Texno xəbər

Texno Xeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Çinin sosial şəbəkəsi olan Weibo-da Samsung Galaxy Note 7-nin yeni funksiyası olan göz qüşasının iş prinsipinin əks olunduğu ilk video yayımlanıb. Qeyd edək ki, smartfonun təqdimatı 2 avqust tarixində baş tutacaq. Təqdim olunmuş video sübut edir ki, smartfonun ön kamerasının yanında yerləşən göz qüşası skaneri çox sürətlə işləyir. Belə ki, smartfonun kilidinin açılması saniyə ərzində baş verir. Bir neçə müddət öncə isə skanerin interfeysinin fotosu yayımlanmışdır. Smartfonu bu üsulla kilidini açmaq üçün istifadəçi cihazı üzündən 25-35 sm uzaqlıqda tutaraq gözlərinin ekranda əks olunmuş dairələrə düşməsini təmin etməlidir. Bundan əlavə olaraq güman olunur ki, smartfon 6 GB-lıq deyil, 4 GB-lıq RAM-la təchiz olunacaq.

Ftb_hodor ləqəbli istifadəçi Reddit-ə onun Pokemon GO oyununda bütün pokemonları tutduğunu sübut edən foto yerləşdirib. İstifadəçinin bildirdiyinə görə onun kolleksiyasında 142 müxtəlif pokemon var. Digər pokemonlar isə ABŞ ərazisində deaktiv vəziyyətdədir. Oyun ABŞ-da  6 iyul tarixində təqdim olundu. Deməli istifadəçi 16 gün ərzində öz kolleksiyasını tamamlayıb. Ümumilikdə istifadəçi 153 km yol qət edərək aktiv olan 40 səviyyədən 31-ci səviyyəyə çatıb. O 4269 pokemon tutaraq 303 yumurta yaradıb. İndi isə o kolleksiyasını genişləndirmək üçün Avropa və Asiya ölkələrinə getməyi planlaşdırır. Digər istifadəçilər isə qeyd ediblər ki, onlar rahatlıqla 100-ə yaxın müxtəlif pokemonları əldə ediblər. Oyunçular pokemonları öz və qonşu şəhərlərdə tutaraq oyundakı bir çox funksiyalardan istifadə edib yüksək səviyyəyə çatıblar.

pokmengo

 

“Whatsapp”da artıq zənglərinizə cavab gəlmədiyi hallarda geriyə zəng yaxud səsli mesaj göndərmək xüsusiyyəti əlavə olunub. SMS-i bir növ tarixə çevirən internet üzərindən mesajlaşma servisi olan “Whatsapp” bir müddətdir ki, zəng funksiyasını da istifadəçiləri üçün təqdim edib. Son olaraq beta versiyasına gələn yenilənmələr isə sırf zəng xüsusiyyəti ilə bağlıdır. Belə ki, hər hansı bir şəxsə “Whatsapp” üzərindən zəng edən zaman həmin şəxsin online olmaması zəngin qarşı tərəfə çatmasına problem yaradırdı. Beta versiyasına əlavə olunan son yenilənmə ilə artıq istifadəçilər geriyə zəng və səsli mesaj funksiyalarından istifadə edə biləcəklər. Əvvəl Play Store-da beta testlərinə qoşulan istifadəçilər üçün açıq olan bu funksiya hal hazırda  2.16.189 seriyalı versiyada aktivdir.

whatsapp

Şüphəli və qatili tapmaq üçün polisə ölən adamın telefonunda olan məlumatlar lazımdır. Lakin, telefon baramaq izi ilə kodlanıb. Belə vəziyyətdə polis nə edəcək? Ağıllı telefonlarda təhlükəsizliyin təmin olunması və şəxsi məlumatların qorunması məqsədilə təhlükəsizlik tədbirlərinin artırılması bəzən problemlərə səbəb olur. Belə ki, Amerikada yaşanan bir cinayət nəticəsində polis şüphəli şəxslərin izinə düşmək üçün ölən adamın məlumatları və telefonuna baxmalıdır. Lakin telefon barmaq izi vasitəsilə kodlandığı üçün telefonu açmaq mümkün deyil. Ölən şəxsin telefonunun kilidini açmaq üçün polislər əllərində olar barmaq izi nümunələrindən yeni bir barmaq yaradaraq telefonun kilidini açmaq üçün araşdırma başladıblar. Bu araşdırma üçün polislərin ilk müraciət etdikləri yer isə  Michigan State Universiteti olub. Professor Anil Jain-a müraciət edən polislər barmaq izlərinin 3D çıxıntısı ilə yeni bir barmaq yaradıb kilidin açılıb açılmayacağı haqqında məlumat əldə ediblər. Professor və tələbəsi bu məqsədlə bir neçə həftə ərzində 3D çıxıntılar ilə saxta barmaq yaradacaqlar və telefonun şifrəsini açmağa çalışacaqlar. İşin pis tərəfi isə ölən adamın hansı barmağı ilə telefonu kodladığı məlum deyil. Buna görə də 10 barmaq üçün də bu iş həyata keçiriləcək.

barmaq izi

Apple-ın həyacanla gözlənilən yeni modelinin çıxış tarixi məlum oldu. 2016 Model iPhone-lar nə vaxt təqdim olunacaq? Avqust ayına girməyə az bir müddət qala artıq iPhone 7 üçün geri sayım başladı deyə bilərik. Biz günləri sayarkən demək olar artıq sızıntılarla iPhone 7 haqqında olan bütün məlumatlar ortaya çıxıb. Bütün detalları ilə istifadəçilərin həvəslə gözlədiyi iPhone 7-nin bu dəfə çıxış tarixi məlum olub. Mobil dünyanın sızıntı kralı olan Evan Blass Apple-ın son 5 ildə olduğu kimi, bu il də iPhone-ları sentyabr ayında təqdim edəcəyini açıqlayıb. Bununla kifayətlənməyən Evan Blass dəqiq tarix olaraq 12 sentyabr qeyd edib.

aplle

VHS (Video Home System) standartlı videomaqnitofonların istehsalı ilə məşqul olan yeganə şirkət Funai Electric Company bildirib ki, yaxın zamanda artıq köhnəlmiş texnikanın istehsalatını dayandıracaq. VHS videomaqnitofonların istehsalatının dayandırılmasının əsas səbəbi tələbatın çox az olmasıdır. Qeyd edək ki, Funai şirkəti 1951-ci ildə təsis edilmişdir. Şirkət irimiqyaslı istehlak cihazlarının istehsalı ilə məşğuldur. Bura müxtəlif kompüter cihazları, DVD playerlər, televizorlar və digər məişət texnikası daxildir. Öz ilk VHS formatlı videomaqnitofonunu Funai şirkəti 1984-cü ildə beynəlxalq bazara çıxartmışdır. 80-ci illərin sonunda isə Funai videomaqnitofon istehsalında ən böyük şirkət olmuşdur. Ən yaxşı vaxtlarında Funai bir ilə 15 milyon videomaqnitofon satırdı. Keçən il isə bu göstərici 750.000 idi. 1959-cu ildə dünyada ilk dəfə ikibaşlı maqnitofonu, 1976-cı ildə isə VHS videoyazısını reallaşdırmış JVC şirkəti 2000-ci ilin sonunda VHS formatlı videomaqnitofonların və kassetlərin istehsalını dayandırmışdır. 2002-ci ildə videomaqnitofonların istehsalını Sony, 2012-ci ildə isə Panasonic şirkəti dayandırmışdır.

sirket

1976-cı ilin yay fəslində Steve Jobs Steve Wozniak ilə birlikdə 176 ədəd Apple-1 platası sataraq indiki zamanda ən nüfuzlu texnoloji şirkətin əsasını qoymuşdurlar. Bugünki günə kimi orijinal cihazdan 60 ədəd qalmışdır. Onların hər birinin dəyəri yüz minlərlə dollar civarında qiymətləndirilir. CharityBuzz portalı Apple-1 kompüterinin nadir versiyalarından birini hərraca çıxardıb. Onun qiyməti milyon dollara çata bilər. Sözügedən kompüter heç vaxt satışda olmayan unikal çap platasını özündə birləşdirir. Hərrac təşkilatçılarının fikrincə bu kompüter Apple-1-in prototiplərindən biridir. Belə ki, o özündə adi versiyalarda rast gəlinməyən unikal komponentləri özündə birləşdirir. Cihaz bütün sənədlər ilə birlikdə satılır. CharityBuzz nümayəndələri Apple-1 kompüterlərinin vaxtı ikən bu cür komplektdə satıldığını öyrənmək üçün Steve Wozniak-a müracət ediblər. Wozniak isə öz növbəsində bildirib ki, təqdim olunmuş plata çox güman ki, yığılmış kompüterin ilk prototiplərindən biridir. CharityBuzz hərracı 25 iyuldan 25 avqust tarixinə kimi keçiriləcək. Təşkilatçılar cihazın qiymətinin 1 milyon dollara çatacağına ümid edirlər. Hərracdan əldə edilmiş vəsaitin 10%-i xərçəng xəstəliyi ilə mübarizə fonduna veriləcək.

Dizayn fakultəsinin tələbəsi Pokemon GO oyunçularının pokemon tutmalarını asanlaşdıran yeni cihaz hazırlayıb. Pokemon haqqında maraqlı xəbərlər gəlməkdə davam edir. Son olaraq pokemon topu formasında olan PowerBank cihazından sonra bu dəfə Pokemon-ları tutmaq üçün telefon qabı hazırlanıb. Avstraliyalı bir tələbə John Cleaver 3D printer vasitəsilə hazırladığı maraqlı cihazları My Mini Factory saytı vasitəsi ilə paylaşır. Sözügedən gənc bu dəfə iPhone 6 üçün Pokemon tutmağı asanlarşdıran maraqlı bir cihaz təqidim edib. Telefonunuza taxdığınız bu cihaz Pokemon tutmaq üçün olan xətti təyin edir və Pokemon tutmağı çox asanlaşdırır. Bunun nəticəsində həm tez bir zamanda Pokemon-u tutrsunuz həm də Poketop-larınıza qənaet etmiş olursunuz. John Cleaver digər məhsullar kimi bu məhsulu da pulsuz olaraq təqdim edir və əgər evinizdə 3D printer varsa bu keçiddən modeli yükləyib, çap edə bilərsiniz.

pokemon

Son həftələrin fenomen foto proqramı Prisma rəsmi olaraq Android üçün elan olundu. Bir neçə gün öncə rəsmi saytında Android üçün yaxında istifadəçilərə təqdim ediləcək proqramın Beta versiyası yayımlanmışdı. Beta proqramı test etmək üçün saytda qeydiyyatdan keçib apk formada telefona yükləmək lazım idi. Bir neçə saatlıq bütün funksionallığı ilə aktiv olan proqramda effektlərin bir çoxu işlək vəziyyətdə idi. Lakin sonrada proqram istifadəçilərə təşəkkür edib fəaliyyətini dayandırdı və rəsmi versiya elan olunana qədər gözləməyi tələb edirdi. Bu gün, yəni 24 iyul tarixində isə Prisma proqramı public olaraq rəsmən təqdim olundu. Proqram artıq heç bir məhdudiyyət olmadan Google Play Store üzərindən endirilə bilər. Proqramın daxilində olan bütün effektlər aktivdir və Beta proqramdan fərqli olaraq limit qoyulmayıb. Xatırladaq ki, Prisma proqramı ilk olaraq iOS üçün təqdim olunmuşdu.

prizma

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register