Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Milyonlarla istifadəçisi olan “WhatsApp” mesajlaşma şəbəkəsi qadağa ilə üzləşib. Braziliyada məhkəmənin qərarından sonra “WhatsApp”dan istifadə qadağan olunub. Rio de Janeiro şəhərində hakim Daniela Barbosa də Souza, ölkədə həyata keçirilən bir istintaq zamanı  məlumatların yayılmaması üçün belə qərar verib.  “WhatsApp”  Braziliyada qadağan olunsa da,  digər tərəfdən də yeni xüsusiyyətlərini istifadəçilərinə təqdim etməyə hazırlaşır. Hər gün milyonlarla adam tərəfindən istifadə edilən “WhatsApp”  son zamanlar şifrələnmə və bir çox yeni funksiyaları  ilə diqqət çəkib. “WhatsApp”-ın  yaxında tam versiyada olması da gözlənilir.

whatsapp

2017-ci ildə satışa çıxacaq MacBook Air sonuncu model olacaq. Apple yüngül və nazik noutbooklar seriyasından imtina edərək öz diqqətini MacBook, MacBook Pro və iPad planşetlərində cəmləndirəcək. Apple 12 inç ekrana sahib MacBook-u 2015-ci ildə satışa çıxartmışdı. Keyfiyyətli ekrana və yüksək texniki göstəricilərə sahib cihaz ilk öncə MacBook Air-ə daha sonra isə digər istehsalçıların ultrabooklarına rəqib olmuşdu. Mütəxəssislərin fikrincə Apple Air seriyasından imtina edərək sadəcə MacBook və ya onun yenilənmiş veriyasını istehsal edəcək. Beləliklə şirkət çoxluqdan qurtularaq özü-özü ilə rəqabətdən azad olacaq. Bundan əlavə olaraq şirkət iPad planşetlərinin versiyaları üzərində çalışmağa davam edəcək. Çox güman ki, ən böyük diqqət iPad Pro seriyasına yönələcək.

MacBook

Nokia önümüzdəki aylarda özünün 2 yeni modelini təqdim edə bilər. Nokia adı altında təqdim olunacaq bu 2 yeni model əslində 2 fərqli ekran həcminə malik eyni telefon sayılacaq. Hər iki model 2K ekran keyfiyyətinə sahib olacaq və Z-Launcherinterfeysi ilə Android 7.0 Nougat əməliyyat sistemində işləyəcək. Bu modellər Snapdragon 820 prosessora, bütünlüklə metal gövdəyə ve suya, toza qarşı dayanıqlı IP68 sertifikatına sahib olacaq. Sızdırılan məlumatlar arasında ən önəmli detallardan biri isə cihazda 22.6MP əsas kamera olacağıdır. Nokianın bu modellərinin qiymətləri barədə isə heç bir məlumat yoxdur.

nokia

Microsoft öz yeni videoservisini təqdim edib. Microsoft şirkəti yeni korporativ videoservis Microsoft Stream-i təqdim edib. Yeni videoservisin sayəsində müəssisə əməkdaşları öz aralarında videolar paylaşa, onları bəyənə və onlar haqqında fikirlərini bölüşə bilərlər. YouTube və Vimeo-dən fərqli olaraq Microsoft-un məhsulu ilk öncə daha çox təhlükəsizlik üzərində qurulub. Microsoft-un vitse-prezidenti James Phillips-in sözlərinə görə Stream hər bir videonu ilə biznes sənəd kimi idarə edir. İstifadəçilər və IT administratorlar hər-hansı bir video hüquqları istədikləri digər şəxslərə ötürə, qruplar yarada və videonun təşkilatdan kənara çıxmaması üçün ona olan çıxışı məhdudlaşdıra bilərlər. Microsoft Stream artıq pulsuz beta versiya kimi aktivdir. Servisdə qeydiyyatdan keçmək üçün korporativ elektron poçtun ünvanı lazım olacaq. Stream artıq fəaliyyətdə olan Office 365 Video servisi üçün bir əlavədir. Nəticədə şirkət onları birləşdirməyi planlaşdırır. Gələcəkdə Stream-ə səsin mətnə çevrilməsi, avtomatik tərcümə, canlı yayımlar kimi funksiyalar əlavə olunacaq.

microsoft_stream

Çinlilər Opera-nı alırlar. Çin şirkətləri olan Kunlun və Qihoo 360-ın konsorsiumu Opera Software şirkətinin bir hissəsini alacaq. 600 milyon dollarlıq müqavilənin 31 Oktyabr 2016-cı il tarixinə kimi bağlanacağı güman olunur. Müqavilənin Çin tərəfi Opera brendinin hüquqlarına sahib olacaq. Burda əsasən söhbət web və mobil brauzerlərdən, lisenziyalaşdırma və proqram təminatı üzrə texnologiyaların hazırlanmasından (Opera TV bura daxil deyil) söhbət gedir. Bundan əlavə olaraq Çin tərəfi 29.09% hissə sahibi olacaq. Opera Mediaworks, Opera Apps & Games və Opera TV kimi yerdə qalmış aktivlər tamamilə ayrı bir biznesə çevriləcək. Həmçinin sözügedən müqavilənin bağlanmasından sonra 18 ay müddətində Opera öz brendindən istifadə edə biləcək. İlk öncə güman olunurdu ki, Çin konsorsiumu Opera Software-in bütün aktivlərini 1.2 milyard dollara əldə etmək istəyir. Lakin həmin müqaviləyə nizamlayıcı orqanlar tərəfindən razılıq verilməyib.

opera

“Prisma” Android-ə gəlib. Adi fotoları rəssamlıq şah əsərlərinə çevirən məşhur Prisma tətbiqinin yaradıcıları bildiriblər ki, tətbiq artıq Android platforması üçün aktivdir. Lakin tətbiq hələki Android platforması üçün beta versiya şəklindədir. Həmin beta versiyadan istənilən istifadəçi yararlana bilər. Prisma-nın beta versiyasından yararlanmaq üçün tətbiqin rəsmi saytında (http://prisma-ai.com/) qeydiyyatdan keçmək lazımdır. Əsasə səhifənin aşağı hissəsində “Sign up for news” düyməsi var. Həmin düyməyə klikləyərək ad və mail ünvanı qeyd edəndən sonra istifadəçi qeydiyyatdan keçmiş olacaq. Tətbiqə dəvətnamələr istifadəçilərə bu axşam göndəriləcək. Tətbiqin beta versiyasında artıq 35 ədəd filtr mövcuddur. Prisma ilə çəkilmiş fotolardan başqa cihazın yaddaşında olan fotoları da editləmək mümkündür. Filtr hər-hansı bir fotonu bir neçə saniyə ərzində editləyir. Daha sonra editlənmiş fotonu cihazın yaddaşında saxlamaq və müxtəlif sosial şəbəkələrdə paylaşmaq olar. Tətbiqin yaradıcıları qeyd ediblər ki, beta versiyada bəzi xətalar ola bilər. Beta-testlər isə məhz həmin xətaları üzə çıxarıb onları aradan qaldırmaq üçün nəzərdə tutulub.

Prisma

iPhone 7-nin yeni şəkilləri yayımlandı. TechTastic.nl saytı Çin əsaslı mənbələrdən iPhone 7-nin yeni görüntülərini yayımlayıb. Artıq sızıntıları ilə təqdimatına heç bir maraq qalmayan iPhone 7-dən demək olar ki, hər gün sızıntı ortaya çıxır. Son olaraq video görüntüləri belə sızdırılan bu model haqqında artıq bilmədiyimiz məlumatlar qalmayıb deyə bilərik. Bu dəfə isə yenə iPhone sızıntıları ilə məşhurlaşan bir mənbə TechTastic.nl  iPhone 7-nin növbəti görüntülərini yayımlayıb. Ənənəvi olaraq isə mənbə yenə də Çindir. Yeni şəkillərə nəzər saldıqda yayımlanan görüntülər, əvvəlki sızıntıları təsdiqləyir. Böyük ehtimalla şəkillərdə olan iPhone maketdir və işlək telefon deyil. Amma ümumi olaraq nəticə çıxarsaq gələn sızıntıların demək olar hamısı bir-birilərini təsdiqləyir və iPhone 7 böyük ehtimalla şəkildəki kimi olacaq.

iphone3 iphone2 iphone1 iphone

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register