Qurbanlar sırasınada “Zaman-Azərbaycan” qəzetidə var
“Zaman-Azərbaycan” qəzeti fəaliyyətini dayandırıb.
Oxu.Az-ın məlumatına görə, saytın təsisçilərinin yaydığı bəyanatda bildirilir: “Son günlərdə regionumuzda baş verən hadisələr və bu olayların həssaslığının Türkiyə-Azərbaycan dostluq və qardaşlığına təsir edə biləcəyini nəzərə alaraq biz – “Zaman-Azərbaycan” qəzetinin təsisçiləri ictimaiyyətin nəzərinə çatdırırıq ki, Azərbaycan dövlətinin və dövlətçiliyinin yanında olduğumuzu bir daha nümayiş etdirərək bu gündən “Zaman-Azərbaycan” qəzetinin və zaman.az saytının fəaliyyətini dayandırmaq qərarına gəlmişik”.
Qeyd edək ki, saytda Rəcəb Tayyib Ərdoğanın əleyhinə yazılar yer alırdı. Azərbaycandakı “Zaman-Azərbaycan” qəzetinin saytı (zaman.az) bağlanıb.
Xatırladaq ki, zaman.az saytının ABŞ-da yaşayan Fətullah Gülənə bağlı olduğu deyilir.
Saytda iyulun 15-də Türkiyədə baş verən dövlət çevrilişinə cəhd hadisəsi ilə bağlı Fətullahçı Terror Təşkilatının (FETO) təbliğatına geniş yer verilir və prezident Rəcəb Tayyib Ərdoğanın əleyhinə yazılar yer alırdı.
Mənbə. oxu.az
Amil Məmmədov2286 Posts
0 Comments