Texno xəbər

TexnoXeber

Texnologiya aləmində baş verən yenlikləri Radio Marneulinin  “Texno Xəbər” rublikasında dinləyə bilərsiniz.

Milyonlarla istifadəçisi olan “WhatsApp” mesajlaşma şəbəkəsi yeniliyi ilə davam edir. WhatsAppın bu yeniliyi  iPhone istifadəçilərini daha çox sevindirəcək. Belə ki, bu yenilik ilə daha çox sürətli yazışa biləcəksiniz. Sizə mesajlar tez sürətlə çatacaq. Silinən  WhatsApp mesajları üçün də heç də narahat olmayın. Çünki WhatsAppı silib, yenidən yüklədiyiniz zaman sizə əvvəlki mesajları geri qaytarmaq barədə istəyib-istəmədiyiniz soruşulacaq. Əgər telefonunuz iki kartlıdırsa,  iki nömrəniz üçündə üçün də WhatsApp istifadə etmək istəyirsinizsə, Google Playdan  SwitchMe proqramını istifadə edin. WhatAppda istifadə etdiyiniz  nömrənizi dəyişdirmək üçün Settings / Hesab / Nömrəni Dəyişdir bölməsiniə daxil olun. Əgər WhatsAppda hər-hansı qrupda varsınızsa, qrupa gələn bildirişləri bağlamaq üçün mesaj qutusuna daxil olub, qrup məlumatları bölməsindən gələn mesajları səssiz ala bilərsiniz.

whatsapp

Amerika Birləşmiş Ştatlarının telekommunikasiya şirkəti Verizon, internet məzmun təminatçısı “Yahoo”-nu 4 milyard 830 milyon dollara satın alıb. Iki şirkət arasındakı razılaşmaya görə, Yahoo-nun adı dəyişəcək və şirkət ictimaiyyətə açıq bir investisiya şirkəti olacaq. Verizon, Yahoo-nu digər internet məzmun təminatçısı AOL ilə birləşdirəcək. Satınalmanın 2017-ci ildə başa çatdırılması gözlənilir. 1994-ci ildə Jerry Yang və David Filo tərəfindən əsası qoyulan Yahoo fəaliyyət göstərdiyi 22 il ərzində 5 milyard 700 milyon dollarlıq Broadcast.com və 3 milyard 6 yüz milyon dollarlıq Geocities kimi satınalmalara da imza atmışdı. Lakin bu sərmayələr özünü doğrultmadı. Daha sonra Yahoo Tumblr və MessageMe kimi gənclərə yönələn satınalmalarla rəqiblərini üstələməyə çalışsa da, yenə uğursuzluğa düşar olmuşdu.

yahoo

Artıq printerləri də cibinizdə daşıya biləcəksiniz . Zuta Lab şirkəti cibinizdə asanlıqla daşıya biləcəyiniz avtonom bir robot-printerini təqdim edib. Printerin hündürlüyü 10 sm, diametri 11,5 sm və çəkisi 300 q, ölçüsü isə zəka küpündən bir qədər böyükdür. Cihazın əsas üstünlüyü odur ki, heç bir kabelə ehtiyac qalmadan smartfonlara, planşetlərə, notbuklara və digər cihazlara qoşula bilir. İstifadə qaydası isə olduqca sadədir. Belə ki, istədiyiniz bir yazını çap etmək istəsəniz, cihazı, ilk növbədə, A4 vərəqinin üzərinə yerləşdirirsiz, daha sonra isə smartfonda və ya planşetdə çap et əmrini verirsiz. Cihazın batareya müddəti isə maximum 1 saatdır. Printerin tək mənfi cəhəti isə yazıların qara rəngdə çap olunmasıdır.

printer

1 milyardıncı “iPhone” yaxın günlərdə satıla bilər. “Apple” korporasiyası 1 milyardıncı “iPhone” smartfonunu satmağa və bununla da rekord əldə etməyə yaxınlaşır. Şirkətin 2016-cı ilin II rübü üçün hesabatını açıqlayacağı gözlənilir. İlkin qiymətləndirmələrə əsasən, hesabat dövrü ərzində 40 mln. “iPhone” satılıb. Bununla da iyun ayının sonuna “Apple”in bütün tarixi ərzində satılan smartfonların 987 mln. ədədə çatıb. Qadcetlərin yarıdan çoxu isə məhz son 2 il ərzində realizə olunub. Beləliklə, şirkət ay ərzində orta hesabla 13 mln. ədəd smartfon satır. Başqa sözlə, 1 mlrd.-cı “iPhone” yaxın günlər ərzində satıla bilər.

iphone3

Tayvanın bir neçə bank və “Carrefour” mağazalar şəbəkəsində Yaponiyanın “Softbank Corp” şirkətinin istehsalı olan “Pepper” adlı danışan robot-bankirlər fəaliyyət göstərəcək. “Softbank Corp” 2017-ci ilin birinci yarısından özünün 60 robotunu icarəyə verməyi planlaşdırır. Aylıq icarə haqqı təxminən 836 ABŞ dolları təşkil edir. Danışan robot-bankirlə ilk olaraq “First Financial Holding” və “Taishin Financial Holding” maliyyə şirkətlərinin, “Cathay Financial Holding” sığorta bölməsinin və “Asia Pacific Telecom” telekommunikasiya şirkətinin Tayvan ofisinin müştəriləri ünsiyyətdə ola biləcəklər. “Pepper”in yerli vətəndaşlar üçün satışı nəzərdə tutulmayıb.

pepper

Roma Papası Fransisk rahibələrə müraciət edərək onları internetdə çox vaxt sərf etməməyə çağırıb. Katolik kilsəsinin rəhbəri xəbərdarlıq edib ki, sosial şəbəkələr müəyyən təhlükələr ehtiva edə, rahibələri dini vəzifələrin icrasından və idrakdan yayındıra bilər. O, internetdən istifadə edərkən ehtiyatlı olmağa çağırıb. Pontifik etiraf edib ki, smartfonlar, planşetlər və noutbuklar ünsiyyət üçün əvəzolunmaz vasitələrdir, lakin onlara aludəçilik insanları vacib əməllərdən çəkindirə bilər. Xatırladaq ki, Roma Papası Vatikanda “Apple” rəhbəri Tim Kukla görüşündə interneti Allahın hədiyyəsi adlandırmışdı.

papa

Pokemon Go: 2 həftəyə 23 milyard qazanc. 5 iyul 2016-cı iltarixində Nintendo şirkəti dünyanı heyrətə gətirən Pokémon Go “real video oyunu” təqdim etdi. Smartfon, GPS və “Google”-un xəritə imkanlarından faydalanaraq, böyüm məlumat bazası üzərində qurulan oyunun xəbəri bir neçə gün ərzində dünyanı bürüyə bildi. “real oyun” dünyasında inqilab sayıla biləcək Pokemon Go oyunu ilk olaraq Avstraliya, ABŞ və Yeni Zelandiya ərazisində istifadəyə verildi. 13 iyulda Avropa ərazisində ilk olaraq Almaniyaya qədəm qoyan Pokomon Go, 14 iyulda Britaniyaya, növbəti 5 gündə isə Avropanın 26 ölkəsinə yayıldı.

pokemon

“Huawei” və “Vodafone” şirkətləri Böyük Britaniyada “5G” rabitə standartının E tezliyi diapazonunda (60-90 QHs) səhra sınaqları zamanı məlumatları 20 qiqabit saniyə sürətində ötürməyə nail olublar. Sınaqlar müvafiq olaraq 20 və 10 Qbit/saniyə sürət nümayiş etdirən biristifadəli (SU-MIMO) və çoxistifadəli (MU-MIMO) çoxkanallı giriş/çıxışlarda keçirilib.”Beşinci nəsil” və ya “IMT-2020” rabitə standartı kimi tanınan “5G” kommunikasiyaları yeni səviyyəyə çıxaracaq rabitə standartıdır. Şəbəkənin əsas göstəricisi məlumatların minimum 10 Qbit/saniyə sürətində simsiz ötürülməsidir. “5G”-nin tətbiq ediləcəyi təxmini tarix 2020-ci il hesab edilir. Müddət rabitə nəsillərinin mütəmadi dəyişməsi – təqribən on ildə bir dəfə nəzərə alınaraq hesablanıb və Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən təsdiq edilib. Yeni standartın əsas vəzifələrindən biri “Əşyalar interneti” texnologiyasının hər yerdə yayılması və istifadəçinin virtual və əlavə reallıqdan istifadə imkanı ilə təmin edilməsidir. Həmçinin qoşulan qurğuların elektrik enerjisini az sərf etməsi vacib prioritet olacaq. 2021-ci ildə “5G” şəbəkəsinə qoşulan qurğuların sayının 150 milyona çatacağı gözlənilir. Bu isə o deməkdir ki, yeni standart əvvəlki nəsil rabitə standartlarından daha dinamik inkişaf edəcək. “5G” müasir kommunikasiyanın bir neçə problemini həll edəcək. O, insanların kütləvi toplaşdığı yerlərdə internetdən sürətli və fasiləsiz istifadəni təmin edəcək, eləcə də avtomobilləri “ağıllı” idarəetmə şəbəkəsində birləşdirəcək. Həmçinin standart media fayllardan istifadəni yaxşılaşdıraraq yeni təsvir formatları ilə işləməyə, istənilən qoşulmuş texnikanı məsafədən idarə etməyə imkan verəcək. Sınaqlar başa çatdıqdan sonra “Huawei”in baş direktoru Erik Xu bildirib ki, “5G” ümumi kommunikasiya şəbəkəsinə bəşəriyyətin icad etdiyi və gələcəkdə icad edəcəyi “ağıllı” qurğuların hamısını daxil edə biləcək.

5_g

Rəsmləri analiz edərək melodiya bəstələyən süni zəka təqdim olunub. Biz hər dəfə süni zəkanın istifadə olunacağı sahələr barəsində müzakirələr aparanda əsasən logistikanın effektivliyi, istehsalatın avtomatlaşdırılması, ağıllı ev sistemləri və müxtəlif texnikanın idarəsi, mürəkkəb hesablamalar haqqında düşünürük. Bəs əgər biz süni zəkanı insanın mütləq bir faktor kimi hesab olunduğu bir sahədə istifadə etsək onda necə? Məsələn incəsənət sahəsində. Çin axtarış sistemləri üzrə lider şirkət olan Baidu Pekində yerləşən Ulles müasir incəsənət mərkəzində keçirdiyi sərgi vasitəsilə bu suala cavab verməyə çalışıb. Sərginin mərkəzində müxtəlif rəsmləri analiz edərək ilhamlanıb orijinal musiqi bəstələməyi bacaran süni zəka yer tutub. Həmin bəstələri aşağıda təqdim olunmuş videoda dinləmək olar. Videoda süni zəka tərəfindən bəstələnmiş iki melodiya təqdim olunub. Birinci melodiya (0:38 saniyədən başlayaraq) məşhur rəssam Vincent Van Gogh-un “Starry Night” adlı rəsm əsəri, ikinci melodiya isə adı bilinməyən çinli rəssamın yaratdığı rəsm əsəri (çaparaq qaçan atlar) əsasında bəstələnib.

Süni zəka bunu necə edir? İlk öncə süni zəka rəsmin ilkin məzmununu analiz edir. Beləliklə o rəsmdə hansı obyektlərin (insan, heyvan və s.) əks olunduğunu müəyyən edir. Daha sonra süni zəka rəsmin rəng spektrini müşahidə edərək üstünlük təşkil edən çalarları seçir. Beləliklə rəsmin emosional fonu (qırmızı-ehtiras, sarı-istilik, yaşıl-həyat və s.) müəyyən edilir. Obyektləri və emosiyaları bir yerə yığaraq süni zəka hazır partitur (çoxsəsli vokal, instrumental yaxud vokal-instrumental əsərin not yazısı) bazasına müraciət edərək musiqini bəstələyir. Hər-bir incəsənət nümunəsi son dərəcə subyektiv bir şeydir. Buna görə də süni zəkanın ona göstərilmiş rəsmlər əsasında hansı dəqiqliklə musiqi seçimi etməsini adi insan məharəti ilə müqayisəsini qiymətləndirmək çətindir. Lakin onu da qeyd etmək lazımdır ki, Van Gogh-un əsəri üçün süni zəka daha sakit melodiyanı seçdiyi halda adı bilinməyən çinli rəssamın əsəri üçün isə daha həyəcanlı və ritmik melodiya seçmişdir. Sərgi 21 avqust tarixinə kimi davam edəcək. Bu müddət ərzində süni zəkanın yaradıcı potensialını qiymətləndirmək üçün bir sıra təcrübələr aparılacaq.

Müəllif: Amil Məmmədov

 

0 Comments

Login

Welcome! Login in to your account

Remember me Lost your password?

Don't have account. Register

Lost Password

Register