Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Milyonlarla istifadəçisi olan “WhatsApp” mesajlaşma şəbəkəsi yeniliyi ilə davam edir. Aprel ayında  “Səsli Mesaj” və “Geri zəng” yeniliyini təqdim edəcəyi barədə məlumatlar verilib. Bu gün “WhatsApp”   WhatsApp, 2.16.189 beta funksiyası ilə istifadəçilərinə bu yeniliyi  təqdim etdi.  2014-ci ildə 21 milyon dollara “Facebook” tərəfindən alınan “WhatsApp”da davamlı yeniliklər davam edir. Yeniliklər sırasında qalın – maili yazmaq, sitat mesaj ilə cavab vermək, ucdan-uca mesaj şifrələmə və yeni yazı növü də var. Daha bir yenilik isə görüntülü danışmaq funksiyasının olacağı da gözlənilir. Yeni xüsusiyyətlərə görə, zəngə cavab verməsəniz “Səsli mesaj ” və “Geri arama”köməyinizə çatacaq. “Səsli  Mesaj”a səs ucaldan (diktofon)la da cavab verə bilərsiniz.

whatsapp

 

Zukerberq səmadan internet paylayacaq. Dünyanın ən böyük və ən populyar sosial şəbəkəsi olan Facebook pilotsuz uçan təyyarə olan “Aquila”nı uğurla sınayıb. Sınaqlar ABŞ-ın Arizona ştatının cənub-qərbində keçirilib. Dronun tammiqyaslı surəti aylardan bəri sınanırdı. Dünənsə qanadlarının ümumi uzunluğu Boeing 737-lə müqayisədə daha böyük olan dron səmaya qalxıb. Mühərrikləri Günəş batareyaları ilə işləyən dronun 1,5 saat davam edən uçuşunu Facebookun sahibi Mark Zukerberqlə yanaşı, mütəxəssislər komandası izləyib.

“Aquila”nın səmaya qalxması və enişi avtomatik rejimdə olub. Facebook-un “Aquila” layihəsinin məqsədi dünyanın ucqar bölgələrini Günəş batareyaları ilə işləyən dronlar və lazer şüaları vasitəsilə pulsuz internetlə təmin etməkdir. Facebook-un hesablamalarına görə, hazırda Yer sakinlərinin təqribən 10 faizi coğrafi, fiziki və hətta siyasi səbəblərdən internetdən yararlana bilmir.

 

“Whatsapp” daha iki yeniliyi istifadəçilərinə təqdim edir. Proqrama ötən ildən etibarən mesajlaşma xidməti ilə yanaşı, bir çox xüsusiyyətlər əlavə edilib. Son olaraq “Office” və “ZİP” sənədlərinin göndərilməsinin təmin edilməsindən sonra “Whatsapp”da iki mərhələli şəxsiyyəti təsdiq etmə sistemi istifadəyə veriləcək. “Whatsapp”a əlavə edilən son iki yenilik səsli zəngi inkişaf etdirmək üçün nəzərdə tutulub. Artıq “Whatsapp” zənglərində cavab verilmədikdə, ya da zəngdən imtina edildikdə ekranda “Geriyə zəng et” xəbərdarlığı olacaq. Başqa bir xüsusiyyət isə yenə eyni ekranda “Səsli mesaj yaz” xəbərdarlığı olacaq. İstifadəçilər səsli zənglərə cavab almadıqda dərhal səsli mesaj göndərə biləcəklər.  Qeyd edək ki, əvvəllər bu xidmətdən istifadə hüququ, sadəcə, məşhurlara, iri şirkətlərə və saytlara verilirdi və profilin kənarında göy rənglə işarə olunurdu. Profili təsdiqləmək üçün buraya klikləmək lazımdır.

whatsapp_for_android_beta

Çinin Aerokosmik Elmlər, Sənaye və İnformasiya Texnologiyaları Akademiyasının alimləri təbii günəş işığından daha parlaq işıq verən güclü Günəş simulyatoru yaradıblar. Diametri 5 metr təşkil edən qurğudan Mars planetinə göndəriləcək aparatların və kosmik zondların sınaqları zamanı istifadə planlaşdırılır. “Bu ölçüyə malik Günəş simulyatoru kosmos şəraitində günəş radiasiyasını çox gözəl imitasiya edir ki, bu da çinlilər üçün kosmik gəmilərin və planet aparatlarının tikintisi zamanı yaxşı yardımçı ola bilər”, – “Aerospace Knowledge” jurnalının baş redaktoru Van Yanan bildirib. Onun sözlərinə görə, günəş şüalanmasının intensivliyi belə aparatların istismar müddətinə və iş rejiminə təsir edən mühüm amillərdən biridir. Bütün işığahəssas avadanlıqlar, məsələn, fotoelektrik sistemlər və termotənzimləyici örtüklər istifadədən əvvəl Günəş simulyatoru vasitəsilə mütləq ilkin sınaqdan keçirlər. Belə qurğulardan, adətən kosmik aparatların yaradılması zamanı radiasiya təsirinə meylli materialların sınaqları, istilik balansının ölçülməsi və günəş batareyalarının yoxlanılması üçün istifadə olunur. Çinin ABŞ, Yaponiya və Fransa kimi kosmik məkanın tədqiqində lider olmamasına baxmayaraq,  ölkə tədqiqatçıları yeni kəşfin onlara bu istiqamətdə xeyli irəliləməyə kömək edəcəyinə ümid edirlər. Həmçinin Çin 2020-ci ilədək Marsa aparat göndərməyi, 2022-ci ilədək pilotlu kosmik stansiya tikməyi planlaşdırır.

internet

“Microsoft” korporasiyası “Skype” messencerinin müasir infrastruktura keçidini başa çatdırmasını açıqlayıb. Son bir neçə ildə servis “P2P” texnologiyasından istifadədən imtina edərək “bulud” serverinə üstünlük verməyə başlayıb. Bu məqsədlə korporasiya “Skype” xidmətinin “Windows Phone 8.1”, eləcə də “Android” sisteminin köhnə versiyalarının dəstəklənməsini dayandırmaq niyyətindədir. Bununla mütəxəssislər platformada mövcud olan bir sıra problemləri aradan qaldıraraq abunəçilərə xidmət prosesini yaxşılaşdırmaq əzmindədirlər. Məlumata görə, “Microsoft” “Skype”ın “Android 4.0.3”, “Windows 10/7/8/XP/Vista” və “iOS 8” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən qurğular üçün dəstəyi davam etdirəcək, lakin “Windows Phone 8” və Android”in daha köhnə versiyalarının istifadəçiləri gələcəkdə servisin son versiyalarından istifadə imkanından yararlana bilməyəcəklər. Bir müddət əvvəl “Microsoft”un vitse-prezidenti Qurdip Pall son bir neçə ildə “Skype”da məlumatların sinxronlaşdırılması və bildirişlərin yubanması ilə bağlı çoxlu problemlərin yaranmasına görə abunəçilərin şikayət etdiyini bildirib.

skype

Dünyanın iri texnoloji şirkətlərindən olan Cənubi Koreyanın “Samsung” korporasiyasının prezidentinin adı seks qalmaqalına qarışıb. Cənubi Koreyanın “NewsTapa” portalında gizli video çəkiliş yayılıb. Videoda “Samsung” prezidenti, 74 yaşlı Li Gon Xinin öz evində gənc qızlarla əyləndiyi görünür. Portaldan bildiriblər ki, onların əlində 2011-ci ildən 2013-cü ilə qədər çəkilmiş 5 videorolik var. Hər videolarda Li Gon Xi 20-30 yaş arası 3-5 qızla əylənir. Xanımların danışığından bəlli olur ki, onlar şirkət prezidentini əyləndirməyin müqabilində 4500 dollara qədər pul alıblar. “NewsTapa” bu videoları haradan və necə əldə etdiyini açıqlamayıb.  “Samsung” əməkdaşlarından biri deyib ki, bir neçə ay əvvəl naməlum şəxslər şirkəti prezidentin skandal videoları ilə bağlı şantaj etməyə çalışıb. Polis faktla bağlı təhqiqat aparır.

samsung

ABŞ-ın “Corning” şirkəti mobil qurğuların displeyləri üçün “Gorilla Glass” qoruyucu şüşəsinin beşinci nəslini təqdim edib.  “Gorilla Glass 5” əldən yerə düşərkən dözümlüyünə görə rəqib istehsalçıların texnologiyalarını və şüşənin əvvəlki nəslini (Gorilla Glass 4) üstələyir. Belə ki, keçirilən sınaqlarda yeni qoruyucu şüşə asfalta oxşar bərk nahamar səth üzərinə 1,6 metr hündürlükdən düşmələrin təxminən 80 faizinə dözməklə bu göstərici üzrə digər istehsalçıların nümunələrini dörd dəfə geridə qoyub. Qeyd edək ki, 2014-cü ilin sonunda təqdim edilən əvvəlki nəsil “Gorilla Glass” şüşəsinin düşməyə dözümlüyü bir metr hündürlükdən yoxlanılıb. Mütəxəssislər testin hündürlüyünü istifadəçilərin smartfonları çox vaxt bel və çiyin arasında yerə salmaları ilə əlaqədar artırıblar. Məlumata görə, yeni qoruyucu şüşə qurğunun displeyində keyfiyyətli təsviri və onun sensor səthinin toxunuşlara və mətnlərin çapına həssaslığını təmin edir. “Gorilla Glass 5” qoruyucu şüşəsi ilə təchiz edilən ilk mobil qurğuların bu ilin sonunda satışa çıxarılacağı gözlənilir.

Dünyanın ən məşhur sosial şəbəkələrindən biri sayılan Tvitter istifadəçilərinin istəyini nəzərə alaraq yenilik etməyə hazırlaşır. Yeniliyə əsasən, artıq hər kəs təsdiqlənmiş profil hesabı yarada biləcək. Qeyd edək ki, əvvəllər bu xidmətdən istifadə hüququ, sadəcə, məşhurlara, iri şirkətlərə və saytlara verilirdi və profilin kənarında göy rənglə işarə olunurdu.

twitter1

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register