Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

İsrail də “Pokemon Go”nu da – qadağan etdi. Qısa müddətdə bütün dünyada məşhurlaşan Pokemon Go oyunu ilə bağlı artıq bəzi ölkələr ölçü götürməyə başlayıb. Real həyatla virtual aləmə özündə birləşdirən oyunu oynamaq üçün istifadəçinin küçədə gəzməsi və gizli olan pokemonları tapması tələb olunur. İsrail hökuməti xaricdəki bütün səfirliklərinə və ölkə daxilində ordu hissələrinə “Pokemon Go” oynamağı qadağan edib. Xarici İşlər Nazirliyi qadağanı dövlət sirlərinə müdaxilənin qarşısını almaq üçün qoyduğunu bildirib. Müdafiə Nazirliyi isə bəyan edib ki, çox həssas hərbi sirlərin bu oyunla üstü açıla bilər. Hələ 2001-ci ildə pokemon cizgi filmi və oyuncaqlarının İslama zidd olduğu əsas gətirərək qadağan edən Səudiyyə Ərəbistanının Üləmalar Şurası Pokemon oyunlarının məşhurlaşmasından sonra yeni fətva verib. Reuters-in yerli mətbuata istinadən yayığı məlumata görə, Şuranın qərarına əsasən, bu cür əyləncələrdə İslam dinində qadağan edilmiş çoxallahlıq və mərc oyunları kimi elementlər var. Şura həmçinin hesab edir ki, pokemonların mutasiyası İslamda günah sayılan təkamül nəzəriyyəsinə istinadlar ehtiva edir.

pokemon

Artıq çamadan daşımaq məcburiyyətində qalmayacaqsınız. Uzun məsafəli səyahətlərə getmək və yeni yerlər kəşf etmək olduqca maraqlı olsa da, çoxlarımız çamadan daşımağı sevmirik. Olive adlı bu avtonom cihaz isə çamadanın bütün yükünü özü daşıyır və ağıllı xüsusiyyətləriylə səyahətlərinizi asanlaşdırır. Yeni istehsal olunan Olive adlı çamadan yükünüzü daşıyaraq sahibini yorulmağa qoymur. Üzərində insan skelet sistemini tanıya bilən bir kameranın iştirak etdiyi çamadan beləcə sahibini digər insanlardan asanlıqla ayırır və yanından bir an olsun ayrılmır. Eyni zamanda, Olive təyyarəyə gec qalma ehtimalı olduğunda sahibinə xəbərdarlıq edə bilir. Ağıllı telefondakı tətbiqlə əlaqəli olaraq çalışan çamadan pis niyyətli biri cihazı oğurlamaq istədiyi zaman həyəcan siqnalı verə bilir. Bütün bunlardan başqa istifadəçi uzaqdan bluetooth vasitəsilə çamadanın kilidini açıb-bağlaya bilir.

camadan camadan1 camadan2

ABŞ hərbçiləri “Android”dən imtina edir. ABŞ Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin Baş İdarəsi “Android” bazasında çalışan smartfonlardan imtina etməyə hazırlaşır. Amerikalı hərbi rəhbərlik “iPhone 6s”ə üstünlük vermək niyyətindədir. Hazırda hərbçilər “Android Tactical Assault Kit” adlanan sistemdən istifadə edir. Hansı Android-smartfondan istifadə olunduğu konkret bəlli olmasa da, bunun 2010-cu il tarixli “Samsung Galaxy Note” olduğu bildirilir. Onları “iPhone 6s”in modifikasiya olunmuş versiyası “iPhone Tactical Assault Kit” əvəz edəcək. İmtinanın səbəbi kimi cihazların qeyri-stabil fəaliyyəti göstərilir. Belə ki, onlar tez-tez donur və öz-özünə yenidən yüklənir. “iPhone 6s”də isə bu problem olmur.

abs

“Apple” bu noutbukların istehsalını dayandırır. “Apple” şirkəti 2017-ci ildə “MacBook Air” noutbuklarının sonuncu nüsxəsini buraxa bilər. Buna səbəb “iPad Pro” ilə bütün zəruri əməliyyatları həyata keçirməyin mümkünlüyüdür. Ekspertlərin fikrincə, “iPad Pro” bu əməliyyatları “MacBook Air”dən heç də pis yerinə yetirmir. Gələn il buraxılacaq sonuncu “MacBook Air” noutbuku yeni prosessor və böyük əməliyyat yaddaşı ilə təchiz oluna bilər. “MacBook” və “MacBook Pro” noutbuklarının istehsalı isə davam edəcək.

MacBook

“Nintendo” “Sony”ni geridə qoydu. “Pokemon Go” oyunun sayəsində tərtibatçı şirkət “Nintendo”nun bazar dəyəri dünyanın ən iri texnoloji şirkətlərindən olan “Sony”nin dəyərini üstələyib. “Nintendo”nun dəyəri 42 milyard dollara yüksəlib. “Sony” isə 38 milyard dollar məbləğində qiymətləndirilir. “Pokemon Go” oyunu istifadəyə verildikdən sonra “Nintendo”nun dəyəri azı 2 dəfə yüksəlib. Şirkət həm də bir gün ərzində satılan səhmlərin saytına görə Yaponiyada rekord əldə edib.  Qeyd edək ki, “Pokemon Go” dünyada sürətlə populyarlaşır. Hazırda oyun 35 ölkədə əlçatandır.

sony

Yeni virus banka zəngləri bloklayır. Bəzi istifadəçilər bank kartlarından pulların naməlum istiqamətdə yoxa çıxması problemi ilə rastlaşanda vəziyyəti aydınlaşdırmaq üçün bank əməkdaşlarına müraciət etmək məcburiyyətində qalır. Cinayətkarlar bunun qarşısını almaq üçün yeni üsul taparaq “Android” mobil əməliyyat sistemi üçün banka zəngi bloklayan “Android.Fakebank” adlı virus yaradıblar. Informasiya təhlükəsizliyi və informasiya mühafizəsi sahəsində proqram təminatının hazırlanmasında ixtisaslaşan “Symantec” şirkəti həmin virusun olması barədə 2013-cü ildə məlumat versə də, hazırda internetdə onun daha təkmil versiyası yayılmağa başlayıb. Məlumata görə, smartfona düşən virus istifadəçiyə pulların itməsini aydınlaşdırmaq və kartı bağlamaq üçün banka zəng etməyə imkan vermir. Əlbəttə, başqa telefondan istifadə etmək və ya banka getmək olar, lakin bu, cinayətkarlara daha çox pul oğurlamağa vaxt verir. Virusun indiyədək yalnız bir neçə regionda yayılması bildirilir. Qurğunu bu və ya digər virus yoluxmasından qorumaq üçün yeganə üsul kimi əlavələrin “Google Play” kimi yoxlanılmış mənbələrdən yüklənilməsi və digər istifadəçi rəylərinin öyrənilməsi göstərilir.

virus

Hakerlər: “Pokemon GO” oyununu məhv edəcəyik. “PoodleCorp” adlı hakerlər qrupu “Pokemon GO” oyununu məhv edəcəyini bəyan edib. Hakerlər gözlənilən hücumun vaxtını da açıqlayıblar – 1 avqust. Ötən həftənin bazar günü “Pokemon GO” əlavəsində problemlər yaranıb. Buna səbəb tərtibatçı şirkətin serverlərinin naməlum hakerlərin hücumuna məruz qalması göstərilib. Bununla bağlı məsuliyyəti “OurMine” haker qrupu üzərinə götürüb. Qrup iddia edib ki, hücumları xoşniyyətli olub. Məqsəd tərtibatçıların saytdakı boşluqları görməsi olub.

xaker

 

Ağ-qara şəkilləri “rəngləyən” xidmət. ABŞ-ın “Algoritmia” şirkəti ağ-qara şəkilləri “rəngləyən” onlayn xidmətini istifadəyə verib. Xidmət demos.algorithmia.com/colorize-photos ünvanında fəaliyyət göstərir. Ağ-qara şəkli rəngli şəklə çevirmək üçün sayta fotonu yükləmək və ya fotonun istinadını xüsusi sahəyə yazmaq lazımdır. Bu proses cəmi bir neçə saniyə vaxt aparacaq.

ag-qara

Facebook Messenger-in istifadəçi bazası 1 milyarda çatıb. Facebook Messenger-in aylıq auditoriyası 1 milyard istifadəçiyə çatıb. Beləliklə şirkət bildirib ki, Messenger sadəcə Facebook-un öz tətbiqindən geri qalaraq IOS platformasında ən çox tələb olunan tətbiqdir. Android platformasında isə Messenger milyard dəfə yüklənilib. Bu ilin yanvar ayında Messenger-dən 800 milyon insan istifadə edirdi. Aprel ayında isə bu göstərici 900 milyon oldu. Şirkətin öz statistikalarına əsasən Messenger üçün artıq 18.000 bot hazırlanıb. Onun istifadəçiləri gün ərzində 22 milyondan çox GIF formatlı fayllar, ay ərzində isə 17 milyard foto və milyard ismarıc göndərirlər. Qeyd edək ki, bu ilin fevral ayında Facebook-un digər messengeri WhatsApp milyard göstəriciyə nail olmuşdur. “WhatsApp-dan hal-hazırda 1 milyard insan istifadə edir. 1 milyard insanı bir araya yığan bir neçə servis mövcuddur” – deyə Mark Zuckerberg onda bildirmişdir. Facebook-un öz istifadəçi bazası isə keçən ilin noyabr ayında 1.5 milyard insanı keçmişdir. Şirkət Messenger-i inkişaf etdirərək ona yeni funksiyaları əlavə etməkdə davam edir. Bu yaxınlarda Messenger-ə gizli çatlar funksiyası əlavə olundu.

mesenger

Ən böyük torrent saytın yaradıcısı həbs olunub. Ən böyük torrent sayt olan KickAss Torrents (KAT) onun güman olunan yaradıcısının həbs olunmasından sonra offline rejimə keçib. Saytın sahibi 30 yaşlı ukraynalı Artyom Vaulin Polşa-da həbs olunub. Onu müəllif hüquqlarını pozduğu və pul oğurlamalarını gerçəkləşdirmək üçün sözləşmə günahları ilə ittiham edirlər. ABŞ-ın ədliyyə nazirliyi bildirib ki, onlar Vaulin-in ekstradisiyasına nail olmağa çalışacaqlar. Bəzi məlumatlara əsasən KAT-ın yaradıcısına 20 ilədək həbs cəzası düşür. Bundan əlavə olaraq Çikaqo-nun federal məhkəməsi Vaulin-in bank hesablarının bağlanması və KAT-a məxsus bir neçə domen adlarının (kickasstorrents.com və kat.cr domenləri də bura daxildir) çıxarılması haqqında qərar qəbul edib. Buna görə torrent sayt bəzən işləməyə bilər. Qeyd edək ki, KAT 2008-ci ildən fəaliyyət göstərir. Məlumatlara əsasən sayta gün ərzində milyon istifadəçi daxil olur. Bu isə onu internetin ən böyük torrent saytı edir. ABŞ-ın ədliyyə nazirliyindəki məlumatlara əsasən bu il sayt 16 milyon dollar gəlir əldə edib. Baş prokurorun sözlərinə əsasən KAT tərəfindən müəllif hüquqları barəsində yetirilmiş zərər 1 milyard dollar civarında qiymətləndirilir.

KickAss Torrents

Swiftkey öz yeni klaviaturası Swiftmoji-ni təqdim edib. Bir neçə müddət bundan öncə Microsoft tərəfindən alınmış Swiftkey şirkəti müqavilənin bağlanmasından sonra özünün ilk məhsulunu təqdim edib. Söhbət yeni ağıllı klaviatura Swiftmoji-dən gedir. Yeni klaviatura söz və cümlələri analiz edərək onlara uyğun emojilərin yerləşdirilməsini təmin edir. Swiftkey IOS və Android platformalarında aktivdir. Məsələn klaviaturada “viva la France” yazdıqda Swiftkey bir çox seçimlərdən əlavə Fransa bayrağını da təqdim edəcək. Hələki tətbiq ingilis dili ilə işləyir. Bundan əlavə olaraq Swiftmoji-nin funksiyaları onun işə salındığı platformalardan asılıdır. Belə ki, Android-də o standart klaviaturanı əvəz etdiyi halda Apple tərəfindən qoyulmuş məhdudiyyətlər səbəbindən yeni klaviatura yalnız emoji yerləşdirməyi bacarır. Swiftkey Android üçün ən yaxşı alternativ klaviatura yaratması ilə məşhurluq qazandı. Onun əsas özəlliyi istifadəçinin hansı sözü yazacağını sezə bilməsi və klaviaturaya daxil edilmiş sözlük vasitəsilə ən çox istifadə olunmuş sözləri ortaya çıxartmasıdır. Beləliklə istifadəçi sözlərin və cümlələrin sürətlə tərtib edilməsini reallaşdırır. Bundan əlavə olaraq Swiftkey o qədər ağıllıdır ki, istifadəçilərin sosial şəbəkə və mail ünvanlarındakı yazışmalara əsaslanaraq növbəti yazılacaq sözü tapa bilir. Tətbiq Facebook, Gmail, Twitter mətnləri, RSS kanallar və SMS-lərin köməkliyi ilə özü-özünü inkişaf etdirir. Təbii ki, təhlükəsizlik məsələlərinə görə bu məlumatlara girişi məhdudlaşdırmaq olar. Bu ilin fevral ayında Microsoft Swiftkey-i 4 milyard dollara almışdır.

Planeti bütün minalardan 10 il ərzində təmizləyəcək dron təqdim olunub. Niderland-dan olan startap Mine Kafon Drone (MKD) adlı yeni dron yaradıb. Yeni dron planetimizi bütün minalardan 10 il ərzində təmizləyə biləcək. Onun işi mina üzrə adi mütəxəssislərin cəlb olunmasından 200 dəfə daha ucuz başa gəlir. Həmçinin o 20 dəfə daha tez işləyir. Əvvəllər hərbi əməliyyatların keçirildiyi ərazilərdə 100 milyonlarla minalar qalıb. Həmin minalar gün ərzində minimum 10 insanın həyatına son qoyur. MKD onları 10 il ərzində deaktiv etmə potensialına sahibdir. Adi mütəxəssislərin köməkliyi ilə bu işi minlərlə il ərzində görmək olar. Dron kamera, robotlaşdırılmış əl və metal detektoru ilə təchiz olunmuş hepsakopter şəklindədir. MKD özü minaların olduğu ərazini aşkar edərək onları GPS vasitəsilə işarələyir. Daha sonra dron metal detektoru yerin səthindən 4 sm hündürlükdə tutaraq təkrar olaraq həmin ərazilərdən keçir. Əgər mina aşkarlanarsa dron onun yaxınlığında partlayıcı qurğu yerləşdirir və təhlükəsiz məsafəyə qədər uzaqlaşaraq minanı partladır. Layihə artıq lazım olan 70.000 avro vəsaitdən 14.000 avronu yığıb. Dronun yığılması üçün minimal komplekt 950 avroya başa gələcək. İnvestorlar şəxsi dronlarını 5000 avroya sifariş edə bilərlər. İrimiqyaslı satışda isə dron 4 dəfə baha satılacaq.

dron

Apple yeni məhkəmə prosesinə cəlb olunub. Apple şirkəti yenidən məhkəmə prosesi ilə qarşılaşıb. Bu dəfə istifadəçilər şirkəti patent hüquqlarının pozulmasında deyil, öz AppleCare zəmanət qaydalarının yerinə yetirilməməsi ilə bağlı ittiham edirlər. Apple-ı məhkəməyə vermiş Vicky Maldonado və Joanne McRight-ın sözlərinə görə şirkət onlara AppleCare zəmanət proqramı çərçivəsində yeni iPhone modelini təqdim etməli olduğu halda o təmir olunmuş iPhone modelini istifadəçilərə təqdim edib. Zəmanət xidmətinin şərtlərinə əsasən servis mərkəzində aradan qaldırıla bilinməyən problemin yarandığı halda şirkət istifadəçiyə həmin cihazın yenisini təqdim etməlidir. İstifadəçilər qeyd ediblər ki, onlar servis mərkəzinə gəldikləri zaman onlara yeni cihaz əvəzinə təmir edilmiş cihazları təqdim ediblər. Onların fikrincə bu cür hal zəmanət xidmətinin şərtlərinin pozulması deməkdir. Bundan əlavə olaraq Apple-ı təkcə zəmanət şərtlərinin pozulmasında deyil, həmçinin alış-veriş müqaviləsinin şərtlərinin pozulması, istifadəçilərdən məlumatların gizlədilməsi, yalançı marketinq, məhsul nişanlanması qaydasının pozulması ilə əlaqədar olaraq ittiham ediblər. Baxmayaraq ki, məhkəməyə iki alıcı müraciət edib, əgər məhkəmə işin nəticəsində alıcıları dəstəkləsə 11 İyul 2011-ci il tarixindən bu yana ödənişli AppleCare və AppleCare+ zəmanət xidmətini əldə etmiş bütün istifadəçilər şirkətdən kompensasiya tələb edə biləcəklər.

store

Xiaomi noutbooklarının texniki göstəriciləri sızdırılıb. 27 iyul tarixində Xiaomi şirkəti çox güman ki, Redmi Pro smartfonunu təqdim edəcək. Bir çox məlumatlara əsasən həmin gündə həmçinin şirkət öz ilk noutbooklarını da göstərəcək. Lakin onların texniki göstəriciləri artıq internetə sızdırılıb. Bir neçə müddət bundan öncə şirkət bildirmişdi ki, onun istehsal edəcəyi noutbooklar heçdə baha olmayacaq. Belə ki, noutbooklar aktiv sosial şəbəkə istifadəçiləri, məktəblilər və tələbələr üçün nəzərdə tutulacaq. Görünür bunun tam əksi olacaq. Çünki təqdim olunmuş texniki göstəricilər əslində büdcəli alıcı üçün nəzərdə tutulmayıb. Deməli birinci versiya olan MiBook Pro Intel Core i7 prosessoru əsasında qurulacaq. O 16 GB-lıq DDR4 RAM, 512 GB HDD, GeForce GTX970M videokartı və 15.6 inç ekranla təchiz olunacaq. Birinci versiya 1049 dollar qiymətinə satılacaq. İkinci versiya isə Intel Core i5 prosessoru əsasında yığılacaq. O 8 GB-lıq DDR 4 RAM və 256 GB HDD ilə təchiz olunacaq. Birinci versiyadan fərqli olaraq ikinci versiyanın qiymət strategiyası bir qədər sevindirir. Belə ki, ikinci versiya 599 dollar qiymətinə satılacaq. Bundan əlavə olaraq güman olunur ki, ya birinci versiya yadaki hər iki versiya 4K keyfiyyətli ekranlara sahib olacaqlar.

xiomi xiomi1 xiomi2 xiomi3 xiomi4 xiomi5 xiomi6

IOS 10 beta 3-də yeni faydalı funksiya aşkarlanıb. IOS beta 3 18 iyul tarixində təqdim olundu. Reddit istifadəçiləri sistem təminatını öz iPhone və iPad-lərinə yükləyərək yeni faydalı funksiyanı aşkar ediblər. Yeni funksiya cihazların zərər görməsinin qarşısını alacaq. IOS 10 beta 3 köhnə sistem təminatı versiyalarından fərqli olaraq cihazın Lightning girişində nəmişliyin olması haqqında məlumat verir. Sistem təminatının bu haqda necə məlumat alması barəsində Apple heç bir açıqlama vermir. Lightning girişində nəmişlik olarsa IOS 10 cihazın ekranına növbəti ismarıcı yerləşdirir. “Lightning aksesuarını söndürün. Lightning girişinə maye daxil olub. Sizin iPhone cihazınızı qorumaq üçün Lightning aksesuarını söndürün və girişin qurumasını gözləyin”. Sözügedən ismarıcı “Ignore” düyməsinə klikləyərək bağlamaq olar. Bu halda sistem məlumat verəcək ki, cihazın enerji yığması ona zərər verə bilər. Bir neçə vaxt bundan əvvəl məlumat yayılmışdı ki, iPhone 7 suyadavamlı korpus ilə təchiz olunacaq. Yeni aşkar edilmiş funksiya bu məlumatı biraz da olsun təsdiq edir.

aple

Google virtual muzeyi təqdim edib. Google şirkəti Arts & Culture adlı servisi təqdim edib. Bu servis istifadəçilərə dünyanın 1000-ə yaxın muzeylərindən olan rəqəmsal eksponatlarla tanış olmağa imkan verir. Tətbiqdə istifadəçi külli miqdarda şəkil, heykəltaraşlıq eksponatları, zərgərlik nümunələri və incəsənətin digər obyektlərini tapa bilər. Google təkcə Luvr kimi məşhur muzeylərdən deyil, digər az tanınmış yerlərdən də eksponatları bir araya yığıb. Bundan əlavə olaraq Google tətbiqə “ağıllı” axtarış sistemini də əlavə edib. Bu axtarış sistemi vasitəsilə istifadəçi təkcə müəyyən bir eksponatı deyil həmçinin onun haqqında məlumatları da əldə edə bilər. Bəzi incəsənət nümunələrini Google Street View köməkliyi ilə hər tərəfdən incələmək mümkündür. Google Arts & Culture tətbiqini artıq IOS və Android platformaları üçün pulsuz yükləmək olar. Bundan əlavə olaraq tətbiqin brauzer üçün olan versiyası da mövcuddur.

Edward Snowden istifadəçinin məlumatlarına nəzarət edən keys yaradır. Edward Snowden son illər ərzində bildirir ki, hökümətlər və böyük şirkətlər istifadəçilər haqqında külli miqdarda məlumatlar yığırlar. Hal-hazırda o Rusiya Federasiyasında yaşayaraq konsultasiya işləri və iPhone üçün xüsusi keysin hazırlanması ilə məşqul olur. Massaçusets Texnologiya İnstitutunun laboratoriyasında aparılmış müşahidələr əsasında iPhone üçün nəzərdə tutulmuş mini keys təqdim olunub. Həmin keys istifadəçinin məlumatlarının təhlükəsizliyinə nəzarət edir. Həmin keysi Edward Snowden MTA-nın (Milli Təhlükəsizlik Agentliyi) keçmiş əməkdaşı Andrew Huang ilə birlikdə hazırlayır. Qeyd edək ki, Endrew Huang Xbox konsolu və microSD yaddaş kartlarının təhlükəsizlik müşahidələri ilə məşhurdur. Snowden və Huang yeni keysi “özünü müşahidə mühərriki” adlandırırlar. Keys fiziki olaraq iPhone-nun daxilindəki antenlərə qoşularaq GPS, Wi-Fi, Bluetooth və mobil rabitə-nin çalışması haqqında məlumatları yığır. Cihaz məlumatların ötürülməsinə nəzarət edir və əgər şüphəli bir halla qarşılaşsa istifadəçiyə məlumat verir. Keys smartfonun arxa panelinin aşağı hissəsinə yerləşdirilən ekranından istifadə edir. iPhone üçün nəzərdə tutulumuş yeni keys hələki istehsalın ilkin mərhələsindədir. Huang hələki cihazın prototipini belə təqdim etməyib. Prezentasiyadan öncə o jurnalistlər ilə görüşərək bildirib ki, gələcəkdə cihazın Çin-dəki istehsal məsələsini yoluna qoyacaq.

ed

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register