçi sayı artmaqda olan votsap sosial şəbəkəsini kompüterdə də istifadə edə bilərsiniz. Təqdim etdiyimiz videoda ətraflı izləyin:

“İPhone 7″nin fotoşəkilləri yayıldı – Sentyabrda satışa çıxarılacağı gözlənilir. Apple şirkətinin sentyabrda tanıtacağı yeni modeli iPhone 7-ə aid olduğu iddia edilən fotolar internetə yayılıb.  Fotoşəkildə yeni modelin əvvəlkilərə nisbətən daha böyük bir arxa kameraya sahib olduğu görülür. NoWhereElse.com-a  istinadən xəcbər verir ki,  nəşr olunan fotoşəkillərdə antena xəttlərinin  iPhone 6s-dən fərqli olaraq kənarlarda olduğu diqqət çəkir. Apple bu xəbərə münasibət bildirməyib.

iphone

“WhatsApp” istifadəçilərinə bəd xəbər. Dünyanın ən populyar mobil mesajlaşma xidməti olan “WhatsApp” istifadəçilərinə bəd xəbəriiz var. Belə ki, “WhatsApp” bundan sonra  “Symbian”i əməliyyat sistemini dəstəkləməyəcək. Bu isə “Nokia” şirkətinin istehsalı olan köhnəlmiş modelli smartfon sahiblərini “WhatsApp”-dan istifadə etmək imkanlarından məhrum edir. Qeyd edək ki, “Symbian” əməliyyat sistemi ilə çalışan smartfonların sahibləri WhatsApp-dan artıq xəbərdarlıq mesajı alıblar.

whatsapp

Dünyanın ən populyar mobil messencer olan WhatsApp əfsanəvi əməliyyat sistemi olan Symbian-ı bundan sonra dəstəkləməyəcəyini bildirib. Bu isə Nokia şirkətinin istehsalı olan köhnəlmiş modelli smartfon sahiblərini WhatsApp-dan istifadə etmək imkanlarından məhrum edir. GSMArena-ya istinadən bildirir ki, Symbian əməliyyat sistemi ilə çalışan smartfonların sahibləri WhatsApp-dan artıq xəbərdarlıq mesajı alıblar. “Təəssüf hissi ilə sizə bildirir kii, 31.12.2016 tarixdən etibarən WhatsApp-dan istifadə edə bilməyəcəksiniz, çünki proqram əməliyyat sistemini dəstəkləməyəcək”, – xəbərdarlıqda deyilir.

nokia

iPhone-da problemlər yaranıb – DİQQƏTLİ OLUN. Engadget-ə istinadən bildirir ki, istifadəçilərin bəziləri Apple İD-nin parolunun sürəkli silindiyini və bu səbəbdən də yeni parolla qeydiyyatdan keçmək məcburiyyətində qaldıqlarını deyirlər. Digər istifadəçilər isə iOS10-un beta-versiyasını yüklədikdən sonra ikifaktorlu autentifikasiya sistemindəki nöqsanlarla üzləşdiklərini deyirlər. Onlar parolu bərpa edən iForgot servisinin işləmədiyini vurğulayırlar. Apple-in nümayəndələri problemlərdən xəbərdar olduqlarını deyiblər. iPhone sahiblərindən xahiş olunur ki, sosial şəbəkələr və Apple İD-dəki parollarını dərhal dəyişərək yeniləsinlər.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

ABŞ özəl sektorunun ən qabaqcıl texnoloji şirkətlərindən olan “SpaceX” və “Tesla”nın rəhbəri İlon Mask (Elon Musk) yeni gizli plan hazırladıqlarını bəyan edib. İ. Mask bunu özünün “Twitter” səhifəsində yazıb. O, planın təfərrüatlarını böyük ehtimalla bu həftə açıqlayacaqlarını bildirib.  Xatırladaq ki, İ. Maskın rəhbərlik etdiyi şirkətlər inqilabi yeniliklərə imza atır. “Tesla” dünyada elektromobil istehsalında lider firmalardan biridir. “SpaceX” tərəfindən hazırlanan “Falcon 9” raket daşıyıcısı isə kosmik fəzaya uçduqdan sonra yerə və okeandakı platformaya vertikal eniş etməklə, təkrar istifadə üçün yararlı vəziyyətdə qalır. Bundan başqa, İ. Mask “Hyperloor” vakuum qatarı layihəsinin də müəllifidir. İş adamı, mühəndis, ixtiraçı İ. Maskın sərvəti 12 milyard dollar həcmində qiymətləndirilir.

twitter

“OurMine” qrupunun hakerləri “Twitter” mikrobloqunun baş direktoru Ceksi Dorsinin “Vine” sosial şəbəkəsindəki akkauntunu sındırıblar. “Twitter” messencerinin baş direktorunun səhifəsində hakerlər mətn dərc edib. Mətndə deyilir ki, C.Dorsinin səhifəsi sındırılmayıb və təhlükəsizlik sınaqlarını keçir. Bununla bərabər, hakerlər mətnin yanında “OurMine” qrupunun saytına keçidə dəvət edən çağırış da dərc ediblər. Akkauntun sındırılmasından və orada postun yerləşdirilməsindən sonra onlayn qanun pozucularının Dorsinin “Vine”dəki səhifəsindəki bütün izləri tamamilə məhv edilib. Hakerlər qeyd edib ki, “Twitter”in baş direktorunun sosial şəbəkədəki akkauntu sındırılmaq üçün zəif mühafizəyə malik idi. Qeyd edək ki, “Vine” sosial şəbəkəsi “Twitter” şirkətinin törəmə xidmətidir. Bu sosial şəbəkədə istifadəçilər kiçik videofayllar yerləşdirə bilirlər.

twitter

“Barkly” tədqiqat şirkəti “Kovter” troyanının yeni versiyasının peyda olduğunu elan edib. Bu troyan “Firefox” axtarış proqramının yenilənməsi adı altında gizlənir. Zərərverici proqram təminatını hakerlər xüsusi “drive-by-download” hücumları vasitəsilə yayırlar ki, onlar da şəxsi cihazlara qarşı çox effektivdir. Kompüterin virusa yoluxması üçün internetdəki yoluxmuş hər hansı resursa daxil olmaq tələb olunur ki, burada onlara yenilənmə adı altında gizlənmiş ziyanverici proqram təminatını yükləməyi təklif edəcəklər. “Kovter” hətta fayllardan istifadə etmir və “Comodo” şirkəti tərəfindən istehsal olunduğu barədə legitim sertifikatı da mövcuddur. Ancaq bu sertifikat şirkət tərəfindən geri çağırılacaq.

for

“Vivo” şirkəti Çində ilk satış günündə 250 min ədəddən çox X7 smartfonunun satışını həyata keçirib. Bu günlərdə Çində “Vovo X7” smartfonlarının satışına start verilib. İlk gün ərzində qiyməti 375 dollar olan smartfonu 25 mindən artıq insan əldə edib. Analitiklərin fikrincə, cihazın belə tələbatlı olmasına səbəb şirkətin uğurlu reklamı və smartfonun içinin texniki tərəfdən yaxşı olması ilə izah olunur. Məlumdur ki, iyulun 15-dən etibarən “Vivo X7 Plus” smartfonunun yeni modifikasiyası satışa çıxarılacaq. Yeni smartfon metal korpusa, 5,2 düymlu displeyə malik olacaq və iki SİM-kartı dəstəkləyəcək. Həmçinin cihaz iki kamera və barmaq izləri skaneri ilə təchiz edilib.

vovo

Britaniya sakinlərini müşahidələrlə məşğul olan Britaniya Hökumət Rabitəsi Mərkəzinin saytında yeni təlimat dərc edilib. Təlimatda deyilir ki, hər bir insan sosial şəbəkələrdəki öz şifrələrini olduqca asan etməlidir. Bu onunla izah edilir ki, sadə şifrələr akkauntun sındırılmadan daha tez və daha yaxşı mühafizəsinə təminat verir. Bundan başqa, Britaniya Hökumət Rabitəsi Mərkəzi şifrələrin yaddaşda saxlanılması və yazılması ilə də bağlı məsləhətlər verib. Onları mətn rejimində saxlamaq olmaz və şifrələrin yenilənməsi ilə bağlı olduqca ehtiyatlı olmaq lazımdır. Çox qəliz və çətin yadda qalan şifrələri bir neçə yerdə yazmaq və ya istifadə etmək lazımdır.

sosial_2erfy36356

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register