Avqustun 1-dən torpaq qeydiyyatı asanlaşacaq

news

Avqustun 1-dən etibarən yeni qanun layihəsi qüvvəyə minəcək. Belə ki, torpaq qeydiyyatı asanlaşacaq və vətəndaşlar üçün maksimal dərəcədə  əlverilişli şərait yaranacaq.

Qanun layihəsinin müəllifi Ədliyyə Nazirliyidi. Dəyişikliklər torpaq sahiblərinin torpağın qeydiyyatı prosedurlarında çətinliklərin aradan qaldırılması məqsədini daşıyır. Yenliklə bağlı yerli ictimai qeydiyyat agentliyinin regional qeydiyyat idarəsi xidmətinin rəhbəri Zviad Taqiladzeylə telofon bağlantısı ilə əlaqə saxladıq: Bu dövlət proqramıdır və torpaq sahələrinin qeydiyyatı zamanı prosedurlarda yaranan çətinlikləri aradan qaldırmaq məqsədini daşıyır. İctimai qeydiyyat xidməti avqustun 1-dən sənədləri özü toplayacaq. Əvvələr əhali qeydiyyat zamanı sənədlərin toplanması ilə bağlı çətinliklər çəkirdilər. Bizdə bunu nəzərə alaraq belə bir layihə həyata keçirdik. Eləcə də qeyd etmək istəyirəm ki, qeydiyyat tam pulsuzdur”

Qanun layihəsinə əsasən torpaq sahələrinin qeydiyyat prosedurları asanlaşacaq mövcud olan maneələr aradan qaldırlacaq. Mülkiyyətin göstəriciləri zamanı adlarda və soyadlarda səhvlər olarsa xidmət tərəfindən qeydiyyat həyata keçrlə bilməz. Bu məsələ əsaən etnik azlıqların nümayəndələri üçün çox önəmlidir. Yenliklə bağlı Marneuli Munisipalitetinin sakinləri bu qanunu müsbət qarşıladılar.

Milli ictimai qeydiyyat agentliyinin ərizəsi ilə Gürcüstan parlamenti qanunda dəyişiklik edərək üçncü oxunuşda qəbul edib.

Müəlliflər: Amil Məmmədov

Pərvin Abdullayev

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register