Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

iPhone 7 ilə iPhone 6S qarşılaşdırıldı. Bir neçə gün öncə çoxlarının maraqla gözlədiyi Apple’ın yeni iPhone’u iPhone 7 ortaya çıxdı və telefonla bağlı bəzi detalları tam öyrənmiş olduq. Telefonla bağlı ən böyük iddia telefonda qulaqlıq girişinin olmaması ilə bağlı idi. Görüntülərdə və sızdılan videolarda həqiqətən də qulaqlıq girişinin olmadığını gördük. Dünən isə yenə iPhone 7’nin göründüyü, daha detallı bir video ortaya çıxdı. Videoda iPhone 6s ilə müayisə olunan iPhone 7 haqqında bütün məlumatlar detallı şəkildə izah olunur.

Nokia iki yeni Android telefonla gəlir. Gizmochina, Nokia’nın Android 7.0 Nougat əməliyyat sistemi ilə işləyən iki modeli təqdim edəcəyini açıqlayıb. Nokia önümüzdəki aylarda özünün 2 yeni modelini təqdim edə bilər. Nokia adı altında təqdim olunacaq bu 2 yeni model əslində 2 fərqli ekran həcminə malik eyni telefon sayılacaq. Hər iki model 2K ekran keyfiyyətinə sahib olacaq və Z-Launcherinterfeysi ilə Android 7.0 Nougat əməliyyat sistemində işləyəcək.Telefonlar bu rənglərdə olacaq. Bu modellər Snapdragon 820 prosessora, bütünlüklə metal gövdəyə ve suya, toza qarşı dayanıqlı IP68 sertifikatına sahib olacaq. Sızdırılan məlumatlar arasında ən önəmli detallardan biri isə cihazda 22.6MP əsas kamera olacağıdır. Nokianın bu modellərinin qiymətləri barədə isə heç bir məlumat yoxdur.

nokia

Xiaomi-nin yeni flaqman smartfonun göstəriciləri sızdırılıb. GizmoChina mənbəsi Xiaomi-nin yeni flaqman smartfonu Redmi Note 4-ün qutusunun fotosunu təqdim edib. Yeni smartfon hal-hazırda bazardakı ən güclü çiplərdən biri olan MediaTek Helio X20 ilə təchiz olunacaq. Redmi Note 4-ün təqdm olunmuş qutusunun fotosunda yeni smartfonun bütün özəlliklərini görmək mümkündür. Verilən məlumata əsasən 10 nüvəli Redmi Note 4 iki veriyada istehsal olunacaq. Onlar RAM və daxili yaddaş həcmlərinə görə fərqlənəcəklər. Belə ki, smartfonlardan biri 3 GB-lıq RAM-a (64 GB daxili yaddaş), digəri isə 4 GB-lıq RAM-a (128 GB daxili yaddaş) sahib olacaq. Smartfon 1920×1080 piksel keyfiyyətli 5.5 inç ekranla bir yerdə 13 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunacaq. Bəzi şaiyələrə əsasən arxada ikili kamera olacaq. Batareyaya gəldikdə isə Redmi Note 4-ün birinci versiyası 4000 mAh, ikinci versiyası isə 4100 mAh enerju tutumlu batareyaya sahib olacaq. Bundan əlavə olaraq smartfon iki SIM-kart və barmaq izi skanı funksiyalarını dəstəkləyəcək. Xiaomi Redmi Note 4 27 iyul tarixində rəsmi olaraq təqdim olunacaq. Çox güman ki, həmin tarixdə şirkət MacBook Air-ə bənzəyən nazik və yüngül noutbook-ları da təqdim edəcək.

xiomi

MacBook Air modelinin istehsalı dayandırılacaq? Verilən məlumata əsasən 2017-ci ildə satışa çıxacaq MacBook Air sonuncu model olacaq. Apple yüngül və nazik noutbooklar seriyasından imtina edərək öz diqqətini MacBook, MacBook Pro və iPad planşetlərində cəmləndirəcək. Qeyd edək ki, Apple 12 inç ekrana sahib MacBook-u 2015-ci ildə satışa çıxartmışdı. Keyfiyyətli ekrana və yüksək texniki göstəricilərə sahib cihaz ilk öncə MacBook Air-ə daha sonra isə digər istehsalçıların ultrabooklarına rəqib olmuşdu. Mütəxəssislərin fikrincə Apple Air seriyasından imtina edərək sadəcə MacBook və ya onun yenilənmiş veriyasını istehsal edəcək. Beləliklə şirkət çoxluqdan qurtularaq özü-özü ilə rəqabətdən azad olacaq. Bundan əlavə olaraq şirkət iPad planşetlərinin versiyaları üzərində çalışmağa davam edəcək. Çox güman ki, ən böyük diqqət iPad Pro seriyasına yönələcək.

MacBook

Sony`nin yeni Xperia modelinin görüntüləri sızdırılıb. Bir neçə gün öncə Sony Xperia ailəsinə aid yeni model haqqında internetdə GFXBench performans testi yayımlanmışdı. Bu dəfə isə telefonla bağlı görüntülər sızdırılıb. GSMarena’nın paylaşdığı və GFXBench testinə görə kod adının F8331 olduğu Xperia modeli yeni görüntülərə baxsaq ənənəvi Xperia dizaynlarından fərqli şəkildə dizayn olunub. Sentyabr ayında tanıdılması gözlənilən yeni Xperia modelinin ortaya çıxan xüsusiyyətləri isə belədir: 5.1 düym 1920x1080p ekran, 4 nüvəli 2.1 GHz Snapdragon 820 prosessor və Adreno 530 qrafik prosessor, 3 GB RAM və 32GB daxili yaddaş, Android 6.0.1 Marshmallow əməliyyat sistemi, 21 MP(5504×4128), 4K(3840×2160) video çəkə bilən arxa kamera, 12 MP(4160×3120), 4K(3840×2160) video çəkə bilən ön kamera. Daha əvvəlki sızıntılara görə bu cihazın F8331 kod adlı başqa bir versiyası daha olacaq. Bu versiyanın isə daha yaxşı xüsusiyyətlərə malik olacağı iddia olunur.

sony sony1

Whatsapp Beta`ya yeni yazı fontu əlavə olundu. Whatsapp Beta Android və iOS üçün yeni bir xüsusiyyət yayımladı. Whatsapp`ın 2.16.179 nömrəli versiyasında Beta istifadəçilərinə FixedSys adlı yeni yazı fontu təqdim olunub. Hal hazırda Android üçün Whatsapp`ın 2.16.133 və iOS üçün 2.16.6 versiyasında da bu fontdan istifadə etmək mümkündür. Bu yazı fontunu istifadə edə bilmək üçün mətnin əvvəlinə və sonuna  3 dənə ‘ işarəsini qoymaq lazımdır. Beləcə mesajınız daha geniş və iri həcmli görünəcək. Whatsapp`da daha əvvəl bold və italic tipli yazı fontları da mövcud idi. Whatsapp`ın bu yeniliklərini hamıdan əvvəl yoxlamaq üçün isə Whatsapp Beta proqramına üzv olmaq lazımdır.

whatsapp-fixedsys-font-for-android-and-ios

iPhone 7 üç fərqli modeldə gələ bilər. Apple’ın Sentyabr ayında rəsmi olaraq təqdim edəcəyi yeni telefonu iPhone 7, ortaya çıxan son görüntülərə görə üç fərqli versiyada qarşımıza çıxa bilər. Bu versiyalar sırası ilə 4.7 düym iPhone 7, 5.5 düym iPhone 7 Plus və 5.5 düym ekranlı iPhone 7 Pro adlana bilər. İddialara görə Apple, iPhone 7 Plus’ı eyni texniki göstəricilər ilə iPhone 7’nin böyük halı olaraq satışa çıxaracaq. iPhone 7 Pro isə optik zoom`a malik cüt lensli kamera ilə iPad Pro’larda da yer alan Smart Connector bağlantıyla üst seqmentdə yer alacaq. Hələ təqdim olunmasına 2 ay müddət varkən, hər gün yeni sızıntı ilə gündəmə gələn iPhone 7 ailəsi, daha əvvəl deyilən Apple A10 prosessordan gücünü alacaq və böyük ehtimalla 3.5mm qulaqlıq girişi mövcud olmayacaq. Dizaynlardan da gördüyümüz qədər anten xətləri istisna olmaqla iPhone 6 ilə eyni olan yeni telefonlar, rəng baxımından da sələfini təkrarlayacaq.

iphone

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register