Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Bu da oldu! iPhone 7-nin ilk videosu ortaya çıxdı. Apple-ın maraqla gözlənilən yeni smartfonu iPhone 7-nin yer aldığı ilk video yayımlanıb. İndiyə qədər bir çox Çin mənbələrindən sızan fotolarda iPhone 7-nin dizaynı ilə bağlı detallar ortaya çıxmışdı. Doğrudur, bu fotolardan bəziləri saxta olsa da, ard-arda başqa mənbələrdən sızan fotolar iPhone-da olan detalları ortaya çıxarır. Bu dəfə isə iPhone 7-nin yer aldığı bir video internet-ə sızdı. Yayımlanan videonun mənbəsi Çin sosial şəbəkəsi olan Wiebo olsa da, bu video görüntü ilk olaraq “techtastic.nl” saytında yayımlanıb. Hollandiya saytı olan bu internet portal son 2 gündür ki, iPhone 7 ilə bağlı sızıntıları yayımlayır. Videoya nəzər saldıqda isə 6 saniyəlik bu rolikdə iPhone 7-nin antena cizgilərinin kənara daşındığı, yeni arxa qapağının dizaynı və alt hissədə qulaqlıq girişinin olmadığı görünür. Bundan əlavə arxa kamera lensinin böyüdüyü açıq aydın görünür. Təqdimatına 2 aydan az bir müddət qalan iPhone 7 demək olar ki, artıq bütün detalları ilə məlum olub. Amma fikir bildirmək üçün hələ tezdir. Apple, mütləq təqdimatda sürprizlər edəcək.

McDonald’s mərkəzləri PokeStop olur. (Oyunun biznes modeli ortaya çıxdı). McDonald’s və Niantic arasında bağlanan müqaviləyə əsasən məşhur “fast food” şəbəkəsi olan McDonald’s mərkəzləri Pokestop-lara çevrilir. Son günlər gündəmdən düşməyən və sürətlə yayılan Pokemon GO oyunu hələ ki, ABŞ, Yeni Zellandiya və Avstraliyada aktiv olmasına baxmayaraq bütün dünyada maraqla oynanılır. Oyunda olan Pokestop-lar oyunçular üçün çox önəmlidir və dünən yayılan xəbərlərdə bu Pokestop-ları Niantic-in başqa şirkətlərə marketinq açarı olaraq satacağı haqqında məlumatlar yayılmışdı. Son yayılan məlumata görə isə McDonald’s və Niantic arasında əldə olunan razılığa əsasən McDonald’s mərkəzləri PokeStop-a çevriləcək. Təkcə Pokestop kimi istifadə edilməyən bu xüsusi yerlərdə Pokemon GO oyunçuları üçün əlavə imkanlar da təqdim olunacaq. Beləliklə, həm oyunçular, həm Niantic həm də McDonald’s qazanmış olacaq. Belə ki, oyunçular xüsusi Pokestop ərazilərini ziyarət etməklə əlavə üstünlüklərdən faydalanacaqlar. Bunun qarşılığında isə McDonald’s kifayət qədər müştəri cəlb etmiş olacaq. 3-cü tərəf olan Niantic isə bu müqavilədən xeyli pul qazanacaq. Bu müqavilədən sonra oyunun böyük bir biznes modelə sahib olduğu ortaya çxmış olur. Oyun daxili alış-verişlərdən oyunçulardan külli miqdarda pul qazanan Niantic yeni müqavilələri ilə B2B sektorundan da əlavə gəlir əldə edəcək. Müqavilənin detalları hələ ki, tam olaraq məlum olmasa da işin digər maraqlı bir tərəfi sosial təsiridir. Pokemon GO-nun ciddi olaraq kökəlməyə qarşı mübarizə apardığını nəzərə alsaq, oyunçuların McDonald’s kimi “fast food” satan məntəqlərə cəlb olunması müəyyən mənada məntiqsizlik yaradır. Çünki, həmin məntəqlərə gələn oyunçular yəqin ki, McDonald’s-dan nəsə alacaqlar və günlərini həmin məkanlarda keçirəcəklər.  Hələ ki, böyük ehtimalla ABŞ-da tətbiq olunacaq bu müqavilə qısa zaman ərzində bütün dünyada və ölkəmizdə də gözlənilə bilər.

McDonald's

Microsoft vacib məhkəmə prosesindən qalib ayrılıb. Nyu-York ştatının ikinci bölgə üzrə apellyasiya məhkəməsi qərar çıxardıb ki, Microsoft şirkəti ABŞ hökümətinə ölkə sərhədlərindən kənarda yaşayan istifadəçilərin elektron poçtlarındakı məlumatları təqdim etməyə məcbur deyil. Bu qərar həmçinin 2014-cü ildə məhkəmə tərəfindən qəbul edilmiş qaydaya əsasən şirkətin İrlandiya serverlərindəki istifadəçilərin məlumatlarını hökümətə təqdim etməsini də ləğv edib. Appelyasiya məhkəməsinin hakimi bildirib ki, 1986-cı ildən bəri qüvvədə olan bu qayda yalnız ABŞ daxilində yerləşən serverlərdəki istifadəçilərn məlumatlarına aiddir. Qeyd edək ki, aprel ayında Microsoft şirkəti konstitusiyanı pozduğuna görə ABŞ hökümətini məhkəməyə vermişdir. Şirkətin fikrincə hər hansı bir dövlət orqanı istifadəçinin məlumatlarını əldə etmək istəyirsə şirkət həmin istifadəçiyə bu barədə xəbər verməlidir.

microsoft

Telegram-da avtomobil nömrəsi vasitəsilə mobil telefon nömrəsini öyrənmək mümkündür. Məlum olub ki, avtomobil nömrələrini və onların sahiblərinin mobil nömrələrini Telegram messengerində tapmaq mümkündür. Bu funksionallıq artıq messenger üçün adətə çevrilən bot çatlar formasında reallaşdırılıb. Verilən məlumata əsasən bu barədə “Flacon” zavodunun baş dizayneri Yan Yarmoşuk öz Facebook səhifəsində qeyd edib. Yan-ın sözlərinə əsasən 14 iyul tarixində səhər saatarında ona tanımadığı nömrədən zəng gəlib. Həmin zəngdə onun tanımadığı insan Yan-ın avtomobilinin yerini dəyişməsini tövsiyyə edib. Belə ki, əks halda onun avtomobili ağac tərəfindən əziləcəkdi. Zəng edən şəxs başa salıb ki, o Yan-ın nömrəsini Telegram-da olan AntiParkon bot çatı ilə avtomobilin nömrəsi vasitəsilə tapıb. O bildirib ki, bot çatın təqdim etdiyi məlumatlar çox yararlı olurlar. Lakin botun məlumatları hardan əldə etdiyi naməlum olaraq qalır. Sözügedən bot çatın məlumatında isə qeyd olunub ki, o kənar məlumatlar bazasından və əməliyyatın yerinə yetirilməsi üçün mobil telefonun nömrəsindən istifadə etmir.

telegram

Avropa Komissiyası Google barəsində yeni ittihamlar qaldırıb. Avropa Komissiyası Google-a qarşı antimonopoliya işi üzrə yeni ittihamlar qaldırıb. Şirkətin cavab hazırlamaq üçün sentyabr ayına kimi vaxtı var. İstintaq çərçivəsində Google-a iki ittiham təqdim edilib. Onlardan biri internetdə axtarış təşkilatı üzrə davam edən istintaq məsələsi, digəri isə axtarış nəticələrinə reklamların yerləşdirilməsi üzrə antimonopoliya işi ilə bağlıdır. Avropa Komissiyası-nın hesablamalarına əsasən Google şirkəti informasiya axtarışı xidmətləri sahəsində Avropa bazarının 90%-ni tutur. Lakin ittihamlar bununla bağlı deyil. İttihamlar şirkətin öz xidmətlərindən suistifadə etməsinə əsasən tərtib olunub. Avropa Komissiyası-nın üzvü olan Margrethe Vestager-in fikrincə şirkət öz kommersiya tərəfdaşlarının reklamlarını axtarış nəticələri zamanı qəsdən təqdim edir. Bundan əlavə Vestager düşünür ki, Google axtarış nəticələri zamanı öz kommersiya tərəfdaşlarının reklamlarını yerləşdirərək həmin şirkətlərin saytlarındakı trafikin artmasına səbəb olur. Həmçinin Avropa Komissiyası internetdə flash reklamların yerləşdirilməsi rəqabəti üzrə də öz ittihamlarını əlavə edib. Komissiya-da olan məlumatlara əsasən Google istifadəçilərə öz reklam elanlarının minimal həcmini təqdim edərək texniki üsullar vasitəsilə rəqib şirkətlərin reklamlarına axtarış zamanı sərhəd qoyur.

Google

Nintendo öz məşhur konsolunun yenilənmiş versiyasını satışa çıxaracaq. Nintendo şirkəti bir vaxtlar məşhur olmuş Nintendo Entertainmnet Systems (NES) konsolunu yenidən satışa çıxardacaq. Qeyd edək ki, sözügedən konsol ilk dəfə 33 il bundan öncə satışa çıxmışdır. Yeni satışa çıxacaq versiya isə yığcam olacaq və NES Classic Edition adlandırılacaq. İlk NES 1983-cü ildə Yaponiya-da Famicom adı altında satışa çıxmışdır. Rusiya və digər MDB ölkələrində konsol “Dendi” adı altında tanınırdı. Konsol Nintendo tərəfindən 2003-cü ilə kimi dəstəkləndi. Beləliklə şirkət köhnə konsolun pərəstişkarlarını sevindirərək NES Classic Edition-u təqdim edib. Yeni versiya köhnə konsolun dizaynını təkrarlayır. Lakin ölçü baxımından ondan bir qədər yığcamdır. Komplektin daxilində gamepad, HDMI kabel və enerji adapteri olacaq. Bununla yanaşı Nintendo konsolun yeni versiyasının texniki göstəricilərini dəyişib. Belə ki, yenilənmiş versiyada görüntü analoqlu siqnal vasitəsilə deyil rəqəmsal siqnal vasitəsilə televizora ötürüləcək. Yenilənmiş NES kartric dəstəkləməyəcək. Bunun yerinə onun yaddaşına 30 oyun yazılacaq. Həmin oyunlar arasında Super Mario Bros, Pac-Man, Donkey Kong, Castlevania kimi məşhur seriyalar olacaq. NES Classic Edition-un standart komplekti $60 qiymətinə satılacaq. Lakin əlavə $10 ödəyərək istifadəçilər ikinci gamepad-ı da əldə edə bilərlər. NES Classic Edition-un satışları 11 Noyabr 2016-cı il tarixinə planlaşdırılıb.

nintendo

Hackerlər 2 milyon dollar oğurlayıblar. Hackerlər Tayvan-ın birinci kommersiya bankının bankomatlarından 2 milyon dollara yaxın vəsait oğurlayıblar. Bankomatların sındırılması üçün hackerlər xüsusi tətbiqlərdən istifadə ediblər. Yəni sındırılma prosesi üçün plastik kartlara ehtiyac qalmayıb. Hackerlər qısa müddət ərzində 30 bankomat sındırıblar. Hər bir bankomatın sındırılmasına isə 10 dəqiqə vaxt lazım olub. Hackerlər vəsaitləri bankomata zərərli tətbiqlər yükləyərək əldə ediblər. Həmin zərərli tətbiqlərin sayəsində onlar təhlükəsizlik səviyyələrini keçə biliblər. Bu məsələ ilə bağlı detallar açıqlanmasa da məlumdur ki, hackerlər smartfon və ya digər mobil cihazlardan istifadə ediblər. Dövlət orqanlarının verdikləri məlumata əsasən bu hadisə indiyənə kimi olmuş ən böyük oğurluq hadisəsidir. İstintaqçılar artıq bankomatların sındırılması və cinayətkarların tapılması üzrə araşdırmala başlayıblar.

xaker

Microsoft One Drive ödənişsiz yaddaş həcmlərini azaltmağa başlayıb. Microsoft keçən il sui-istifadə olunduğunu əsas gətirərək bulud yaddaş servisi olan One Drive’ın ödənişsiz yaddaş həcmini 15 GB’dan 5 GB’a endirəcəyini açıqlamışdı. İndi isə bəzi One Drive istifadəçilərinə gələn maillər artıq prosesin başlandığını göstərir. Mövcud ödənişsiz 15’lik yaddaş həcmi Microsoft’un məlumatına görə 13 İyul tarixində başlayan xəbərdarlıqdan sonra 27 İyulda 3 dəfə azaldılaraq 5 GB’a endiriləcək. Son xəbərdarlıq tarixi bitdikdən sonra bütün ödənişsiz One Drive hesabları 5 GB olacaq. İçərisində hələ də 5 GB’dan çox informasiyası olan hesablarda isə istifadəçi onları azaldana qədər upload sistemi işləməyəcək. Yəni yaddaşda artıq yer tutacaq fayllara istənilən an çatmaq olacaq, amma onların üzərinə hər hansı məlumat əlavə etmək mümkün olmayacaq. 1 illik müddətdən sonra isə əgər hələ də fayllar silinməyibsə, onda 5 GB`a enənə qədər bütün fayllar bir dəfəlik silinəcək. Microsoft’un bu qərarı nə qədər sərt görünsə də, qeyri qanuni paylaşımların qarşısını almaq üçün çox yaxşı addımdır. Bulud yaddaş servislərinin mövcudluğunu davam etdirməsi üçün onların pul əldə etməsi şərtdir. Əgər sizə 15 GB bəs edəcəksə, onda Google Drive və Yandex Disk kimi bir çox bulud yaddaş servisləri hələ  də ödənişsiz 15 GB’lıq yaddaş xidməti verir.

one drive

Pokemon GO Avropada yayılır. Yeni ölkələrdə rəsmi təqdim olundu. Pokemon GO oyunu Avropada yayılır. Oyun yeni ölkələrdə təqdim olunub. Son günlərin ən çox danışılan oyunu Pokemon GO oyunu sürətlə yayılmaqda davam edir. Dünən çıxan bir xəbərə görə xakerlər Pokemon GO serverlərinə hücum edərək bir müddət serverlərin nasazlığına səbəb olmuşdular. İlk olaraq Amerika, Avstraliya və Yeni Zellandiyada təqdim olunan oyun qeyri-rəsmi yollarla bütün dünyada sürətlə yayılmışdı. Server tərəfəfini gücləndirən Niantic bu dəfə oyunu Belçika, İtaliya, Portuqaliya, İspaniyada rəsmi olaraq App store və Play Store-da yayımlayıb. Digər bir tərəfdən önümüzdəki həftə oyun yeni ölkələrdə təqdim olunacaq.

pokemon

Instant Articles xüsusiyyəti Messenger`ə gəlir. Sosial media nəhəngi Facebook’un uzun müddət öncə istifadəyə təqdim etdiyi sürətli məqalə xüsusiyyəti olan Instant Articles, ayda 900 milyondan çox insana xidmət verən anlıq mesajlaşma platforması Messenger’a gəlir. Facebook içərisində xəbər oxumağı çox asanlaşdıran və bir mobil internet səhifəsinə nisbətdə xəbəri 10 dəfə sürətli açan Instant Articles xüsusiyyəti Messenger içərisində də bənzər şəkildə işləyəcək və dostlarımızdan gələn “şimşək” simvollu xəbərlər anlıq olaraq görüntülənəcək. Bu xüsusiyyət üçün öncəliyi Android’ə verən Facebook, iOS tərəfində isə qarşıdakı həftələrdə aktiv olacağını qeyd edir. Messenger`dən daim istifadə edənlər üçün olduqca xoş xəbər olması ilə yanaşı, Instant Articles xüsusiyyəti ilə mobil tarif planlarına da ciddi anlamda qənaət olunur.

instant-articles-ozelligi-messengera-geliyor

$80 dəyərində suyadavamlı smartfon. Kyocera şirkəti yeni büdcəli smartfonu təqdim edib. Hydro Shore adlanan model IP57 müdafiə səviyyəsinə sahibdir. Yəni smartfonu suyun 1 metr dərinliyində 30 dəqiqə müddətində saxlamaq mümkündür. Bundan əlavə olaraq smartfon nəm halda olduqda belə istifadəçi zənglərə cavab verə, mesajlar göndərə və tətbiqlərdən istifadə edə bilər. Texniki göstəricilərə gəldikdə isə Hydro Shore 5 inç qHD ekran, 1.1 GHz tezlikli Snapdragon 210 prosessoru, 1 GB RAM, 8 GB daxili yaddaş və 2160 mAh enerji tutumlu batareya ilə təchiz olunmuşdur. Smartfon 5 MP-lik arxa və 2 MP-lik ön kameraya sahibdir. Qeyd etmək lazımdır ki, Hydro Shore Android 5.1 Lollipop əməliyyat sistemi üzərində çalışır. Hydro Shore $80 qiymətində dəyərləndirilir və onu Walmart mağazalar şəbəkəsindən almaq mümkündür.

gleus7t

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register