Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Huawei şirkəti rəsmi olaraq yeni flaqman smartfonu olan Honor 8-i təqdim edib. Yeni smartfonun korpusu şüşə panellər ilə örtülmüşdür. Texniki göstəricilərə gəldikdə isə Honor 8 1920×1080 piksel keyfiyyətli 5.2 inç ekrana (ekran 2.5D ölçülü şüşə ilə qorunur), 8 nüvəli Kirin 950 prosessoruna, 3 GB RAM (32 GB daxili yaddaş), 4 GB RAM (32 GB daxili yaddaş), 4 GB RAM (64 GB daxili yaddaş) versiyalarına sahibdir. Smartfon ikili 12 MP-li arxa kamera ilə təchiz olunub. Arxa kameralar Sony IMX286 sensorlarını, lazer avtofokusunu və işıqlandırma funksiyalarını özündə birləşdirir. Arxa kameralardan biri ağ-qara, digəri isə rəngli fotolar çəkir. Bundan əlavə olaraq 1080p FHD və 720p 120fps slo-mo videoların çəkilişi dəstəklənir. Ön kameraya gəldikdə isə o 8 MP-dir. Həmçinin Honor 8 barmaq izi skanı funksiyası və iki SIM-kart özəlliyi ilə təchiz olunub. Qeyd etmək lazımdır ki, Honor 8 Android 6.0 Marshmallow əməliyyat sistemi üzərində çalışır. Smartfonun qiyməti isə onun RAM-nın və daxili yaddaşının həcmindən asılı olaraq dəyişir. Honor 8-in yaxın zamanda satışa çıxacağı gözlənilir.

huawei2 huawei1 huawei

CSO Online şirkətinin təhlükəsizlik üzrə mütəxəssisləri bildiriblər ki, hackerlər 40 milyon iCloud hesabını ələ keçiriblər. Məlumatlar kənar resursların sındırılması nəticəsində əldə olunub. Bir çox istifadəçilər “Find my iPhone” və “Find my iPad” funksiyaları sayəsində Apple cihazlarının deaktiv olunması haqqında sosial şəbəkələrdə şikayətlərini bildiriblər. Daha sonra istifadəçilər rus dilində qəribə mesaj alıblar. Mesajda hackerlər cihazların aktiv olunması üçün müəyyən vəsait tələb etdiklərini qeyd ediblər. Bəzi mesajlarda isə əlaqə üçün xüsusi mail ünvanı qeyd olunub. İlk əvvəl bu hadisə yalnız bəzi istifadəçilərin başına gəlib. Lakin daha sonra istifadəçilərin sayı getdikcə artıb. Mütəxəssislər güman edirlər ki, hackerlər bir və ya bir neçə böyük internet servislərin məlumat bazalarını ələ keçiriblər. İlk öncə o istifadəçilər diqqətli olmalıdırlar hansıların ki, iCloud şifrələri digər internet servislərdəki (Facebook, LinkedIn, Tumblr, MySpace və s.) şifrələr ilə üst-üstə düşür. Əgər siz iCloud şifrənizə bənzər digər bir şifrəni kənar internet servislərdə istifadə etdiyinizi xatırlamırsınızsa onda şifrəni dəyişməyi tövsiyyə edirik. Belə ki, sözügedən istifadəçilərin iPhone və iPad cihazlarının uzaqdan deaktiv edilmə riski böyükdür. IOS-də şifrəni Apple ID-nin ayarlarında dəyişmək mümkündür.

iclod

Samsung rəsmi olaraq təsdiqləyib ki, Galaxy Note 7 smartfonunu iPhone 7-dən daha öncə təqdim edəcək. Yeni smartfonun iki əsas xüsusiyyətinə diqqət yetirərək şirkət “Unpacked” adlı prezentasiya üçün artıq dəvətnamələri göndərməyə başlayıb. Gözlənildiyi kimi Galaxy Note 7-nin təqdimatı 2 avqust tarixində Nyu-York şəhərində baş tutacaq. Paralel olaraq London və Rio-de Janeyro şəhərlərindədə bu barədə konfranslar keçiriləcək. Qeyd edək ki, smartfonun fotoları artıq daha öncə internetdə yayılmışdır. “Unpacked” tədbirinin dəvətnaməsi smartfonun yenilənmiş stilus-a sahib olacağına işarə edir. Bundan əlavə olaraq Galaxy Note 7 gözün qüzehli qişasının skanı funksiyasına da sahib olacaq. Samsung Galaxy Note 7 iki versiyada satışa çıxarılacaq. Onlardan biri 2.3 GHz tezlikli Snapdragon 821 prosessoru, digəri isə 2.6-2.7 GHz tezlikli Exynos 8 Octa 8893 prosessoru ilə təchiz olunacaq. Smartfon 6 GB-lıq RAM-a sahib olacaq. Minimum yaddaş həcmi isə 64 GB təşkil edəcək. Bundan əlavə olaraq 128 və 256 GB-lıq versiyalar da satışa çıxacaq (microSD funksiyası dəstəklənəcək). Galaxy Note 7 2K keyfiyyətli 5.7 inç SuperAMOLED ekran, 12 MP-li arxa və 5 MP-li ön kamera, 3600 mAh enerji tutumlu batareya ilə təchiz olunacaq. Smartfon Android 6.0 əməliyyat sistemi üzərində çalışacaq. Cihazın yeni fotolarını sizlərə təqdim edirik.

samsung

Android cihazların istifadəçiləri yaxın zamanda Google Play servisində alınmış oyun, musiqi, filmləri ailə üzvləri və dostları ilə pulsuz paylaşa biləcəklər. Bunun üçün Google Play-ə “Google Play Family Library Plan” adlı funksiya əlavə ediləcək. Həmin funksiyaya 6 şəxsi əlavə etmək mümkün olacaq. Məlumata əsasən bu funksiyalı hesab yaradan şəxs müəyyən kontenti ailəvi siyahıdan çıxarda biləcək (məsələn uşaqlara uyğun olmayan musiqi və filmləri). Bu barədə Google-ın yaxın zamanda rəsmi açıqlama verəcəyi gözlənilir. Ailəvi plan funksiyasının istifadəsi üçün ayrıca heç bir ödəniş etmək lazım gəlməyəcək. Lakin alış-verişi reallaşdırmaq üçün bank kartı ortaq hesab siyahısına qoşulmalıdır. Qeyd edək ki, bu cür funksiyanı həmçinin Apple şirkəti öz App Store və iTunes servislərində istifadəçilərə təqdim edir.

google-play-store

Çinlilər, bir həftədir dünyanın gündəmini məşğul edən oyunun saxtasını nəhayət (!) hazırladı. Çinlilər, son bir həftədir görməkdən bezdiyimiz Pokemon GO’ya oxşar bir oyunu təqdim edib. City Spirit Go adı ilə çıxan oyun, ölkədə indidən məşhur olmağa doğru gedir. Eynilə Pokemon GO’da olduğu kimi City Spirit GO’da da qarşınıza çıxan personajları tutmağa çalışırsınız. Personajlar dizayn olaraq Pokemon’lara oxşasa da tamamilə eyni deyil. Oyunun Pokemon GO’dan ən böyük fərqi artırılmış reallıq yaratmaq üçün orijinalında olduğu kimi cihazın kamerasından istifadə olunmamasıdır.Çindəki App Store’da ən məşhur tətbiqlər arasına girən oyun, Sun Xiaoyu adındakı bir developer tərəfindən hazırlanıb.

gec-kalmistiniz-cinliler-pokemon-go-nun-da-sahtesini-yaptilar

Megaupload servisinin təsisçisi Kim Dotcom öz Twitter səhifəsində bildirib ki, məşhur servisi geri dönüş gözləyir. Megaupload bağlandığı gündən düz 5 il sonra yenidən istifadəyə veriləcək. Qeyd edək ki, faylların mübadiləsi servisi Megaupload sözügedən servislər arasında dünyada ən böyüklərindən biri hesab olunurdu. Planetin internet trafikinin 4%-i Megaupload-a məxsus idi. Onun istifadəçi bazası 100 milyon insan idi. Servisdən gündəlik isə 50 milyon insan istifadə edirdi. 2012-ci ildə servis bağlandı. Formal səbəb kimi piratçılara şəraitin yaradılması idi. ABŞ höküməti 2015-cildə vəkillərə xərclənmiş külli miqdarda vəsaitə görə özünü müflis elan etmiş Kim Dotcom-un hələ də ekstradisiyasına (cinayətkarın təhvil verilməsi) nail olmağa çalışır. Dotcom bildirib ki, Megaupload 20 Yanvar 2017-ci il tarixində (bağlanışıdan 5 il sonra) yenidən qayıdacaq. Serverlər isə ABŞ-dan kənarda yerləşdiriləcək. Servisdə nə vaxtsa hesabları olmuş istifadəçilərə Dotcom bonusların (Premium status, sərhədsiz trafik və məlumatların saxlanması üçün 100 GB yer) olacağını bildirib. Bundan əlavə olaraq Megaupload mobil cihazlar ilə sinxronlaşdırılacaq və Bitcoin valyutası ilə ödənişləri  qəbul etmə funksiyasına sahib olacaq.

mega

Stenford-un mərkəzində 7 iyul tarixində mühafizəçi robot 16 aylıq uşağı yerə yıxaraq üzərindən keçib. Uşağın anasının verdiyi məlumata əsasən robot ilk öncə onun oğlunu başından itələyərək yerə yıxıb. Daha sonra isə onun üzərindən keçib. Robotun 136 kq çəkidə olmasına baxmayaraq uşaq ayağındakı böyük cızıq izi ilə canını qurtarıb. Çox güman ki, robot uşağın boyunun balaca olmasından onu görməyib. Zərər çəkmiş uşağın anası düşünür ki, bu cür hallar bir daha baş verə bilər. Buna görə də K5 adlı robot mühafizəçinin təkmilləşdirilməsinə ehtiyac var. Sözügedən robot ətraf mühiti kamera, mikrofon və xüsusi skanerlər vasitəsilə incələyir. O avtonom rejimdə çalışdığı üçün onu mütamadi idarə etmək mümkün olmur. K5 robotunun hazırlanması və istehsalı ilə məşqul olan Knightscope şirkəti isə bu məsələ ilə bağlı hələki heç bir açıqlama verməyib.

Google Hangouts-un Android versiyasına videoların çəkilməsi funksiyası əlavə olunub. Bu funksiya IOS platformasından fərqli olaraq Android-ə iki illik gecikme ilə gəlib çıxıb. İki il bundan öncə IOS platformasına Google Hangouts vasitəsilə videoların çəkilməsi və göndərilməsi imkanı təqdim edildikdən sonra nəhayət ki, bu funksiya Android versiya üçün də əlavə olunub. Bundan sonra bütün Android smartfon istifadəçiləri Google-ın daxili servisləri sayəsində 1 dəqiqəlik videoları çəkərək onları istədikləri şəxslərə göndərə biləcəklər. Bunun üçün onlar Google Play-dən tətbiqin yenilənmiş versiyasını yükləməlidirlər. Qeyd edək ki, Google Hangouts özündə 3 mesajlaşma sisteminin (Google Talk, Google+ Chats, Google+ Hangouts) funksiyalarını özündə birləşdirən universal servisdir. Bundan əlavə olaraq bu servis sayəsində YouTube-da canlı yayımlar etmək mümkündür. Google ilk dəfə IOS platforması üçün Hangouts servisini 2014-cü ildə təqdim etmişdir. İlk baxışdan belə bir təəssürat yaranır ki, şirkət iPhone üçün tətbiqləri öz platformasından fərqli olaraq daha operativ yaradır. Lakin Hangouts-un yeni versiyası bu məsələdə hər iki platformanı eyni səviyyəyə yerləşdirir.

hangoust

Yaponiyanın “Nissan Motor” şirkəti bu ilin avqustunda “Serena” minivenlərini (kiçik furqon) satışa çıxarmağa hazırlaşır. Avtomobilin əvvəlcə yapon bazarına çıxarılacağı gözlənilir.”Nissan Serena” avtonom “ProPilot” kompleks idarəetmə sisteminə malikdir. Lakin onu tam avtopilot adlandırmaq olmaz. “ProPliot” sayəsində avtomobil yalnız magistral yollarda, seçilmiş zolaq üzrə müstəqil hərəkət edə bilər. Lakin döngələrdə və ya başqa zolağa keçmək lazım gəldikdə, sürücüyə ehtiyac duyulur. “ProPilot” bir növ adaptasiya olunmuş kruiz-nəzarət funksiyasıdır. Avtomobilin qiyməti 28 min dollar olacaq. “Serena” modeli “Nissan” üçün pilotsuz avtomobil bazarına giriş üçün ilk addımdır. 2017-ci ilin sonuna qədər konsernin pilotsuz “Qashqai” buraxmağa hazırlaşdığı barədə söz-söhbət yayılıb. 2018-ci ilin sonuna qədər isə yaponlar “ProPilot”a tam avtonom idarəetməni öyrədərək bu sahədə “Tesla” ilə rəqabətə girmək niyyətindədir.

nisan

ABŞ-ın “Microsoft” korporasiyası Finlandiyada mobil telefon istehsalı üzrə müəssisəsini bağlayacağını və 1300 işçini ixtisar edəcəyini təsdiqləyib. 2014-cü ildə “Microsoft” 7,2 milyard dollara “Nokia”nın mobil biznesini satın alıb. Nəticədə “Microsoft”un işçilərinin ümumi sayı 99 mindən 127 minə yüksəlib. Bu ilin may ayında “Windows” bazasında çalışan smartfonların payı dünya bazarında 1%-dən az olub və şirkət mobil telefon sahəsində çalışan 1850 işçisini ixtisara salacağını açıqlayıb.”Priory Consulting” firmasının analitiki Edde Mörfi bildirib ki, “Microsoft”un smartfonlar və əməliyyat sistemlərinin işlənib hazırlanmasına iri məbləğdə sərmayə yatırması doğru addımdır: “Onlar bu bazarın önəmini anladılar, lakin gecikiblər. “Apple” və “Android” cihazları bazarda dominantlıq edir”.

microsoft

“Apple” şirkətinin istehsalı olan qurğuların əməliyyat sistemləri üçün virusların sayı “Windows” sistemindən az olsa da, “iMac”, “MacBook” və s. istifadəçilər üçün təhlükə mövcud olaraq qalır. Bunu “Eset” antivirus şirkətinin ekspertləri bir daha təsdiq ediblər. “Eset”  mütəxəssisləri tərəfindən “Apple” şirkətinin “iCloud Keychain” servisindən parolları oğurlayan və cinayətkarlara yoluxmuş kompüterə müdaxiləyə imkan verən “Keydnap” adlı “Backdoor” proqramı aşkarlanıb. Mütəxəssislərin fikrincə, bu zərərli proqram fişinq məktubuna əlavə edilən ZIP arxivində yayılır. Arxivdə mətnli fayl və ya “JPEG” formatlı təsvir adı ilə gizlədilən oxunan “Mach-O” faylı var. Bildirilir ki, fayl arxivdən işə salınan zaman virus təsviri və ya mətnli sənədi açır və istifadəçi üçün hiss olunmadan sonradan qurbanın kompüteri barədə məlumatlar toplayan və filtrdən keçirən “Backdoor” quraşdırılır. Virus hazırkı istifadəçinin hüququndan istifadə edir, lakin “root” çıxış əldə etməyə çalışır və bu məqsədlə “Mac” kompüteri istifadəçisinin parolunu daxil etmək üçün pəncərə açır. İnzibatçı hüququ əldə edildikdən sonra zərərli proqram “iCloud Keychain” menecer parollarının içindəkiləri köçürür və informasiyanı cinayətkarların uzaq məsafədə yerləşən serverlərinə göndərir. Antivirus şirkəti “Backdoor”un müraciət etdiyi iki server aşkarlayıb.

apple-playstationa-ciddi-rakip-olmaya-hazirlaniyor-845338-664x354

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register