Növbəti qurban Qafqaz Universiteti oldu

Qafqaz University

Qafqaz Universitetinin təsisçisi Azərbaycan Respublikasının Təhsil Nazirliyinə müraciət edərək bu gün universitetin bağlanması haqqında qərar qəbul olunduğu barədə məlumat verib.

Bu barədə Təhsil Nazirliyi özünün rəsmi saytında məlumat verərək bildirib ki, müvafiq rəsmi sənədlər nazirliyə daxil olduqdan sonra Qafqaz Universitetində təhsil alan tələbələrin təhsillərinin davam etdirilməsini təmin etmək məqsədilə Təhsil Nazirliyitərəfindən müvafiq işçi qrupu yaradılacaq və onların yerləşdirilməsi prosesi aparılacaq.

SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədov isə bildirib ki, Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verilib:

“Tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyət də fəaliyyətini davam etdirəcək”.

Bununla bağlı ictimaiyyətə əlavə məlumat veriləcək.

Mənbə: zim.az

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register