Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Pokemon Go oyunu  son zamanlar  bütün dünyada  ən çox  yüklənilən oyunlar  siyahısındadır. Bu  oyuna maraq ölkəmizdə də böyükdür. Oyun və yüklənilməsi haqqında  olan videoları  təqdim edir. Buyurun, izləyin:

 

Sentyabrın əvvəllərində Moskva yaxınlığındakı Kubinka şəhərində keçiriləcək “Armiya-2016” beynəlxalq forumunda Rusiyanın silahlı qüvvələri üçün nəzərdə tutulmuş perspektiv hava-kosmik təyyarəsinin mühərriki nümayiş olunacaq. Model artıq sınaqdan keçirilib və işlək olduğunu sübut edib. Marneulifm Daily Mail-ə istinadən bildirir ki, bunu Rusiyanın Strateji Təyinatlı Raket Qoşunlarının (STRQ) komandanı Sergey Karakayev deyib. Onun sözlərinə görə, kombinə olunmuş mühərrik təyyarəyə atmosferlə yanaşı, yaxın kosmosda da uçmağa imkan verəcək. Mühərrik STRQ-nin Hərbi Akademiyasının Serpuxov şəhərindəki filialında hazırlanıb. Filialda “kosmik ovçu” adlanan hipersəs sürətli strateji bombardmançı təyyarə də hazırlanır. 2020-ci ildə ilk modeli istifadəyə veriləcək təyyarə səmadan və kosmosdan zərbələr endirəcək. “Təyyarənin ağırlığı 20-25 ton, sürəti isə raket rejimində hipersəs həddində olacaq. Təyyarə kosmosa çıxaraq planetin istənilən məkanındakı yerə bir-iki saata çata biləcək”, – S.Karakayev söyləyib.

Dünyanın ən kiçik telefonu. Çinlilər yenə maraqlı bir telefon istehsal ediblər. Şirkət nümayəndələrinin məlumatına görə, Card Phone adındakı telefon dünyanın ən kiçik kart telefonudur. Ovcunuzun içinə rahatlıqla yerləşə bilən telefonun qiyməti də özü kimi kiçikdir. Cəmi 14 dollar olan bu telefonun çəkisi isə 30 qramdır. Card Phone adlı telefona 200 nəfərə yaxın insanın nömrələrini qeyd etmək mümkündür. Telefonda eyni zamanda qulaqcıq vasitəsi ilə radioda musiqi dinləmək olur. 320 mA batareyaya sahib olan bu telefonun uzunluğu 85 mm, eni isə 55 mm-dir. Card Phone-nun yaddaşı isə 128 mb-dır.

tel tel2 tel1

MDB ölkələrində populyar olan “Odnoklassniki” sosial şəbəkəsi mobil “OK soobşeniya” adlı messenceri istifadəyə verməyə hazırlaşır. Pulsuz proqramın iOS və Android əməliyyat sistemləri üçün versiyaları var. Heç bir reklamın yer almayacağı “OK soobşeniya” istifadəçilərə mesajlar, fotoşəkillər, videolar, audioməlumatlar və GİF-lərlə mübadilə etməyə imkan verir. Messencerdə stikerlərin pulsuz göndərilməsi funksiyası da olacaq. “OK soobşeniya”dan istifadə etmək üçün “Odnoklassniki” sosial şəbəkəsində qeydiyyatdan keçməyə ehtiyac olmayacaq.

odnoklassniki

iPhone-un qulaqcıqları dəyişdi. “Apple” şirkətinin sentyabrda təqdim edəcəyi “iPhone 7” modelinin dizaynı haqqında yeni xəbərlər yayılıb. Marneulifm xəbər verir ki, “Hürriyet”in məlumatına görə, yeni modelin qulaqcıq girişi fərqli olacaq. Belə ki, qulaqcıqlar üçün əlavə 3.5 mm-lik giriş olmayacaq. Qulaqcıqları smartfona qoşmaq üçün USB girişindən istifadə ediləcək. Qeyd edək ki, şirkət bu il telefonların dizaynında heç bir dəyişiklik etmədiyinə görə yeni modellər “iPhone 6s”lə eyni görünüşdə olacaq.

iphone2 iphone1 iphone

Şirkət uzun müddətdir təqdim etdiyi Instant Articles-ı Messenger platformasına gətirir. Instant Articles ilə istifadəçilər Facebook-da daxil olduqları linklər üzərindən (xüsusilə xəbər) orijinal  adresə gedib yüklənməsini gözləmək əvəzinə tətbiq daxilində linkdən məlumatı oxuya bilirlər. Beləliklə, istifadəçilər istədikləri hər hansı linkdəki məlumatları çox rahat və sürətlə  əldə edə bilirlər. Media qurumları ilə  əməkdaşlıq edən Facebook eyni zamanda həmin qurumlara da pul qazandırır. Şirkət indi də bu xidməti Messenger-ə gətirir. Bundan sonra Facebook Messenger üzərindən bir link yolladığınızda Instant Articles-ı dəstəkləyirsə, sürətli formada həmin məlumata çata biləcəksiniz. Android  üçün bu gün istifadəyə təqdim edilən xidmət  gələcəkdə iOS platformasına da gələcək.

face mes

Kibertəhlükəsizlk sahəsi üzrə mütəxəssislər hazırkı antivirus proqramlarının məlumatların saxlanılması və fərdi kompyuterin qorunması üçün zəmanət verməməsinə əmindirlər. Bundan başqa, belə proqramların bir neçə növü hətta virusun fərdi kompyuterə düşməsinə yardımçı olur. Bu yaxınlarda “Symantec” şirkətinin ciddi tənqid edilən proqram təminatı sınaqdan keçirilib. Belə ki, antivirusun tam versiyasının alınmasına sistemin tam skan edilməsinə, bütün modulların aktivləşdirilməsinə və proqram statistikasının tam mühafizəni göstərməsinə baxmayaraq, sistemin yoluxma ehtimalı çox böyükdür. Tədqiqatdan həmçinin məlum olub ki, əksər proqramlar özlərini antivirus kimi qələmə versələr də, kompyuterin təhlükəsizliyinə təminat vermir.

virus

Həvəskar kimyaçı mikrosxemlərdən qızıl əldə edib. YouTube-da Cody’s Lab adlı kanalı olan amerikalı həvəskar kimyaçı ev şəraitində kompüter mikrosxemlərindən qızılın necə əldə olunmasını göstərib. Prosesin detallarını gənc öz videosunda başa salıb. İlk öncə o mikrosxemləri parçalayaraq onları yandırıb. Növbəti mərhələdə o, alınmış qarışıqdan maqnit vasitəsilə dəmiri ayırıb və onu 1700 dərəcədə qızdıraraq tərkibindən qurğuşunu çıxardıb. Alınmış materialı gənc turşu məhlula yerləşdirərək onun tərkibindən misi elektroliz vasitəsilə çıxardıb. Bir neçə proses sayəsində isə gümüş və palladium kimi elementlər materialın tərkibindən ayrılıb. Beləliklə 4 kq köhnə kompüter mikrosxemlərini emal edərək gənc kimyaçı 40 mq (milliqram) qızıl əldə edib. Bu üsul ilə 1 qr qızıl əldə etmək üçün 1 sentner kompüter mikrosxemləri lazımdır.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register